Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yunus Oğuz: “Yazarlar arasında bir neçə qruplaşma var, biri o birini həzm edə bilmir”

Image


"Ədəbiyyat və incəsənət" portalının "Ulduz" jurnalı ilə birgə layihəsi olan "Şənbə qonağı"nda İntiqam Yaşar bu dəfə sizi yazıçı, publisist, maraqlı tarixi romanların müəllifi, "Olaylar" media qurumunun rəhbəri Yunus Oğuzla görüşdürür.

-Salam, Yunus bəy, ədəbi mühitdə daha çox varsınız, yoxsa mediada?

-Ədəbi mühitin öz yeri, medianın öz yeri var. Tale elə gətirib ki, hər ikisinin də fəaliyyətinə eyni vaxtda başlamışam, yəni on beş yaşımdan. Birini o birindən ayırmıram, çünki hər ikisinin təməlində yazmaq durur. Bu gün media ilə bədii ədəbiyyat çuğlaşıb. Bəzən birini o birindən ayıra bilmirsən. Ancaq əgər bu, oxucular tərəfindən rəğbətlə qarşılanırsa, deməli normaldır. Publisistikanı romanlarıma ilk tətbiq edənlərdən biri də mən olmuşam. Bu gün oxucu 1000 səhifəlik kitab deyil, mahiyyətini anladacaq əsər gözləyir. Bu zaman publisistikanın yığcamlığı köməyimizə gəlir.

-Müasir oxucu yazardan nə istəyir?

-Maraqlı əsərlər. Elə əsərlər ki, oxucu onun aurasından uzun müddət çıxa bilməsin. Bədii ədəbiyyat həmişə oxucuları təsirləndirir, elə bil ki, oxucu öz həyatını yaşayır, onun həyatını tərənnüm edirsən. Ona görə də sevilirsən, hörmətə minirsən.

-Yunus bəy, yazarla oxucu arasında rabitə, sizcə, itməyib ki? 
 

-Rabitə çoxdan itib. Düşünürəm, bunun əsas səbəblərindən də biri internetin yaranmasıdır. Faktiki olaraq sosial şəbəkə bu təması, ünsiyyəti əlimizdən alıb. Bu yaxınlarda oxucularla Slavyan Universitetində canlı görüşüm oldu. Bu başqa aləm idi. Canlı təmas həm oxucuların, həm də yazarın xatirələrində uzun illər qalır. Sosial şəbəkinin ünsiyyəti isə bir neçə saatlıqdır. Sosial şəbəkələr insanın ruhunu öldürür. Burada səni canlı təmasda qınayan yoxdur, uzaqbaşı bəyənmədiyin adamı dostluqdan çıxardacaqsan. Canlı təmas isə boynuna məsuliyyət qoyur.

-Tarixi romanlar müəllifisiniz. Romanlarınıza olan marağı ölkə daxili və ölkə xarici baxımdan müqayisə etsəniz, hansı nəticəyə gələrsiniz?

-Romanlarım həm daxildə, həm xaricdə maraqla qarşılanır, çünki tarixi şəxsiyyətlərdən yazılanda hər ölkənin oxucusuna ünvanlanmaqla yanaşı, həm də həmin ölkənin tarix və ədəbiyyat siyasətinə toxunulur. Məsələn, özbəklər Əmir Teymuru nə qədər çox sevirlərsə, Çingiz xanı bir o qədər sevmirlər. Düşünürəm, belə sevgi gələcəkdə aradan qalxacaq. Hər ikisi bizim tarixdir. Bizim bədbəxtliyimiz ondadır ki, bizi ümümtürk tarixindən və mədəniyyətindən ayrı salıblar. Uşaqlıq dövrümüzdə bizi elə öyrədirdilər ki, guya bizim türkə heç bir dəxlimiz yoxdur, türklər bütövlükdə bizə düşmən olublar, böyük qardaşlarımız rus və farslardır. Etiraf edim ki, buna müəyyən qədər nail də olmuşdular. Hələ indinin özündə də gənclərə bu sayaq təlim verən insanlar kifayət qədərdir.

- Türk dünyasında daha çox tanınmış müəllif olaraq fikirləriniz maraqlıdır, qardaş xalqlar arasında ədəbi əlaqələr sizi qane edirmi? 

-Əlbəttə etmir. Təəssüflər olsun ki, indiyə qədər bu əlaqələr daha çox şəxsi səviyyədə olub. Keçən ay yeni (köhnə) yaranmış Türk dövlətləri təşkilatı bu əlaqələrə yeni töhfələr verəcək. Ortaq ədəbiyyat, dil, tarix bu əlaqələrin təkanı olacaq. İndi isə, əgər sən o ölkənin daxili həyatından, tarixindən az yazırsansa, deməli həmin ölkənin oxucuları üçün az əhəmiyyət kəsb edirsən. Demək, əsl ədəbiyyata hələ gəlib çatmamışıq. Bunu da keçmək lazımdır.

-Bu ədəbi əlaqələrin inkişafı üçün hansı işlərin görülməsinə zərurət var?

-Yəqin ki, bu təşkilatın (TDT) yazarlar birliyinin assosiasiyasını yaratmaq lazımdır ki, əlaqələr daha da güclənsin. Bu gün türk dövlətləri üçün unikal şərait yaranıb. 15-ci əsrdə, türk oğlu, məmlük Səlahiddin Əyyubinin torpaqlarını da Osmanlı torpaqlarına qatandan sonra 16-cı əsrdə demək olar ki, dünyanı "ağbaşlılar", "qızılbaşlar", "yaşılbaşlar" idarə edirdilər, yəni Osmanlılar, Qızılbaşlar və Şeybanilər. Sonradan onlara Babur-moğol şahı qoşuldu. Bunlar hamısı bizim ortaq tariximizdi və bunları ümumən ədəbiyyata gətirmək lazımdır.

- Necə hesab edirsiniz, dünyada romançılıq ön plandadır yoxsa, digər janrlar?

-Bütün janrların öz gözəlliyi var. Əsas odur ki, mükəmməl və maraqlı yazasan, oxucunu yerindən oynadasan, içindən tərpədəsən.

-Yunus bəy, bu gün bizim dünyaya çıxarmağa romanımız azdır, yoxsa tərcüməçilərmiz yoxdur?

-Romanlarımız var, amma mərkəzləşmiş fəaliyyətimiz yoxdur. Buna bəzən paxıllıq, bəzən həsəd, bəzən isə şəxsi münasibətlər mane olur. Yaradıcı adamların bir-birilə ziddiyyətlərini bilirsiniz. Yaraşdı-yaraşmadı hər kəs özünü daha çox irəli vermək istəyir. Təsadüfi deyil ki, yazarlar arasında bir neçə qruplaşma var. Biri o birini həzm edə bilmir. Bu da çox zaman xarici əlaqələrimizə mənfi çalarlar gətirir.

-Bir mətbu agentliyin rəhbəri kimi, sizcə, mətbuatla ədəbiyyatın sintez olaraq auditoriyaya nüfuz etməsi yetərli səviyyədədirmi?

-Media yazarların təbliğatında əvəzsiz rol oynayır, onları tanıdır, ya göylərə qaldırır, ya da yerdən-yerə çırpır. Onları bir-birindən ayırmaq olmaz. Son zamanlar ədəbiyyatımızda yaranmış "publisist dil" məhz medianın xidmətidir.

-Ədəbi gənclik ilə münasibətiniz necədir, yeni imzalar nə deyir sizə?

-Ədəbi gəncliklə münasibətlərim yaxşıdır. Yeni istedadlarımız göz qabağındadır: Fərid, Cavid, Qismət, İntiqam, Ayxan, Kəramət, Aysel, Şəhriyar və başqalarını mütəmadi izləyirəm. Adlarını çəkmədiklərim üzrlü hesab etsinlər.

- Suallarda səslənməyən, amma, sizin demək istədiyiniz fikirlər varsa, eşidək. 

-Bir olaq, diri olaq. Təşəkkürlər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ