Cümə axşamı günü, 08 oktyabr 2026
     

Rayonlarda rəsm qalereyalarının başına nə oyunlar gətirilib?..

Image


Azərbaycan mədəniyyət və incəsənətində rəsm qalereyaları xüsusi yer tutsa da, təəssüf ki, bu gün onların təbliğatı, tanıdılması çox aşağı səviyyədədir. Bir çox hallarda belə təəssürat yaranır ki, milli incəsənətimizin bu sahəsi yaddan çıxıb, unudulub. Bu özünü əsasən də regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının timsalında büruzə verir. 

Bölgələrdə fəaliyyət göstərən rəsm qalereyalarının mövcud vəziyyəti haqqında bəzi rəsmi qeydləri nəzərə almasaq, sənətşünasların, ekspertlərin hansısa yazılarına rast gəlinmir. Bu gün bölgələrdə, rayonlarda olan rəsm qalereyalarının vəziyyəti ciddi suallar doğurur. İndi sanki bu sahə tamamilə unudulub. Bir məqamı da xatırladaq ki, vaxtilə bölgələrdə fəaliyyət göstərən rəsm qalereyaları daha çox müzakirə olunurdu. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki qarışıq vəziyyətdən sui-istifadə edən qüvvələr rayon tarix-diyarşünaslıq muzeylərinin və rəsm qalereyalarının qiymətli eksponatlarını, ekspozisiyada olan əsərlərin böyük hissəsini oğurlayıb aparmışdılar. Nə qədər rəsm əsərləri rayonların rəsm qalereyalarından çıxarılıb aparılıb. Bu barədə vaxtilə mediada da çox kəskin yazılar yer alıb. Yəni vaxtilə bu qalereyalardan qiymətli sənət əsərləri yoxa çıxarılıb, xaricə satılıb və sair. Bu gün bölgələrdə də çox istedadlı rəssamlar var, onların əsərləri o qalereyalara yol tapırmı? Bu sahədə ciddi kadr problemi vardı, o necə həll olunur?

Ekspertlərin məsələyə yanaşması belədir ki, vaxtilə bölgə qalereyalarının ekspozisiyası talan edilib və sonradan onların yerini doldurmaq üçün dövlət maliyyəsi hesabına yeni rəsm əsərləri alınaraq o qalereyalara qoyulub. Bununla belə, Mədəniyyət Nazirliyinin keçmiş məmurları rəsm qalereyalarına yeni əsərlər almaq adı ilə külli miqdarda vəsait mənimsəyib. Bunu da ekspertlər deyir. Onların fikrincə, bölgə qalereyalarında yerli rəssamların əsərləri rayon icra hakimiyyətləri, regional mədəniyyət idarələri tərəfindən alınmalı və qalereyalara verilməlidir. Bizdə isə hamı oturur və gözünü Mədəniyyət Nazirliyinə dikir ki, nazirlik pul ayırsın və rəsm əsərləri alınsın. Ekspertlərə görə, bu, rayon rəhbərliyi tərəfindən həll olunmalıdır.

  • “Mən qalereya məsələsi ilə bağlı keçmiş mədəniyyət nazirinə rəsmi müraciət etmişdim, lakin reaksiya olmadı”

Azərbaycan Rəssamlar İttifaqının sədri Oqtay Əliyev bizimlə söhbətində bildirdi ki, rayon icra hakimiyyətləri, mədəniyyət idarələri rəsm qalereyalarına maraq göstərmirlər, qalereyalara adi bir qurum kimi baxırlar, halbuki belə olmamalıdır. “Bir çox yerlərdə rayon icra hakimiyyətləri, mədəniyyət idarələri bu sahəyə elə də diqqət göstərmirlər. İnzibati idarəçilik olmasa, dövlət rəsm qalereyalarına bir az sərbəstlik verilsə daha yaxşı olar. Yəni onların monopoliyadan uzaq olması müsbət olardı. Sənət, mədəniyyət həmişə sərbəst olmalıdır, monopoliyaya alınmamalıdır. Monopoliyadan uzaq olmalıdır”. 

O.Əliyev hesab edir ki, əslində qalareyalar rayonların güzgüsü olmalıdır. “Bilirsiz ki, Azərbaycan dövlət rəsm qalereyaları Mədəniyyət Nazirliyinin tabeliyindədir və  Azərbaycanda 30-dan çox rayonu əhatə edir. Yəni Azərbaycanın 30-dan çox rayonunda dövlət rəsm qalereyaları mövcuddur. Onlar çoxdan fəaliyyət göstərirlər və bu qalereyaların vəziyyətini həm qənaətbəxş, həm də qeyri-qənaətbəxş saymaq olar. Bunların vəzifəsi  yerli rəssamları qalereyalara cəlb etmək, onların əsərlərini işıqlandırmaq, sərgilərini təşkil etmək, sonra ümumrespublika sərgilərində iştirakına imkan yaratmaq, dünyaya çıxarmaq və sairdir. Yəni dövlət rəsm qalereyalarının işi yerlərdə, kəndlərdə, rayonlarda yaşayan rəssamları arayıb üzə çıxarmaqdır. Demək olar ki, bu işlər gedir. Rayonlar arasında fəaliyyəti qənaətbəxş olar rəsm qalereyaları da, zəifləri də var. Sürətlə mədəniyyəti təbliğ etmək baxımından geridə qalanlar da yox deyil. Mənim bir çox qalereyalarla əlaqəm var. Çünki sənətlə bağlı bu işlə maraqlanıram. Elə rayonlar var ki, orada əvvəldən baza olub və onlarda bu sahədə inkişaf yaxşıdır. Məsələn, buna misal olaraq Neftçala rayon Dövlət Rəsm Qalereyasını göstərə bilərəm. Onun fəaliyyətini daim izləyirəm. Sumqayıt Dövlət Rəsm Qalereyasında da vəziyyət yaxşıdır. Bizi də tez-tez tədbirlərə dəvət edirlər. Qazax Dövlət Rəsm Qalereyasının vəziyyəti qənaətbəxşdir. Başqa rayonlarda da bu cür qalereyalar var. Eyni zamanda çətinlikləri olan qalereyalar da yox deyil. Çətinliklər ondan ibarətdir ki, yerli rəssamlara o qədər də imkan yarada bilmirlər, onların əsərlərini hərdən sərgiləndirsələr də, satış məsələsində onlara kömək edə bilmirlər. Ümumilikdə götürdükdə, bütün rayonlarda vəziyyət belədir. Rəssamların əsərlərinin satış sərgiləri çox pis təşkil olunur, yaxşı təşkil olunmur. Ona görə də rəssamlar əziyyət çəkir. Amma istedadlı rəssamlar çoxdur. Elə rəssamlar var ki, maddi baxımdan material almağa belə imkanı olmur. Dövlət rəsm qalereyalarının özlərinin də elə böyük fondu yoxdur.Yəni bu sahədə axsama var. Dövlət rəsm qalereyalarının işi yalnız rəssamların əsərlərini sərgiləməkdən ibarət deyil. Bununla yanaşı rayonlarda müxtəlif sahələrdə keçirilən tədbirlər qalereyalarda da keçirilirdi. Əlavə etmək olar ki, pandemiya ilə bağlı bəzi ləngimələr, problemlər vardı, dövlət rəsm qalereyalarının da fəaliyyəti dayandırılmışdı. Son zamanlar icazə verilib. Rəsm qalereyaları yenidən fəaliyyətlərini bərpa ediblər. Yeni mədəniyyət naziri gəlib, bu istiqamətdə çalışmalar gedir. Amma əvvəllər bu sahədə çox çatışmazlıqlar olub, hər şey pərakəndə şəkildə gedib. Dövlət rəsm qalereyalarında yerli rəssamlarla yanaşı Azərbaycanın tanınmış rəssamlarının əsərlərinə də yer verilir. Rayonların əhalisi rəsm qalereyalarına gəlir, tanış olurlar, öz fikirlərini bildirirlər. Rayonlarda yaşayan insanların bədii-estetik zövqünün formalaşmasında rəsm qalereyalarının rolu böyükdür. Məktəblilər, bağça uşaqları o sərgilərdə tez-tez iştirak edirlər”.

O. Əliyevin sözlərinə görə, elə rayonlar, elə şəhərlər var ki, orada dövlət rəsm qalereyası yoxdur, halbuki hər yerdə olmalıdır: “Elə rayon var ki, 200 min nəfərə yaxın əhalisi var, amma orada dövlət rəsm qalereyası yoxdur. Məsələn, Sabirabad rayonunda dövlət rəsm qalereyası yoxdur. Sabirabadda istedadlı insanlar çoxdu, mənim onlarla əlaqələrim var. O rəssamlar öz çəkdikləri əsərləri heç kəsə göstərə, üzə çıxara, sərgidə təqdim edə bilmirlər. Sabirabad rayonunun 200 min nəfərə yaxın əhalisi var, amma orada dövlət rəsm qalereyası yoxdur. Mən qalereya məsələsi ilə bağlı keçmiş mədəniyyət nazirinə rəsmi müraciət etmişdim, lakin reaksiya olmadı. Eyni zamanda Sabirabad rayon İcra Hakimiyyətinin başçısına da müraciət etmişdim ki, oradakı istedadlı adamlar itib-batır, onların istedadlarının üzə çıxarılması üçün şərait yaradılsın, Sabirabad rayonunda dövlət rəsm qalereyası açılsın. Təəssüf ki, buna heç bir reaksiya verilmədi. Amma ümid edirəm, yeni mədəniyyət naziri bu məsələni nəzərə alacaq. Rayondakı istedadlı insanlar orada dövlət rəsm qalereyası olmasını çox arzulayırlar. Bu olmadıqda isə rayonlarda istedadlı insanlar itib-batır. Onlarla maraqlanan olmur. Sabirabad rayon İcra Hakimiyyətinə və keçmiş mədəniyyət nazirinə etdiyim müraciətə çox səthi yanaşıblar. Baxmayaraq ki, əhalisinin sayı Sabirabaddan qat-qaz az olan rayonlarda Azərbaycan Dövlət Rəsm qalereyaları fəaliyyət göstərir, amma Sabirabadda yox”. 

Mədəniyyət Nazirliyindən aldığımız məlumata görə isə, regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmuş iclas keçirilib. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iclasda rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirmə istiqamətində tədbirlərin həyata keçirildiyini, Nazirlik tərəfindən rəsm qalereyalarında saxlanılan Azərbaycan rəssamlarının yaratdığı yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərin qorunması, respublika və beynəlxalq sərgilərdə nümayişi, qalereyalarda müxtəlif tədbirlərin keçirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması istiqamətində lazımi işlərin həyata keçirilməsi ilə bağlı müvafiq layihələrin hazırlandlğını, həmçinin rəsm qalereyalarına peşəkar kardların yetişdirilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində yol xəritəsinin hazırlandığını qeyd edib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ