Cümə axşamı günü, 08 oktyabr 2026
     

Görkəmli kinoteatrların möhtəşəm binası kompüter oyun salonlarına çevrilib...

Image


Kinonun təşviq edilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biri olsa da, təəssüf ki, biz bunu görə bilmirik. Bütün dünyada kinoteatrlarda kino göstərildiyi halda, bizim üzdə olan kinoteatrların çoxunda kinodan başqa hər şey var.

Məlumatlara görə, Bakıda fəaliyyət göstərən kinoteatrlarda çox nadir hallarda kino göstərilir. Kinoteatrların zallarının əsasən kompüter oyunları üçün istifadə edildiyi qeyd edilir. Məsələn, iddialara görə, Nizami kino mərkəzinə kinoya baxmaqdan daha çox sırf oyunları oynamaq üçün gəlirlər. Mətbuatda da Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında Prezidentin sərəncamına əsasən yenidən qurulan kinoteatr binasında kino yerinə oyunların təşkil edilməsi ciddi tənqid olunur.  Ümumiyyətlə, kinoteatrların oyun zallarına cevrilməsi, onların öz profilindən uzaqlaşdırılması niyə baş verir, bu nə dərəcədə doğrudur?

Qeyd edək ki, ekspertlər kinoteatrların öz profilindən uzaqlaşmasına tənqidi yanaşır. Deyirlər ki, bir neçə il bundan əvvələ qədər kinoteatrların çoxu mebel salonu, kafe, bufet kimi fəaliyyət göstərirdi, sonra isə kinoteatrların keçmiş şöhrətinin özünə qaytarılması üçün dövlət xüsusi addımlar atdı. Bu gün də bəzi kinoteatrlar kino göstərmək əvəzinə oyun zalları saxlamaqla məşğul olur. Ekspertlərə görə, bunun da səbəblərindən biri paytaxt sakinlərinin kinoya meyl etməməsi ilə bağlıdır.

  • “Kinoteatrlara tamaşaçı gəlmədiyinə görə onlara film göstərmək sərf etmir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, son illər böyük kinoteatrlarda nümayiş olunan filmlərə baxış estetik dəb halını ala bilmədi. Dünyanın bir çox ölkəsinə, o cümlədən də qonşu dövlətlər olan qardaş Türkiyəyə, Rusiyaya rəğmən Azərbaycanda kinoteatrlara gedib böyük ictimai ortamda filmlərə baxış dəbi yaranmadı: “Bu şəkildə kinoteatrlarda kinoya baxmaq ictimai tələbat halını almayıb. Baxmayaraq ki, dünyanın çox yerində kinoteatrlara ailəlikcə, dost-tanışları ilə gedən insanların sayı ili-ildən artır. Çünki böyük kinoteatrlar bizi sosial şəbəkələrdən, internetdən, evdən kənara çıxarır, fərqli insanlarla ünsiyyət qurmağa imkan yaradan yer, mühit kimi tanınır. Azərbaycan elə də böyük ölkə deyil. Ölkəmizin sərhədləri qonşu ölkələrlə ictimai, sosial-mədəni əlaqələr üçün həmişə açıq olub, ona görə də biz bir neçə dildən istifadə edərək filmlərə baxa bilərik. Son illər sosial şəbəkələr, internet, yeni video paylaşım formaları, YouTube kanalı, televiziyalar filmləri onlayn yayımlayan texnoloji alətlər olduğundan böyük kinoteatrlara onsuz da zəif olan tamaşaçı marağı bir da zəifləyib. Azərbaycanda kinoteatrlara qarşı illər əvvəl çox xoşagəlməz, varvar münasibətlər bəslənilirdi. SSRİ dağılmazdan bir az əvvəl kinoteatrlara qarşı “hücumlar” baş verdi. O vaxt dövlətin aidiyyəti qurumlarının kinoteatrlara nəzarəti zəif olduğu üçün bir çox kinoteatrların binası işbazlar tərəfindən ələ keçirildi, dağıdıldı, yerində başqa obyektlər tikildi. Profili dəyişən kinoteatrlar kommersiya obyektlərinə çevrildi. Təəssüf ki, indi də bu proses gedir. Rayonlardakı böyük teatrlara baxanda adamın ürəyi ağrıyır, çünki onların əksəriyyəti şadlıq evi, restoran, ticarət mərkəzi, mağaza kimi fəaliyyət göstərir. Azərbaycanın əsas kinoteatrları, əlbəttə ki, Bakıda yerləşir. Bakıda yeni kinoteatr şəbəkələri də yaranıb, o şəbəkələr də fəaliyyət göstərir. Amma mini kinoteatrlar, yaxud fərdi kabinetlərdən ibarət flmlər nümayiş etdirən görüş, kafe-kinoya baxış kimi daha çox istifadə olunur, nəinki dünyanın hər yerində qəbul olunan iri ekranlı kinoteatrlar kimi. Nizami Kinoteatrının, Bakı Kinoteatrının, “Sevinc”, “Sevil” və başqa kinotetarların aqibəti göz önündədir. Nizami Kinoteatrı Nizami Kino Mərkəzi kimi fəaliyyət göstərir. Bu mərkəzin kino təbliğatını inkişaf etdirmək üçün imkanları genişdir.

Bütövlükdə, kinoteatrlara tamaşaçılar getmədiyi üçün onlar film nümayiş etdirməyə elə də maraq göstərmirlər. Kinoteatrlara tamaşaçı gəlmədiyinə görə onlara film göstərmək sərf etmir. Açığını deyək, gənclər kinoteatrlara filmə baxmaq üçün getmirlər, ya oradakı oyun zallarına, ya da kofe içməyə gedirlər. Kinoteatrlara maraq azdır, amma bu o demək deyil ki, tamaşaçı cəlb etmək mümkün deyil, mümkündür. Hesab edirəm ki, onları öz profilindən uzaqlaşdırmaq qətiyyən düzgün deyil”.

A.X.Əbilov hesab edir ki, kinoteatrlar oyun zalları, kofeteriya kimi deyil, gerçək kino mərkəzləri kimi fəaliyyət göstərməlidir. Bu məsələdə əlaqədar qurumlarla yanaşı kinoteatrlar özləri də xüsusi layihələr təqdim etməlidir: “Kinoteatrlar tamaşaçıları cəlb etmək üçün xüsusi layihələrlə çıxış etməlidir. Təhsil Nazirliyi və başqa qurumlar da kinotearlara dəstək olmalıdır. Kinoteatrlarda, xüsusən də məktəblilər üçün film nümayişləri təşkil edilməlidir. Sovet dövründəki kimi hətta şagirdləri pulsuz da cəlb etmək olar. Onu da deyim ki, pandemiya kinoteatrlara tamaşaçı marağını tamamilə məhv etdi. Ticarət mərkəzlərindəki kommersiya kinoteatrlarında biletlərin qiymətləri də o qədər bahadır ki, insanların onu almağa imkanı yoxdur. Bir sıra səbəblərdən qazanc əldə etmək üçün  kinoteatrlar öz profilini dəyişməyə məcbur olur. Nizami Kino Mərkəzinin imkanları genişdir, orada film nümayişləri ilə yanaşı konsertlər də təşkil edilə bilər. Nizami Kino Mərkəzini, “Azərbaycan” və digər kinoteatrları idarə edən menecerlər nə ilə məşğuldur, adam baş açmır. Hesab edirəm ki, kinoteatrların menecerləri tamaşaçıları cəlb etmək haqqında ciddi düşünməlidir. Bunun üçün çoxlu layihələr işləyə bilərlər”.

A.X.Əbilov hesab edir ki, kinoteatrlar mədəniyyət ocağı kimi inkişaf etməlidir və dövlət qayğısı, yaradılan şərait buna imkan verir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ