çərşənbə günü, 07 oktyabr 2026
     

Uşaqlarımız Azərbaycanca danışır, yadelli kinoların təsiri altında yetişir...

Image


30 ildən çoxdur ki, Azərbaycan dövlət müstəqilliyini qazanıb. Bu da uşaqlarımızın milli ruhda böyüməsi üçün yeni imkanlar açıb. Uşaqların tərbiyəsində, dünyagörüşünün, vətənpərvərlik hisslərinin  formalaşmasında, o cümlədən də milli ruhda böyüməsində uşaq filmlərinin xüsusi yeri var.

Çox təəssüflər olsun ki, indiki uşaqlar bu filmlərdən məhrum edilib. Çünki uzun illərdir Azərbaycanda uşaq filmləri çəkilmir. Bizim uşaqlar başqa ölkələrin çəkdiyi filmlərin təsiri altında böyüyür, bu isə bizə ciddi ideoloji problemlər yaradır. Müasir dövrdə bizim niyə uşaq filmlərimiz yoxdur? Niyə çəkilmir?

Ekspertlər bildirir ki, bu, Azərbaycan kinosunda ciddi bir problemdir və hazırda ölkəmizdə uşaq filmlərinin çəkilməsinə maraq göstərilmir. Bəzi ekspertlər hesab edir ki,  ümumiyyətlə, uşaq kinosu üzrə nə rejissor, nə dramaturq hazırlayan xüsusi məktəb var.

Heç şübhəsiz, bu gün Azərbaycan kinosuna  Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov kimi rejissorlar lazımdır ki,  müasir uşaq filmləri yaradılsın. Qeyd edək ki, vaxtilə Mədəniyyət Nazirliyi uşaq filmlərinin çəkilməsi üçün xüsusi ssenari müsabiqəsi keçiriləcəyini bəyan etsə də, ortada “nə fal var, nə də yumurta”. Bu mövzu illərdir ki, unudulub və heç kəs sinəsini irəli verib bu işi görmək istəmir. Nəticədə də uşaqlarımız yad təsirlər altında böyüyür. Ekspertlər deyir ki, bu məsələ birbaşa Mədəniyyət Nazirliyinin kino şöbəsinin işidir, bu işlə nazirliyin müvafiq qurumu məşğul olmalıdır.

  • Sevda Sultanova: “Dövlət Proqaramının uşaq filmlərinin istehsalı ilə bağlı bəndi, demək olar, yerinə yetirilmədi”

Kinotənqidçi Sevda Sultanova bizimlə söhbətində bildirdi ki, indiyə qədər bu problem haqda çox danışıb, fikirləri yazılarında əks olunub:“ Bu barədə geniş danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm, “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın bəndlərindən biri də uşaq filmlərinin istehsalı idi. Lakin Dövlət Proqaramının uşaq filmlərinin istehsalı ilə bağlı bəndi, demək olar, yerinə yetirilmədi. Bir dənə “Dərs” adlı film çəkildi, onu da Cavid Təvəkkül və Rafiq Quliyev çəkdi. Bundan başqa film çəkilmədi. Cizgi filmlərinin istehsalı da aşağı səviyyədir”. 

  • Aygün Bünyadzadə: “Təəssüflər olsun ki, uşaq kinosuna çox soyuq yanaşılır”

Tanınmış uşaq yazıçısı Aygün Bünyadzadənin fikirincə, sanki dövlətin aidiyyəti qurumları uşaq filmləri mövzusunu tamamilə unudub. Bunu yaralı yerimiz sayan A.Bünyadzadənin sözlərinə görə, Azərbaycan uşaqlarının yad ideologiyanın təsirinə düşməməsi bizim üçün daha vacibdir. A.Bünyadzadə hesab edir ki, uşaq mövzusuna xüsusi həssaslıqla yanaşılmalıdır. Sovet dövründə Əlsəttar Atakişiyevin və başqa kino xadimlərinin uşaqlar üçün maraqlı filmlər çəkdiyini xatırladan uşaq yazıçısının sözlərinə görə, uşaq mövzusunu hər rejissora etibar etmək olmaz: “Vaxtilə bizim uşaq filmləri çəkən çox gözəl rejissorlarımız olub. “Bir qalanın sirri”, “Asif, Vasif, Ağasif”, başqa  gözəl filmlər yaranıb. Əlisəttar Atakişiyev, Rasim İsmayılov kimi rejissorlar olub. Bəlkə də bu gün uşaq filmləri çəkəcək rejissor var. Amma uşaq filmlərinin çəkilməsi üçün güclü maliyyə vəsaiti lazımdır”.

A.Bünyadzadənin sözlərinə görə, maliyyə vəsaiti ilə yanaşı təşəbbüslər olmalıdır. “Çox təəssüf ki, müasir dövrdə uşaq filmləri çəkilmir. Hesab edirəm ki, uşaq filmlərinin çəkilməsi üçün həm güclü maliyyə vəsaiti lazımdır, həm də peşəkar kinorejissor. Görkəmli rejissorumuz Eldar Quliyevin çox güclü tələbələri var. İbrahim Tağıyev uşaq filmləri çəkməyə çox həvəskardır. Bilmirəm, uşaq filmlərinə maraq yoxdur, yoxsa maliyyə vəsaiti ayrılmır deyə çəkilmir.  Qəribədir ki, mən bir neçə il Türkiyədə yaşadım, orada da uşaq filmləri görmədim. Son dövlərdə bir-iki film çəkilmişdi. Mən heyrətləndim ki, bunların niyə uşaq filmləri yoxdur? Belə başa düşdüm ki, dünyada uşaq filmlərinə maraq azalıb. Bizdə cizgi filmləri ilə bağlı ssenari müsabiqəsi elan olunmuşdu, amma heç biri çəkilmədi. Təəssüflər olsun ki, uşaq kinosuna çox soyuq yanaşılır. Unudurlar ki, uşaqların formalaşmasında uşaq filmləri, cizgi filmləri çox vacibdir. Uşaq filmlərə, cizgi filmlərinə baxa-baxa böyüyür. Onlar unudurlar ki, insanların bədii estetik zövqünün formalaşması prosesi uşaq yaşlarından başlayır. Təəssüf ki, bu unudulub”.

A.Bünyadzadə deyir ki, Azərbaycan sektorunda oxuyan uşaqlar baxmaq üçün fikm tapmasalar da, rus bölməsində oxuyanlar Rusiya kanallarından filmlər tapıb baxırlar. Konkret olaraq bu gün bizdə uşaq filmləri istehsal olunmur: “Dərs” filmi çəkilmişdi. Ondan başqa film görmədim. Nə nağıl filmlər, nə də başqa janrlarda kinolar çəkilir. Uşaq ədəbiyyatı, uşaq kinosu, bir sözlə, uşağa aid olan sahələr diqqətdən kənarda qalıb. Mənə belə gəlir ki, dövlətin aidiyyəti qurumları bu sahəyə diqqəti daha da artırmalıdır, müasir uşaq filmləri çəkilməlidir”-deyə A.Bünyadzadə qeyd etdi.

Mövzunu hazırlayarkən Mədəniyyət Nazirliyinin kino şöbəsinin mövqeyini öyrənə bilmədik. Əgər mövqeləri olarsa işıqlandıra bilərik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ