Cümə axşamı günü, 08 oktyabr 2026
     

Əfsanəvi Müslümün özü kimi istedadlı gəncin məşhur ifasına bu laqeydlik Azərbaycan xalqına yaraşmır...

Image


Bir neçə il əvvəl “O səs Ukrayna”nın möhtəşəm səsinə çevirilən əslən Azərbaycandan olan soydaşımız Vaqif Nağıyev böyük Müslüm Maqomayevin ölməz “Sinyaya veçnost” (“Mavi ənginlik”) əsərini özünəməxsus ustalıqla, istedadla ifa edib.

O müsabiqəyə baxanlar yaxşı xatırlayır ki, V.Nağıyev həmin mahnını ifa edərkən münsiflər heyəti onun ifasına heyran kəsilmişdi və ifasını başa çatdırmamış gənc müğənninin möhtəşəm ifasına ən yüksək bal vermişdi. O vaxt Vaqif münsiflərə özü haqda məlumat verərkən “əslən Bakıdanam, amma Xarkovdan gəlmişəm” demişdi. V.Nağıyevin ifasında 3 ildir ki, YoTube-də “raskrutka” edilən“Sinyaya veçnost” mahnısına cəmi 40 min adam baxıb və 1400 nəfər bəyənib. V.Nağıyev kimi gözəl ifaçının videosuna 40 min baxış, 1400 bəyənmə olduğu halda “üç badam bir qoz” oxuyanlara, lap elə Aygün Kazımovanın, Rəqsanənin, digər soyunmaq “ustaları”nın videosuna bəzən 1 milyondan artıq baxış, saysız bəyənmə olur. Halbuki, onlar sənət nümayiş etdirmir, çılpaq bədənlərini göstərirlər. Amma Vaqif Nağıyev sənət göstərir, ölməz Müslüm Maqomayevin ölməz əsərini çox yüksək istedadla ifa edir, Azərbaycanı tanıdır, hər kəs onun Azərbaycan əsilli olduğunu, kökünün Azərbaycandan olduğunu bilir. Vaqifin səsinə ölkəmizdən kənarda  insanlar necə məftun olurlar. Amma onun ifasına 40 min baxışın və 1400 bəyənmənin olması həqiqətən də biabırçılıqdır. Necə ola bilər ki, belə gözəl ifaçıya cəmi 1400 layk verilib. 60 milyona yaxın dünya azərbaycanlılarının Vaqif kimi bir istedada laqeyd yanaşması, ona lazımı dəstək verməməsi doğrudan da mənfi haldır. Vaqif Azərbaycanı necə yüksək səviyyədə təbliğ edir, amma biz ona dəstək vermirik.

Ekspertlər bizimlə söhbətlərində bildirdilər ki, əslində burada başqa bir məqam da istisna edilmir. Bəzi yanaşmalara görə, ola bilsin, ermənilər, yaxud da erməni düşüncəlilər onun bu gözəl ifasını götürüb  YoTube-də elə hesabdan yayımlayırlar ki, ona baxış imkanları məhdud olsun. Səbəbə gəlincə, onlar göstərmək istəyirlər ki, baxın, belə məşhur azərbaycanlının ifasına belə az baxış var. Yəni onun ifasına baxış sayını az göstərən hesabın saxta hesab olduğu barədə şübhələr var. Belə olmasaydı, bu cür gözəl ifaçıya əməlli-başlı layk gələrdi. Azərbaycanın 10 milyon əhalisi var, onların da ən azı 5 milyonu Müslüm Maqomayevin pərəstişkarıdır. Onun əsərini yüksək səviyyədə ifa edən bir gəncin videosuna, ifasına niyə az baxış var, bəyənmə sayı niyə 3 il ərzində 1400-ü aşmayıb?

  • “Hər hansı bir təxribatdan söhbət getmir, buna səbəb xalq olaraq klassik musiqi janrına marağımızın zəif olmasıdır”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, biz bu məsələdə gərək problemin kökünü axtaraq. A.X.Əbilovun sözlərinə görə, azərbaycanlılar və Azərbaycan cəmiyyəti klassik musiqi janrlarına, o cümlədən, Avropa bəstəkarlıq məktəbinin davamçısı olan bəstəkarlarımızın hansının yaradıcılığına diqqət yetiriblər ki, yeni nəsil ifaçılarının ifalarına da isti yanaşınlar? “Razılaşaq ki, Müslüm Maqomayev, Lütfiyar İmanov və onlardan əvvəlki klassik, peşəkar sənətkarların, musiqiçilərimizin ifalarına elə də kütləvi şəkildə qulaq asmırıq. Biz klassik bəstəkarlarımızdan tutmuş Fikrət Əmirova, Qara Qarayevə, Aqşin Babayevə və müasir dövrdəki peşəkar bəstəkarlarımıza qədər hansıların əsərlərinə kütləvi şəkildə qulaq asmışıq, dinləyə bilmişik? Dünya şöhrətli Arif Məlikovun dünyanın ən nüfuzlu opera səhnələrində oynanılan “Məhəbbət əfsanəsi” baleti və digər əsərləri Azərbaycanda nə vaxt anşlaqla dinlənilib? Sizin qeyd etdiyiniz məsələyə gəlincə, öz gözəl səsi, klassik oxu tərzi ilə tamaşaçıları heyrətləndirən, Ukraynada, Türkiyədə böyük alqışlarla qarşılanan, Azərbaycanda da bəh-bəhlə KİV-lərdə reklam olunan bizim gənc müğənnimiz Vaqif Nağıyevin yaradıcılığına kifayət qədər diqqət göstərə bilməmişik. Biz xalq olaraq Vaqif Nağıyev kimi gənclərimizə hərtərəfli dəstək olmalıyıq, amma təəssüf ki, çox zaman bunu bacara bilmirik. Bilirsiz ki, Vaqif kimi xaricdə yaşayan və ifaçılıqla məşğul olan fitri istedadlarımız çoxdur. Onların da yaradıcılığına baxanda görürük ki, onların ifası pop musiqisindən kənardırsa, klassik musiqi janrındadırsa onlar elə də yüksək baxışla yadda qalmır. Çünki bizim ölkəmizdə klassik musiqiyə elə də önəm verilmir, tamaşaçılar xarici internet platformalarında, Yotube də yayımlanan bu kimi ifalara diqqətsizdirlər. Avroviziyada pop musiqisi ifa edən neçə ifaçımızın adı, ifası bizim yadımızda qalıb? Onların bir çoxu artıq undulmaqdadır. Onların bəziləri ABŞ-da taksi sürücülüyü edir, qalanlar da məcburən tur şou-biznesinə qoşulub  birtəhər özünün adını gündəmdə saxlayır. Əslində, bu problemdir. Fitru istedada malik insanların ifasına, yüksək estetik dəyərlərə söykənən ifalara baxış sayı azdır. Amma elə ölkələr, elə cəmiyyətlər də var ki, elitar sənət nümunəsi klassik musiqiçilər, ifaçılar imkanlı şəxslər tərəfindən dəstəklənir. Əslində, hər zaman azərbaycanlılar klassik musiqiçilərə elə də maraq göstərməyib”.

A.X.Əbilovun sözlərinə görə, V.Nağıyevin ifasına bu cür münasibət yolverilməzdir. O hesab edir ki, Vaqif kimi gənclərə çox isti yanaşılmalıdır. “Vaqif Nağıyev kimi Vətəndən kənarda olan istedadlı ifaçının videosuna qarşı bu layeqlik yolverilməzdir. Bu gün Vaqifdən başqa da istedadlarımız var, onlar xarici ölkələrdə işləyirlər. Onların çoxu bu biganəlikdən klassik musiqidən uzaqlaşırlar, yaxud da sənəti atırlar, bundan da incəsənətimiz itirir. Vaqif Nağıyevin videosuna baxış sayının və bəyənmənin az olmasına gəlincə, bu da səbəbsiz deyil. Bu bütün dünyada olan problemdir. Çünki platformalar tez-tez dəyişir. O sənət adamları ki, instaqramdan, Feysbukdan istifadə ediblər, Yotube-yə fikir verməyiblər, indi onlar daha çox Tik-tok platformasına maraq göstərirlər. Tik-tokdan böyük baxışlar götürə bilirlər. Amma klassik musiqi ifaçıları və xalq mahnılarını, muğamları ifa edənlər bu platformalardan az istifadə etdiyi üçün onlara az səs gəlir”.

A.X.Əbilovun sözlərinə görə, Vaqifin videosunun da az bəyənmə və baxış qazanmasında hansısa təxribat axtarmağa ehtiyac yoxdur. “Burada hər hansı bir təxribatdan söhbət getmir, buna səbəb xalq olaraq klassik musiqi janrına marağımızın zəif olmasıdır. Eyni zamanda istənilən sosial şəbəkə platforması süni intellektlə idarə olunur. Süni intellekt də əvvəllər yerləşdirdiyiniz bir ifaya, statusa çoxlu sayda adamın baxdığını görüb onu əsas səhifəyə gətirir. Əsas səhifəyə gətirildiyi üçün ona çoxlu sayda tamaşaçı baxır, baxış sayı artır” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ