Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycanda qədim alban irsinin öyrənilməsinə xaricilər də cəlb olundu - tarixçi alimlərin reaksiyası...

Image


“...Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır. İşğaldan azad edilmiş ərazilərimizdə qədim Alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki,  bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcəkdir. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir”. Bu fikirlər Mədəniyyət Nazirliyinin yaydığı bəyanatda əks olunub. 

Alban abidələrinin tədqiqinə xarici ekspertlərin də cəlb edilməsi bizə hansı üstünlüyü qazandıracaq? Xaricilərin bu prosesdə iştirakının əhəmiyyəti nədir?

  • “Alban irsinin araşdırılmasında xarici mütəxəssislərin iştirakı hansı anlamdadır?”

Məsələyə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyasının Memarlıq Abidələri və Mənəvi İrsinin tədqiqi setkorunun müdiri, aparıcı elmi işçi, Tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun münasibətini öyrəndik. İlk növbədə ermənilərin Cənubi Qafqaza köçürülməsi tarixinə nəzər salan N.Alışov bildirdi ki, bu proses XIX əsrdə baş verib: “Qeyd edim ki, Cənubi Qafqaza ermənilərin kütləvi köçürülməsi 1828-ci ildə Çar Rusiyasının farslarla Türkmənçay, 1829-cu ildə Osmanlı ilə Ədirnə müqavilələrinin müvafiq maddələrində öz əksini tapıb. Çar Rusiyasının köçürmə siyasəti nəticəsində bu regionda süni şəkildə artırılan ermənilər üçün XIX əsrin birinci yarısında Kiçik Qafqazda Erməni vilayəti və XX əsrdə erməni dövləti yaradıldı. Yaradılmış bu dövlətin dərin tarixi kökə malik olmasının əsaslandırılması istiqamətində atılmış birinci addım Qafqaz Albaniyasında xristianlığın yayılmasında 1836-cı ilə kimi fəaliyyət göstərmiş Alban apostol kilsəsinin yeparxiyaya çevirilməsi ilə atıldı. Qaraqoyunlu hökmdarı Cahan şahın 1441-ci ildə Cənubi Qafqazda fəaliyyətinə icazə verdiyi Eçmiədzin kilsəsinin yeparxiyasına çevrilmiş Alban Apostol kilsənə məxsus əmlakı tamamilə ermənilərin nəzərətinə keçdi. XX əsrin əvvəllərinə kimi din-dövlət idarəçiliyinin birlikdə fəaliyyətinə nəzər yetirdikdə Alban apostol kilsəsinin də Qafqaz Albaniyası dövlətçilik ənənəsini alban məlikliklər vasitəsilə 1836-cı ilə qədər qoruyub saxlaya bildiyi açıq-aydın görünür. Dövlətçilik ənənəsini və arxiv materiallarını özündə qoruyub saxlayan bütün materiallar 1836-cı ildən erməni qəsibkarları tərəfindən məqsədyönlü şəkildə mütəmadi olaraq məhv edilib”.

N.Alışovun sözlərinə görə, Cənubi Qafqazda məskunlaşan ermənilər Kiçik Qafqaz silsiləsinin şərq ətəkləri və düzənliklərinin “Böyük Ermənistanın” şərq hissəsinə aid olması ilə bağlı saxta tarixi kitablar, xəritələr tərtib edərək dünya ictimaətini aldatmaqdadır.  

“Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında qalan Qarabağ ərazisi Azərbaycan ordusunun hərbi əməliyyatı ilə 44 gün müddətində düşməndən təmizləndi. İşğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Şuşada yaşayış evləri və qəbirstanlıqlar yerlə-yeksan edilib. İşğal dövründə ermənilərin apardığı əsas istiqamət Alban irsinə sahiblənmək məqsədi daşıyıb. İşğal dövründə ermənilər Xudavəng, Gəncəsər, Amaras, Ağoğlan və s. alban xristian abidələrində qeyri-qanuni arxeoloji tədqiqatlar apararaq bərpa-konservasiya işləri görüblər.

Mədəniyyət Naziriliyi tərəfindən işçi qrupun yaradılması və işçi qrupa yerli mütəxisslərlə yanaşı, xarici mütəxəssislərin də cəlb edilməsi barədə biz AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Albanşünaslıq” Elmi Mərkəzi olaraq mətbuatdan məlumat əldə etmişik. Xarici mütəxəssislərin buraya dəvət edilməsi anlaşılan deyil. Biz ölkə prezidenti səviyyəsində İrəvanın, Zəngəzurun, Göycənin, Dərələyəzin tarixi Azərbaycan torpaqları olduğunu qeyd edib, bunun tarixi sənəd və arxivlərdə mövcud olduğunu ifadə etmişik. Onda Azərbaycanın dərinliyində yerləşən Alban irsinin araşdırılmasında xarici mütəxəssislərin iştirakı hansı anlamdadır? Biz xristian abidələrini Qafqaz Albaniyasın irsi hesab ediriksə xarici mütəxəssislərin fəaliyyəti nədən ibarət olacaq? Ermənilər bugünə kimi işğaldan azad olunan ərazilərdə mövcud olan xristian abidələrinin erməni irsi kim təbliğat və təşviqatını davam etdirmişlər. Dəvət olunan xarici mütəxəssislərin verəcəyi rəyin nədən ibarət olacağı qaranlıq olaraq qalır. Təklif edirəm ki, azərbaycanlı mütəxəssislərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə mövcud olan alban xristian abidələrinə baxş keçirilsin, 30 ildən artıq müddətdə abidələr üzərində aparılan saxtalaşdırma faktları arxiv fotoşəkillərilə müqayisə edilsin, bu haqda geniş hesabat hazırlanaraq dünya ictimaiətinə tədqim edilsin. Əks təqdirdə, “Boğulan saman çöpündən tutar” prinsipi ilə yaşayan ermənilər “ərazi sizin, irs bizim” konsepsiyasını irəli sürərək xaricdən dəvət olunan mütəxəssislərin dili ilə öz istəklərini birbaşa ifadə etməyə şərait əldə etmiş olacaqlar.

Təklif edirəm ki, sırf AMEA-nın müvafiq Elmi-Tədqiqat müəssisələrinin bazasında təmsil olunan mütəxəssislərdən ibarət işçi qrup yaradılaraq Qarabağda yerləşən Alban abidələrində ilkin tədqiqatlara başlanılsın” - deyə N.Alışov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ