17 dekabr 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda şair-publisist Şahnaz Şahinin üç kitabının - "XOCALININ SƏRVƏRİ", "ZƏFƏR NƏĞMƏLƏRİ" və "SABİRABAD ŞƏHİDLƏRI"nin təqdimatı keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli tədbiri açaraq, müəllif və kitablar haqqında məlumat verib. Sonra ədəbi tənqidçi Əsəd Cahangir hər üç əsər barəsində ətraflı danışaraq kitabların gələcək nəslin vətənpərvər ruhda yerişməsində öz rolu olduğunu vurğulayıb. Sonra tədbir iştirakçılarına söz verilib, onlar da müəllifi təbrik edərək uğurlar arzulayıblar.
Sonda Şahnaz Şahin yaradılan şərait üçün Azərbaycan Yazıçılar Birliyinə və tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.