Cümə axşamı günü, 08 oktyabr 2026
     

Türkmənçaydan sonra Ərdəbildən Rusiyaya daşınmış Şeyx Səfi kitabxanasının başına sonra nə gəlib?..

Image


Çar Rusiyası və Qacarlar dövləti arasında bağlanan,  Azərbaycan ərazilərini ikiyə bölən bədnam Gülüstan və Türkmənçay müqavilələrindən sonra biz yalnız ərazilərimizi itirmədik, eyni zamanda da mədəniyyətimizə, mədəni irsimizə böyük zərbə dəydi. Kitabxanalarımız dağıdıldı, talandı, maddi-mədəni irsimiz Rusiyaya daşındı.

Azərbaycanın Güneyindən və Qüzeyindən daşınıb aparılan mədəni isr nümunələri hazırda Rusiyanın ən müxtəlif profilli muzeylərində sərgilənir. Türkmənçay muqaviləsindən sonra Ərdəbildəki Şeyx Səfi (Şeyx Səfiyyədin) kitabxanasının taleyinə də acılar yazılıb, bu möhtəşəm kitabxana qarət olunaraq Rusiyaya aparılıb. Bu kitabxanada bizim tariximizlə, ədəbiyytaımızla və sair bağlı cox nadir əlyazmalar olub. Bu gün belə qənaətlər var ki, biz bu kitabxananin qaytarılması üçün rəsmən Rusiyaya muraciət etməliyik. Eyni zamanda Cənubi Azərbaycan ərazisində elmi-tədqiqat işləri aparmağımız üçün bizim alimlərə şərait yaratması üçün  İrana müraciət etməliyik.

  • Mübariz Ağalarlı: “Şeyx Səfiyyəddin kitabxanası bugünə qədər də Rusiyada gizlədilir”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlının sözlərinə görə, yeni dövrdə tarixşünaslığımızın qarşısında böyük vəzifələr durur. Oğurlanaraq Rusiyaya aparılan Şeyx Səfi kitabxanası ilə bağlı məsələni tez-tez işıqlandıran və bu kitabxananı ölkəmizə qaytarmağa nail olmağımızı istəyən M.Ağalarlı deyir ki, Şeyx Səfi kitabxanasında bizim neçə əsrlik tariximiz gizlənib. Tarixçinin sözlərinə görə, bütün hallarda o kitabxananın taleyi ilə ciddi maraqlanmaq lazımdır. “…Hesab edirəm ki, Azərbaycan türklərinin, ümumiyyətlə türklərin Ön Asiyada mövcudluğu, buranın yerli əhalisi olması ilə bağlı xüsusilə də Cənubi Azərbaycanda çox ciddi şəkildə elmi tədiqiqatlar aparılmalıdır. Təbii ki, İran İslam Respublikasının höküməti şərait yaratmalıdır istər dünya miqyaslı arexoloqlar, tarixçilər, istərsə də Azərbaycanın arxeoloqları, tarixçiləri Cənubi Azərbaycan ərazisində tədqiqatlar aparsın. Buna İran dövləti imkan yaratmalıdır. Təəssüflər olsun ki, İran dövləti Cənubi Azərbaycanda beynəlxalq səviyyədə tədqiqatların aparılmasına imkan yaratmır. Bu da qeyd olunan elmi problemlərin həllinə imkan vermir…Amma orada ciddi tədqiqatlar aparılması üçün İran dövlətinə müraciət olunmalıdır. İkinci bir məsələ, çox təəssüflər olsun ki, hazırda Azərbaycanın əlində özünün yaşı əsrlərə söykənən kitabxanası yoxdur, demək olar ki, əlyazmaları yox səviyyəsindədir. Bilirsiz ki, 1828-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhəri işğal edilərkən Şeyx Səfiyyədin kitabxanasından çoxsaylı, minlərlə qiymətli əlyazma qarət edilərək, oğurlanaraq Rusiyaya aparılıb. Şeyx Səfiyyəddin kitabxanası bugünə qədər də Rusiyada gizlədilir. Demək olar ki, dünya və Azərbaycan tarixçiləri o kitabxananın kitablarından istifadə edə bilmirlər. Hesab edirəm ki, bu məsələ də Rusiya dövləti qarşısında qaldırılmalıdır, ən azından Ərdəbil kitabxanasına aid olan və Rusiyada gizlədilən əlyazmalardan istifadəsinə imkan yaradılmalıdır. Digər bir tərəfdən, bilirsiz ki, bizim islama qədərki tariximiz ermənilər tərəfindən oğurlanaraq Matenadaranda saxlanılır. Azərbaycanın qədim dövr, islama qədərki tarixi, xristianlıq dönəmi tarixi də həmin o Matenadaranda gizlədilir. Bütün bunlarla bağlı beynəlxalq səviyyədə məsələ qaldırmaq lazımdır və ermənilərdən Matenadaranda gizlədilən əlyazmalarımızdan istifadə etməyimiz üçün şərait yaratmasını tələb etməliyik. Fikrimcə, qeyd etdiyim bu məsələlər, Rusiyada gizlədilən Ərdəbil kitabxanasının əlyazmaları, Matenadaranda gizlədilən əlyazmalarımız əldə olunduğu təqdirdə biz çox şeyə nail olacağıq”-deyə M.Ağalarlı qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “Qriboyedov Ərdəbilə gələrkən oradakı məşhur kitabxanadan çox qiymətli əlyazmaları, Abbas Mirzənin taxtını və digər qiymətli əşyaları götürüb Peterburqa göndərdi”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, qeyd edilən bu problem Türkmənçay müqaviləsindən sonra Qriboyedovun İrana Rusiya səfiri təyin edilməsi ilə başlayıb. “Bilirsiz ki, Qriboyedov sırf ermənipərəst bir adam olub, Tiflisdə yaşayarkən ətrafındakıların əksəriyyəti ermənilər olub. Ona görə də ermənilərin bura köçürülməsində, Azərbaycanın qənimətlərinin Rusiyaya daşınmasında “böyük rol”u olan şəxsdir. Düzdü, ruslar onu yazıçı, demokratların dostu kimi qiymətləndirsə də, Azərbaycana qarşı çox qəddar, iyrənc bir siyasətin başında duranlardan biri olub. O, səfir təyin olunandan sonra Tehrana gedərkən Cənubi Azərbaycan ərazisindən keçirdi və hər bir kənddə xristian ovuna çıxmışdı. Yəni hansı evdə xristian varsa, əvvəl xristian olub azərbaycanlıya ərə gəlib müsəlmanlığı qəbul edənləri zorla alıb aparırdı ki, sizi bura zorla gətiriblər, biz sizi xilas edirik. Məsələn, Ərdəbildə islamı qəbul edən və ailəsi, övladı olan bir alban qadını zorla ailəsindən alırdı ki, səni bura zorla gətiriblər. Halbuki, albanların təriqəti ilə provaslavın təriqətləri tamam başqa idi. O belə bir iyrənc siyasət aparıdı. Qriboyedov Ərdəbilə gələrkən oradakı məşhur kitabxanadan çox qiymətli əlyazmaları, Abbas Mirzənin taxtını və digər qiymətli əşyaları götürüb Peterburqa göndərdi. İndi də həmin əlyazmalar, həmin qiymətli əşyalar Ermitaj muzeyində saxlanılır… Amma təsəlliverici bir hal var, o da ondan ibarətdir ki, bu əlyazmalar, kitablar Peterburqa göndərilərkən Abbasqulu ağa Bakıxanov onları siyahıya aldı və kataloqunu çıxardı. Biz indi o sənəd əsasında deyə bilirik ki, hansı nümunələr Azərbaycandan oğurlanaraq Rusiyaya aparılıb. İndi soruşula bilər ki, biz onları geri qaytara bilərimi? Azərbaycanın sərvətləri təkcə Rusiyada, onun Ermitaj və digər muzeylərində deyil, London muzeylərində də var. Gəncə qapılarının bir tayı hələ də Gürcüstanda, Rustavi yaxınlığındakı “Gelati” monastrında qalmaqdadır. Eləcə də başqa muzeylərdə Azərbaycan sərvətləri saxlanılmaqdadır. Azərbaycan bu barədə hələ heç bir iddia qaldırmayıb. Mən də olan məlumata görə, Azərbaycan bu məsələ ilə bağlı heç bir tədirli tədbirlər həyata keçirmir.  Ola bilər buna beynəlxalq münasibətlərdəki hansısa boşluqlar mane olur, amma heç olmasa bunun təbliğinə fakir vermək lazımdı ki, gələcəkdə nəsə əldə etmək mümkün olsun”- deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ