Hollivud ulduzu Al Paçinonun özündən 54 yaş kiçik eks-sevgilisi Nur Əlfall yeni münasibətə başlayıb. Mətbuatın yazdığına görə, prodüser 62 yaşlı milyarder Nikolas Berqryunlə birlikdə Los-Ancelesdə baş tutan konsertlərin birində görüntülənib.
Qeyd edək ki, iyunda Al Paçinonun 29 yaşlı Nurdan dördüncü övladının dünyaya gəldiyi deyilmişdi. Aktyor yaşı və səhhətindəki problemlərlə əlaqədar sevgilisindən DNT analizi tələb etmişdi. Buna razılıq verən Əlfalla DNT testi vermiş və körpənin atasının Al Paçino olduğu üzə çıxmışdı.
Mətləb