Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yaşın müdriklik zirvəsində yaşanan kədər və sevinc... - FOTO

Image


Xalqın içindən çıxan elə istedadlı şeir-sənət insanları var ki, onlar el şairləri səviyyəsində müdriklik zirvəsinə yüksəlməklə öz qələmləri ilə yeni bir poetik söz kəhkəşanını yaradırlar. Belə yaradıcı müdrik insanlardan biri də iki kitab (1;2) müəllifi Aydın Qədimoğludur.

Kitablarlı Aydın Qədimoğlunun övladı Söhrab Abbasov tərtib etmişdir. Kitablara Xalq şairləri N.Həsənzadə və S.Rüstəmxanlı ön söz yazmışlar. Hər iki kitabda “Müəllifdən” qeydləri verilmişdir. İkinci kitaba üstəlik, Aydın Qədimoğlunun qələm məhsulları və mənəvi-əxlaqi keyfiyyətləri haqqında onu yaxından tanıyan, sevən, yaradıcılığına ehtiramla, məhəbbətlə yanaşan A.Qaraçənli, şairə N.Gültac, prof. Z.Nəbibəyli, K.Abbasov, Ehtiram müəllim, jurnalist Q.Kamalqızı, şair Ə.Saldaş, şair-publisist Ə.Ə.İlyasov kimi insanların ürəkdən gələn səmimi sözləri də əlavə edilmişdir.

Kimdir Aydın Qədimoğlu?Onun şeirləri bizə nə deyir? Yaradıcılığı ideya-məzmun və forma-janr etibarilə hansı özəl xüsusiyyətlərə, hansı məziyyətlərə malikdir?

Yuxarıda qarşıya qoyduğumuz suallara şairin nəşr edilmiş iki kitabı hərtərəfli və dolğun cavab verdiyinə görə biz də fikrimizcə, həmin kitablara istinad etməklə onlardan sitatlar versək, məqsədimizə əsasən çata bilərik və hörmətli oxuculara Aydın Qədimoğlu imzasının, şəxsiyyətinin ağır-sanbal dəyər-qiymətini tanıtmağa müvəffəq olarıq.

Əvvəlcə Aydın müəllimin qısa tərcümeyi-halına nəzər salaq:

Abbasov Aydın Qədim oğlu (Aydın Qədimoğlu) 1935-ci ildə Laçın rayonunun Pircahan kəndində dünyaya göz açmışdır. O, 1949-cu ildə Pircahan kənd yeddillik məktəbini bitirmiş və həmin ildə də Laçın pedaqoji texnikumuna daxil olmuş, 1953-cü ildə orta ixtisas təhsilini uğurla başa vurmuşdur. 1953-cü ilin sentyabrında Kəlbəcər rayon xalq maarif şöbəsinin əmri ilə rayonun Milli kənd ibtidai məktəbinə müəllim təyin edilmişdir. 1954-cü ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, üç ildən sonra yenidən əvvəlki iş yerinə qayıtmış və daha bir neçə il Kəlbəcər rayonunun ayrı-ayrı kəndlərində fəaliyyətini davam etdirmişdir. 1959-cu ildə Aydın Abbasov Maarif Nazirliyinin əmri ilə Laçın rayonu xalq maarif şöbəsinin sərəncamına göndərilmiş və rayonun müxtəlif kənd məktəblərində müəllimlik etmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində (qiyabi şöbə) ali təhsil almışdır. 1972-ci ilin sentyabr ayından 1992-ci ilə qədər – Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanadək öz doğma kəndində (Pircahan kənd orta məktəbi) ixtisası üzrə – tarix müəllimi işləmiş və müxtəlif vəzifələrdə çalışmışdır.

“Sabahım Laçındı” Aydın müəllimin ilk kitabıdır. Kitabda müəllifin ayrı-ayrı illərdə qələmə aldığı müxtəlif səpkili 204 şeiri toplanmışdır.

Xalq şairi N.Həsənzadə yazır:“Aydın Qədimoğlunun yaradıcılığına diqqət etdikdə onun şeirlərində ağrılı-acılı, kövrək mısralar həddən artıqdır...Bu kövrəkliyi təkcə onun köçkünlük həyatı ilə bağlamaq o qədər də düzgün olmazdı. Burada onun keçmişə, kökə bağlı qürur hissindən kövrəldiyi, qəhərləndiyi də açıq-aşkar hiss olunur...(1, s.6-7)

Aydın Qədimoğlunun kitabdakı şeirlərinin elə təkcə sərlövhəsinə ötəri nəzər salmaq kifayətdir ki, onun rəngarəng poetik dünyasının axar-baxar genişliyini görə bilək: “Dağlarım”, “Ay bənövşə, hardasan?”, “Ağla, gözlərim, ağla”, “Mənə qaçqın deməyin”, “Mamadağ”, “Dağ nisgili”, “A dağlar”, “Durnalar”, “Xəyanət”, “Ya qismət”, “Dağlar”, “Yolum dağlara”, “Ana torpağım”, “Döz, ürəyim”, “Qocalıq”, “Ötən günə gün çatmaz”, “Zəmanə”, “Dərdi-sərim məni şair eləyib”, “Yoruldum”, “Dünya”, “Ayrılıq”, “Ana dərdi”, “Analar”, “Ağlama, quzum, ağlama”, “Ema”, “Sarıköynək”, “Elə qəmli-qəmli çalma sən Allah”, “Bir ölüm” “Təcnis”, “Bayatılar”...

Aydın Qədimoğlu ilk şeirini 1953 –cü ildə Kəlbəcər rayonunun Milli kəndində müəllim işləyərkən yazmışdır. Özünün etirafına görə, saza-sözə, aşıq yaradıcılığına olan həvəsi elə Kəlbəcər həyatı ilə bağlıdır.Aydın müəllim özü bu barədə belə yazır: “Kəlbəcər həyatı gələcək ömür yollarımda çox dərin izlər buraxmışdır. Yaxşı insanların əhatəsinə düşmüşdüm...Mənim yazılarımda qəm üstündə köklənmiş seirlər daha çoxdur. Bu da səbəbsiz deyil. Vaxtsız ata-ana itkisi, oğul itkisi, qəriblik, Vətən ayrılığı, Vətən həsrəti...(1, s.9-10)

Aydın Qədimoğlu bir tərəfdən qəlbinin dərinliyindən qopan nalə və acı kədərlə “Nisgilim, fəryadım, ahım Laçındı” deyirsə də, gələcəyə olan son ümidini, inamını, nikbinliyini itirməyərək sevinclə bəyan edir ki, “Gülər üzüm, şən sabahım Laçındı”. (1, s.13)Aydın müəllim vəsiyyətini isə belə edir:

Aydınam, arzumdan dönən deyiləm,
Elə məşələm ki, sönən deyiləm.
Yurdumu, yağıynan bölən deyiləm,
Tanrı heç çəkməsin sınağa məni,
Laçında tapşırın torpağa məni.
(1, s.15)

Hələ XVI əsrdə Məhəmməd Füzuli şeirdən birinci növbədə bəşəri dərd, müqəddəs kədər tələb edirdi. Şeir söyləmək bacarığı barədə nəsihət verənin (Naseh) dili ilə dahi şairimiz deyirdi: “Sən bu möhnət beşiyində məşəqqət südü ilə bəslənmiş və buranın suyu və havası ilə yetişib böyümüsən. Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir. Şair olmaq üçün demə ki, zövqü səfa lazımdır. Dərddən danış ki, şeir yarışında söz topunu apara biləsən”. (3, s.19)

Aydın Qədimoğlu da yazır:
Mən ki şair doğulmadım anadan,
Dərdi-sərim məni şair eyləyib.
Qəmin dustağıyam başdan, binadan,
Dərdi-sərim məni şair eyləyib.

... Aydınam, dərdlərim sirdaşım oldu,
Dərdlərim ən sadiq yoldaşım oldu,
Dərdlərim sevincim, göz yaşım oldu,
Dərdi-sərim məni şair eyləyib. (1, s.113)

“İndi yol gedirəm doxsana sarı” Aydın Qədimoğlunun ikinci kitabıdır. Bu topluda onun əsasən son illər yazdığı 275 şeiri cəmlənib. Kitabın əsas mövzusu yenə Vətən həsrəti, yurd dərdidir. Laçına, Kəlbəcərə, onun səfalı, dilbər guşələrinə, dağlarına, insanlarına həsr edilmiş bədii nümunələr oxucunun zövqünü, incə duyğularını oxşayır. Aydın Qədimoğlu bu kitabında da birinci kitabında olduğu kimi mərhum həyat yoldaşı Elmira xanıma (Ema) bir xeyli şeirlər həsr edib.

Xalq şairi S.Rüstəmxanlı yazır: “Aydın müəllim Azərbaycan aşıq poeziyasının böyük ənənələrini dərindən mənimsəmiş, bu poeziyanın bütün ölçü-biçisinin, ifadə imkanlarının bu günümüzün duyğu və düşüncələrini ifadə etməkbaxımından necə böyük imkanlara malik olduğunu nümayiş etdirməyi bacaran qələm sahibidir. Qoşma, gəraylı, bayatı... Ən çox müraciət etdiyi şeir biçimləri bunlardır”. (2, s.21)

Aydın Qədimoğlunun şeirlərində dərd, qəm, kədər, eşq, sevgi, məhəbbət, zaman, insan, ürək, tanrı, Allah, cavanlıq, gənclik, qocalıq, ömür, möhnət, ayrılıq, tale, bəxt, ana kimi söz və anlayışlara tez-tez rast gəlirik. Bu da şairin həyatı müdriklik zirvəsində bütün rəng və çalarları, xüsusən kədər və sevinci ilə qəlbən yaşamaqla idrakın gözü ilə görə bilməsindən irəli gəlir. Onun insanlar üçün arzuladığı bir məkan varsa da, o da dərd olmayan yerdir:

Baş götürüb gedək, qardaş,
Gedək dərd olmayan yerə.
Fələynən girmə oyuna,
Gedək dərd olmayan yerə.
(2, s.168)

Aydın müəllimin ötən günləri, keçmişinin acılı-şirinli xatirələri onu yazıb-yaratmağa səsləyir, riqqətə gətirib ürəyini boşaltmağa sövq edir:  “Zaman içində”, “Ömrümün ətirli baharı keçdi”, “Qaytar keçmişə məni”, “Mənim bu dünyaya yazığım gəlir”, “Dünyanın sonudur bəlkə”, “Zaman səni gözləmir”, “Bəxtimin bəxti olmayıb”, “Dünya”, “Ömrüm sona yetişdi”, “Dərd də çıxıb yadımdan”, “Allah”, “Dünyamızın dünya boyda dərdi var”, “Canım oy!”, “İlahi”, “Doğulmuşam dərd-qəminən qoşa mən”, “Dərd özü tapar adamı”, “Qocalıq”, “Dünya mənim deyilmiş”, “Nəvəm Aydana”, “Ay Ema”, “Sanki öz dünyamı itirmişəm mən”, “Dağı dağ üstə”, “Taleyimə bax”, “O günlər olaydı”, “Gənclik – ömrün baharı”, “O dağlardadır”, “Gücüm bu torpaqdadır”, “Gedə bilərəmmi Laçına sənsiz?”, “Salam, ay Kəlbəcər, salam, ay Laçın”, “Nilay və Məryəmə (nəvələrimə)”, “Pircanım mənim”, “Bu da mənim taleyim”...

Aydın müəllimlə Elmira xanımın sevgisi, onların bir-birinə bağlılığı, sədaqəti və hazırda qocamanAydın Qədimoğlunun Elmira həsrəti sözün əsl mənasında bir romandır, bir dastandır.

Aydın Qədimoğlu uzun illər bir pedaqoq kimi Kəlbəcərdə, Laçında neçə-neçə gənc nəslin yetişməsində böyük zəhmət çəkmişdir. Ziyalı kadrlar yetişdirmişdir. 2010-cu il Aydın müəllimin pedaqoji fəaliyyəti başa vurub təqaüdə çıxdığı, özü demişkən, işləməyə əlvida deyib oturaq həyata keçdiyi ildi: “Həmişə deyirəm: nə öyrətmişik, nə öyrətməmişik, nə demişik, nə deməmişik, onlar qalsın bir kənara, 60 il jurnal götürüb sinfə girib sinifdən çıxmışam. Mənim 60 ilə yaxın fasiləsiz əmək stajım var”. (2, s.42)

O, bir el ağsaqqalı olaraq nəsihətli şeirlərində uşaqları, gəncləri milli ruha, kökə, torpağa, kəndə, elə-obaya bağlılığa səsləyir,onlara yurdsevərlik, vətənpərvərlik dərsi öyrədir. Vətən həsrəti, yurd sevgisi, təbiətə vurğunluq onun şeirlərinin başlıca mövzusudur. Bir müəllim, pedaqoq olaraq onun kitabındakı şeirlərində didaktik istiqamət qabarıqdır:

Keçib səndə cavanlığım, gəncliyim,

A doğmaca yurdum, Pircanım mənim.

Qərinələr ötüb, zamanlar keçsə,

Sənsən bir əbədi ünvanım mənim.

A doğmaca yurdum, Pircanım mənim.(2, s.326)

Gördüyümüz kimi, ideya-məzmun dərinliyi, mövzu əlvanlığı, forma-janr zənginliyi Aydın müəllimin yaradıcılığı üçün əsas məziyyətlərdir.

Səksən yeddi yaşlı təqaüdçü Aydın Qədimoğlu iyirmi ildən çoxdur ki, Bakının Pirşağı qəsəbəsində yaşayır. Bu gün Aydın müəllimin 2 oğlu, 5 qızı, 14 nəvəsi var. O, yaşının müdriklik zirvəsində xalqımızla birlikdə Qarabağın işğaldan azad olunmasını Zəfər bayramı kimi sevinclə yaşayır...

Məni daha tanıdınmı, oxucum?
Bax bu mənəm, bu da mənim taleyim.
Ömür kitabımı vərəqlədinmi?
Bax bu mənəm, bu da mənim taleyim. (2, s.327)

Bəli, tanıdıq, Aydın Qədimoğlu, sənin kədərli-sevincli taleyini, müdrik ömür yolunu tanıdıq, o, hələ davam edir və ölməzliyə doğru davam edəcək, çünki xalqını, millətini sevərək El üçün, Vətən üçün şam tək əriyənlərin qisməti əbədiyyətdir!

Rasim NƏBİOĞLU
tədqiqatçı-yazar,
fəxri professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ