Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xocalı haqda bədii filmin çəkilişinə 30 ildir mane olan kim və nədir...

Image


Tariximizin köksündə 30 ildir qanayan Xocalı soyqırımı adlı bir yara var ki, o yaranı təkcə özümüzün sarımağı, oxşamağı kifayət etmir, bütün dünya o yaranı öz yarası bilib sarımağa tələsməlidir. 30 ildir biz buna nail ola bilməmişik. İndiyə qədər Xocalı soyqırımı barədə nə bir urvatlı bədii əsər yazılıb, nə də bir film çəkilib.

Xocalı soyqırımı barədə bədii film niyə çəkilmir? Bu mövzuda bədii filmlər çəkilməsinə kim və nə mane olur, Xocalı mövzusunun qarşısına çəpər çəkənlər kimlərdir?

Doğrudur, bu mövzuda sənədli filmlər var, amma bədii film yoxdur. 30 illik bir müddətdə Xocalının filmi çəkilmədi. Hazırda “Azərbaycanfilm”  Kinostudiyasının  direktoru da dəyişib. Bəlkə kinostudiyanın yeni rəhbərliyi bu filmi çəkməyə maraq göstərər. İndiyə qədər Mədəniyyət Nazirliyi də, kinostudiya da “pul yoxdur”, “maraqlı ssenari yoxdur” deyib bəhanə ilə yaxalarını kənara çəkiblər. Nəticədə ortada sənədli filmlərdən başqa heç nə yoxdur. O sənədli filmlər də ancaq faciənin ildönümündən- ildönümünə üzə çıxarılır, qalan vaxtlarda isə qeybə çəkilir.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdik və sorğumuzun cavabı hələ gəlmədiyi üçün sualımızı kinoşünasa və tarixçiyə yönəltdik. Təbii, nazirliyin cavabı gələn kimi onu da işıqlandıracağıq, bütün hallarda rəsmi məlumat önəmlidir.

  • Hafiz Cabbarov: “Xocalı soyqırımı ilə bağlı film çəkilişlərinə əlaqədar qurumlar, kino şirkətləri ciddi yanaşmalıdır...”

Tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, indiyə qədər bu mövzuda səsimizi dünyaya çatdıran filmlərin çəkilməməsi təəssüf doğurur. “Azərbaycan müstəqillik əldə etdikdən sonra, çox təəssüflər olsun ki, kino və teatr sahəsində vəziyyət üzrəkaçan olmadı. Belə demək mümkünsə, teatr və kino tənəzzül dövrünü yaşayır. Xüsusən də tarixi filmlərin çəkilməsi baxımından bu tənəzzül daha dərindir. O ki qaldı Xocalı barədə film çəkilməməsinə, haqlısınız, bu barədə sanballı bir bədii filmimiz yoxdur. Düzdür, “Fəryad” filmi Xocalı soyqırımı, ümumiyyətlə Qarabağ müharibəsi ilə bağlı çəkilən səviyyəli bir bədii filmdir. Burada rəhmətlik Ceyhun Mirzəyevin həm rejissor, həm də baş rolun ifaçısı kimi əməyini görmüşük, bu film doğrudan da çox təsirlidir. “Fəryad” filmi çəkilərkən Azərbaycanın iqtisadi gücü də o qədər yox idi. Amma o dövrdə aktyor və rejissor nəslinin parlaq nümayəndələri vardı. Məsələn, Ceyhun Mirzəyev, Məlik Dadaşov və digər aktyorlarımızın obrazları unudulmazdır. “Fəryad” filmi Xocalı soyqırımı ilə bağlı ən yaxşı filmdir. Ancaq çox təəssüf ki, “Fəryad” Xocalı soyqırımı ilə bağlı cəmiyyətin tanıdığı yeganə filmdir. Bu film çətin şəraitdə çəkilib və xalqın yadında qalıb. Amma keçən müddət ərazində Xocalı soyqırımı ilə bağlı bədii film çəkilməməsi mənfi haldır. Nəzərə alsaq ki, son beş-altı ildir Azərbaycan kanalları lüzumsuz, heç bir tərbiyəvi əhəmiyyəti olmayan seriallarla doludur. Bu seriallar çox aşağı səviyyəli məişət məsələlərini, küçə danışıq jarqonlarını təbliğ etməklə məşğuldur. Ancaq çox təəssüf ki, çox aktual məsələlərlə, milli-mənəvi dəyərlərlə, tariximizlə, qan yaddaşımızla, Qarabağ müharibəsi, Xocalı soyqırımı ilə bağlı filmlər çəkilməyib. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bununla bağlı həm dövlət, həm də özəl sektorda ciddi işlər görülməlidir. Kinematoqrafiya tarixi həqiqətlərin çatdırılmasında mühüm rol oynayır. 30 il bundan əvvəl törədilən Xocalı soyqırımının, xüsusilə də gənc nəslə, o cümlədən də beynəlxalq ictimaiyyətə çatdırılması üçün kinematoqrafiya ciddi işləməlidir”. H.Cabbarovun sözlərinə görə, 30 il bundan əvvəl törədilən Xocalı soyqırımı barədə xarici kino şirkətlərini cəlb etməklə film çəkmək tam mümkündür: “Xocalı soyqırımı ilə bağlı film çəkilişlərinə əlaqədar qurumlar, kino şirkətləri ciddi yanaşmalıdır və nəhayət mükəmməl bir film ortaya çıxarılmalıdır. Bu gün xarici kino şirkətləri ilə bu mövzuda film çəkməyin yollarını arayıb tapmalıyıq, daha çox isə qardaş Türkiyənin bu istiqamətdəki təcrübəsindən yararlanmalıyıq. Biz qardaş Türkiyə kinematoqafları ilə birgə də Xocalı soyqırımının mahiyyətini beynəlxalq ictimaiyyətə çatıracaq səviyyədə film çəkib ortaya qoya bilərik” - deyə H.Cabbarov qeyd etdi.

  • Sevda Sultanova: “... Mədəniyyət Nazirliyinin kino şöbəsinin sabiq rəhbərliyinin məsuliyyətsizliyidir”

Kinotənqidçi Sevda Sultanovanın da mövzuya münasibətini öyrəndik. S.Sultanova bizimlə söhbətində bildirdi ki, bu çox aktual mövzudur. “Hər dəfə Xocalı soyqırımının ildönümü yetişəndə, müxtəlif təhsil müəssisələri, təşkilatlar nümayiş etdirmək üçün Xocalı hadisələrinin əks olunduğu bədii film soraqlayırlar. Dərin təəssüf hissilə deyirəm: Xocalı faciəsi haqda ötən 30 ildə bir keyfiyyətli, sənət meyarlarına cavab verən tammetrajlı bədii film istehsal olunmayıb. Sözügedən mövzuda sənədli kinoda uğurlu nümunələr (“Günəşin batdığı yer” - rejissor Elşən Zeynallı, “Sonsuz dəhliz”-rejissor Andreas Brokas, “Xocalı soyqırımı” rejissor Mehriban Ələkbərzadə və s) olsa da, bədii kinoda indiyədək keyfiyyətli əsər ortaya çıxarılmayıb.

Söhbət Xocalı soyqırımının hansısa filmdə fraqmentar şəkildə əksindən getmir təbii ki... Halbuki, Xocalı faciəsinin bədii ekran çərçivəsində həlli üçün material da, mövzu da, qəhrəmanlar da, universal, təsirli vəziyyət və hekayələr də var.

Ötən illər ərzində nazirliyin dəstəyi ilə bu mövzuda 2007-ci ildə “Biz qaydıacağıq” (rejissor Elxan Qasımov, ssenarist Natiq Rəsulzadə) bədii filmi çəkilib ki, onun qəhrəmanı Xocalı hadisələrində doğmalarını itirən Zakirdir (Pərviz İbrahimli). O, muğam dərsləri alır, müsabiqədə qalib olur, amma sonda birinci yerdən imtina edərək Hərbi Akademiyaya oxumağa gedir. Əksər müharibə filmlərimizdə olduğu kimi, bu hekayənin də əsasını pafos təşkil eləyir, müəllif yanaşması əsasən fakt səviyyəsindən o yana getmir...

…Vahid Mustafayev də 2012-ci ildə lentə aldığı “Xoca” filmində sənədli materialları kino dilinə çevirməyib, ona görə də Xocalı ağrısını hiss etdirə bilməyib. Sənədli kadrların, fotofaktların müəyyən bədii elementlərlə illüstrasiyası kimi çəkilən “Xoca” soyqırımla bağlı ən azı emosional, fikir yenilənməsi yaratmır... Xocalı faciəsi haqda uğurlu tammetrajlı bədii filmin yoxluğu Mədəniyyət Nazirliyinin kino (indiki audiovizual və interaktiv media şöbəsi-S.S) şöbəsinin yeni rəhbərliyindən çox, sabiq rəhbərliyin məsuliyyətsizliyidir. Amma bütün hallarda Xocalı soyqırımının 30-cu ildönümü günündə yeni bir filmin premyerası baş tutmalıydı” - deyə S.Sultanova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ