Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyi 9 hədəf üzrə fəaliyyət planının icrasına dair hesabat açıqladı - FOTO

Image


“Fəxr edirik ki, ölkəmizin inkişaf prosesindən kənarda qalmadıq və öz töhfələrimizi verdik”

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin birillik fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirildi. Eyni zamanda nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanan konfrans “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusuna həsr edilmişdi. Tədbiri nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə açaraq KİV nümayəndələrini salamladı. İl ərzində Mədəniyyət Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, nazirlik tərəfindən həyata keçirilən layihə və tədbirlərin işıqlandırılmasında göstərilən dəstəyə və əməkdaşlığa görə media nümayəndələrinə təşəkkürünü bildirdi: “Nazirliyin məqsədlərindən biri də mədəniyyət sahəsindəki yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırmaqdır. Bu yolda körpü yaratdığınız üçün hər birinizə minnətdarıq”.

Daha sonra mədəniyyət naziri Anar Kərimov səhnəyə dəvət edildi. Nazir mətbuat konfransına qatılan KİV nümayəndələri və mədəniyyət və incəsənət xadimlərini salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

Nazir diqqətə çatdırdı ki, 2021-ci il ölkəmiz üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbənin birinci ildönümü və Qarabağa böyük qayıdışın ilk addımları kimi yadda qaldı: “Mədəniyyət Nazirliyi olaraq fəxr edirik ki, bu prosesdən kənarda qalmadıq və öz töhfələrimizi verdik”.

2021-ci ilin əvvəlində nazirlik tərəfindən 9 hədəf üzrə fəaliyyət planının bəyan edildiyini bildirən Anar Kərimov dedi: “Hədəfimiz bu bəndləri sözdə deyil, əməldə icra etmək idi. Bu gün artıq nəticələri elan etmək vaxtıdır. Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək istiqamətində fəaliyyət göstərib”.

İdarəetmə sistemində islahatlar

Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması hədəfi ilə bağlı 2030-cu ilədək “Azərbaycan Respublikasının mədəniyyət strategiyası”nın hazırlanması ilə bağlı işlərin görüldüyünü diqqətə çatdıran nazir qeyd etdi ki, bu sahədə 5 istiqamət üzrə (mədəni irsin qorunması, insan kapitalının inkişafı, yaradıcı sənayeyə dəstək, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, mədəniyyətin Qarabağa, Qarabağın mədəniyyətə qayıdışı) prioritetlər elan edilib. Həmçinin hüquqi bazanın yenidən qurulması da nəzərdən keçirilir. Bu hədəf üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 5 yeni regional idarə yaradılıb.

Bildirildi ki, mədəniyyət və yaradıcılığın inkişafı məzmununun zənginləşdirilməsi hədəfi üzrə Azərbaycan Film Komissiyasının yaradılması, “Azərbaycanfilm” Kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı, “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd etmək olar. Məhz bu hədəf üzrə il ərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Filmlərimiz beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.

29 ildən sonra azad Şuşada “Xarıbülbül” musiqi festivalı, XVI Beynəlxalq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vətən müharibəsində Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsi və digər layihələr ilin musiqi mənzərəsinin zənginliyindən xəbər verir.

Pandemiya şərtləri daxilində 2021-ci ildə teatr sahəsində də müəyyən uğurlar oldu. “4.4” Qısa Tamaşalar Festivalı, “Qalib olan Azərbaycan” tamaşalar festivalı, habelə Mədəniyyət Nazirliyinin teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsi üzrə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya bu sahənin inkişafı məqsədi daşıyırdı.

* * *

Bakıda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi kitab və nəşriyyat sahəsində bu ilin ən əlamətdar hadisəsi oldu. Builki sərgi “Nizami Gəncəvi İli”nə həsr olunmuşdu. Sərgi çərçivəsində maraqlı təqdimatlar, tanınmış yazarlarla görüşlər təşkil olundu. İl ərzində həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün “Qarabağa kitabla gedək” layihəsi üzrə kitab toplama kampaniyası davam etdirilib.

* * *

Nazir yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılmasını da 2021-ci ilin uğurları kimi səciyyələndirdi. Anar Kərimov Lənkəran şəhərinin qastronomiya tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin də ilin uğurlarından olduğunu dedi. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələr hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, gələn il UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına salınması ilə bağlı “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək. Həmçinin 2022-ci ildə Fikrət Əmirovun 100, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyləri UNESCO-da qeyd ediləcək.

Mədəniyyətimiz Qarabağa qaytarıldı...

Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Dövlət qeydiyyatında olan 403 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bundan əlavə, il ərzində ölkə üzrə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Nazirlik Şuşada Bülbülün Ev-Muzeyinin bərpasına dəstək verib, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransını təşkil edib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə Vaqif Poeziya Günləri, “Xarıbülbül” musiqi festivalı, Milli Musiqi Günü və Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının Şuşada da qeyd edilməsi, həmçinin “Qarabağın bərpası: yenidənqurma və inkişaf” sərgisində iştirak nazirliyin bu proseslərin mərkəzində yer alması deməkdir.

“Nizami ili”nin tədbirləri tarixə düşdü

Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı oldu. Əlamətdar il çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi və iştirakı ilə respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirildi. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri oldu. Eyni zamanda Mədəniyyət Nazirliyinin dəstəyi ilə mütəfəkkir şairin beş poemasının yer aldığı nəşr – “Nizami Gəncəvi. Xəmsə” kitabı Türkiyədə çap edildi.

Beynəlxalq mədəni əməkdaşlıq hansı uğurlarla yadda qaldı

İl ərzində Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində işlərin davam etdirildiyini bildirən nazir dedi ki, həmçinin beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi də diqqətdə saxlanılıb. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə iştirak təmin edilib. İstedadlı uşaq və gənclər beynəlxalq incəsənət layihələrində uğurlara imza atıblar.

Bu il eyni zamanda beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurlarla müşayiət olunub. İCESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə olması, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə islam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı İCESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. Bu il həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Ölkəmiz həm də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə də üzv olub. Bütün bunlar ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir.

Həm də layihələr, yubileylər ili...

Anar Kərimov qeyd etdi ki, mədəniyyətimizin ölkə daxilində təbliği məqsədilə il ərzində müxtəlif layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. Nazirliyin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Mədəni yenilənmə”, “Səhnədən səngərə”, habelə Vətən müharibəsinə həsr edilən sənədli filmlərin çəkilişi gənc nəslin maariflənməsinə töhfə vermiş oldu.

Həmçinin görkəmli mədəniyyət xadimlərinin yubiley və xatirə gecələrinin keçirilməsi də mədəniyyətimizin ölkə daxilində təbliğinə xidmət edir. Bu sırada Aşıq Ələsgərin 200, Xan Şuşinskinin 120, Mikayıl Abdullayev və Kamil Əliyevin 100, Tofiq Bakıxanovun 90 və başqa əlamətdar yubiley tədbirləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

* * *

Nazir COVİD-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsinin də diqqətdə saxlanıldığını bildirdi. Qeyd etdi ki, kitabxana, qalereya və muzeylər, eləcə də teatr və kino nümayişi müəssisələri ilin əvvəlində fəaliyyətini əsasən onlayn formatda qurdu. Sonralar karantin şərtlərindəki yumşalmalarla müəyyən qaydalara əməl etməklə intensiv fəaliyyət təmin edildi.

Anar Kərimov həmçinin “Davranış mədəniyyəti” layihəsi haqqında da söz açdı. Qeyd etdi ki, layihə mədəni irsimizin qorunması, saxlanılması, dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması ilə bağlı strateji göstərişin icrası məqsədi daşıyır. Nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması üzrə də işlər davam etdirilir.

Daha sonra Anar Kərimov ictimaiyyəti maraqlandıran məsələlərə dair media nümayəndələrinin və nazirliyin rəsmi "Facebook" hesabından canlı yayım vasitəsilə daxil olan sosial media istifadəçilərinin suallarını cavablandırdı.

Mətbuat konfransının sonunda xatirə fotosu çəkdirildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ