Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şair-yazıçılar ayaq üstdə - nəşriyyatlar kitab çapını da qaldırdı...

Image


Ölkəmizdə saysız nəşriyyatlar və mətbəələr fəaliyyət göstərir və onların əksəriyyətinin də çap qiymətlərini “ceyranın belinə” qaldırdığına dair fikirlər var. Şair və yazıçıların iddiasına görə, mətbəələr və nəşriyyatlar kitab çapı sahəsində son dövrlər qiyməti bir neçə qat qaldırıb. Xüsusən də son 5-6 ayda nəşriyyatlar tərəfindən qiymətlərin qaldırıldığını deyən yazarların sözlərinə görə, əksər hallarda bu da gənc yazarların ziyanına olur.

Qiymətlərin süni surətdə qaldırılmasından ən çox gənclərin əziyyət çəkdiyini deyən yazarların sözlərinə görə, nəşriyyatlar kitabları baha qiymətə çap edib verir yazara, yazar da məcbur qalıb, kitabını kitab mağazalarına baha qiymətə satışa qoyur. Çox zaman isə kitablar satılmır, yazar borca düşür və başqa problemlərlə üzləşir.

Bütün bunlar isə o şəraitdə baş verir ki, Prezident İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Vergilər Məcəlləsinə dəyişikliklərlərlə bağlı məsələ Milli Məclis tərəfindən qəbul olunub və  kağız ƏDV-dən azad edilib.  

Bu halda nəşriyyatlar niyə kitab çapının qiymətini qaldırıb? Ümumiyyətlə, bu sahədəki qiymət artımı nə ilə bağlıdır?

  • “Qiymətlərin bu şəkildə bahalaşmasına rəvac verən kitab çapını monopoliyaya alan nəşriyyat və mətbəələrdir”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, çoxsaylı müraciətlərdən və uzun sürən mübarizədən sonra Azərbaycanda kitab nəşrində və satışında 18 faiz ƏDV-nin götürülməsi baş tutdu, ölkə başçısının təşəbbüsü ilə Vergilər Məcəlləsində bu barədə dəyişikliklər edildi. “Bütün bunlara baxmayaraq, yenə də kitablar çox baha qiymətə çap olunur. Bu isə, müəlliflərlə yanaşı, oxuculara da mənfi təsir edir. Çünki bu bahalıq indiki postmüharibə və postpandemiya dövrünün çətin iqtisadi şəraitində insanların kitab almasına problem yaradır. Əslində, bu gün bütün dünyada kitab bahadır. Təkcə Sovet dövründə kitab ucuz idi, çünki kitab çapı, yayımı, satışı dövlətin əlində idi. Bütün bunlar bir sistemdən idarə olunurdu. O sistemin də dəqiq konturları vardı. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra bizdə bir xaotik dövr başladı. Amma son 10 ildə həm QHT-lərin, həm kitab nəşri ilə məşğul olan mətbəə və nəşriyyatların, həm də müəlliflərin səyi nəticəsində qismən də olsa kağız kitablar disk formatına keçdi və kitablarımız elektron şəkilində, e-kitab formasında yayılmağa başladı. Söhbət kağız kitabdan gedirsə, dünyada kağızın qiyməti qalxıb. Bilirsiz ki, kağız istehsal etmək üçün mütləq ağac kəsilməlidir, fabriklər, zavodlar işləməlidir. İndiki dövrdə də BMT-nin və dünyanın  beyin mərkəzlərinin, eləcə də bizlərin bəşəriyyətin təbii resurslarının tükəndiyinə dair həyacanlarımız onu deməyə əsas verir ki, bu qədər məsrəfçiliyə getmək düzgün deyildi. Ona görə də bəşəriyyət özü bunu başa düşdü və kütləvi olaraq elektronlaşdırma prosesi kitab sənayesinə də təsir etdi. Artıq insanlar virtual oxu və elektron yazı mədəniyyəti vərdişlərinə yiyələndi. Nəticədə də kağız daşıyıcılarından çox elektron daşıyıcılarda mətnlər ötürülməyə başladı. Əvvəllər kağız daşıyıcılara maraq var idisə, indi mobil tətbiqlər, müasir informasiya texnologiyalarının inkişafı bizi elektron kitaba meyl etməyə vadar etdi. Bu da kitab nəşrini, çapını elitar bir sahəyə çevirdi”.

A.X.Əbilov deyir ki, daşınma xərclərinin artması da başahalaşmaya səbəb ola bilən amil kimi göstərilir. Mütəxəssisin bildirdiyinə görə, biz adətən kağızı Türkiyədən, Çindən və başqa ölkələrdən alırıq, bütövlükdə dünyada kağız və mətbəə avadanlqılarının, rənglərin, kitab çapı üçün lazım olan vasitələrin bahalaşması özünü Azərbaycanda da göstərməyə başlayıb. Azərbaycanda son 30 ildə kitabların kütləvi şəkildə çap edilmədiyini deyən A.X.Əbilovun sözlərinə görə, ona görə də hər hansı bir kitabın maya dəyərinin aşağı düşməsi onun tirajının 10 mindən yuxarı olması ilə dəyərləndirilir. “Amma Azərbaycanda kitablar 500, 1000, ən yaxşı halda isə 5-6 min nüsxə ilə çap olunur. Bu da kitabların çapının baha olmasına və satışa da baha qiymətə buraxılmasına səbəb olur. Eyni zamanda kitabların qiymətində də bir xaotiklik var. Müəllif gəlir mətbəə və nəşriyyat tapır, onlarla müqavilə bağlayır. Bu da çox zaman şifahi müqavilə olur. Hətta bir çox nəşriyyatlar, mətbəələr müəllifdən pul alıb kitabı çap etsələr belə, müəlliflik hüquqlarının onlara məxsus olduğunu göstərirlər. Halbuki, bildiyim qədər, kitab müəllifin vəsaiti hesabına çap olunursa, kitabın nəşri üçün müəlliflik hüququ nəşriyyatda yox, şairdə, yazıçıda olmalıdır. Bizim yazıçılar bəzən bunu dərk etmir və nəticədə müəllif hüququnu həmin mətbəə, nəşriyyatla paylaşmış olur. Bu da düzgün deyil. Azərbaycanda bir sıra mətbəələr və nəşriyyatlar sanki kitab yayımını, satışını inhisara alıblar. Bəziləri dövlətin bu sahəyə liberal azadlıqlar verməsindən sui-istifadə edərək öz qohum-əqrabalarının keçmişdə kitab və nəşriyyat işində iştirakından yararlanaraq bu sahədə mafiyyalaşıblar, öz sistemlərini qurublar. Həmin o mətbəələr, həmin nəşriyyatlar bu və ya digər dərəcədə kimlər tərəfindənsə özəlləşdirildi, buna görə də onlar kitab çapını, kitab nəşrini inhisara alıblar və bu amillər də yeni yaranan nəşriyyatların bazar qiymətlərinə mane olur. Baxmayaraq ki, yeni nəşriyyatlar və mətbəələr yaranıb. Azərbaycanda biz bu sahədə çox mənfi hallarla qarşılaşırıq. “Yazıçı” nəşriyyatı vardı, Əkrəm Əylisli də onun rəhbəri idi. Bu nəşriyyatın da binası şəhərin çox görkəmli yerlərindən birində, Fəvvarələr meydanının yaxınlığında idi. “Yazıçı” nəşriyyatı necə oldu, kimlər tərəfindən “uduldu”, bu barədə heç kəs danışmır. Yaxud “Azərnəşr” necə oldu? Bildiyim qədər, onun binası Mərkəzi Univermağının yanında yerləşirdi. Onu kim “uddu”, kim özəlləşdirdi, o da məlum deyil. Vaxtilə 3 nömrəli mətbəə vardı, Maarif nəşriyyatı vardı. Bunların da taleyi qaranlıqdır. Eyni zamanda bir çox nəşriyyat və poliqrafiya işləri ilə məşğul olan şəxslər vardı ki, öz qardaşlarına, qohum-əqrabalarına müəyyən müəssisələr açdılar, o mətbəələri ucuz qiymətə özəlləşdirib onlara verdilər. Bəziləri ondan nəşriyyat kimi istifadə etsə də, çoxları profilini dəyişdi, kimlərəsə də o mətbəələrin yerlərini, avadanlıqlarını satdılar. Mənə elə gəlir ki, bununla hüquq-mühafizə orqanları maraqlanmalıdır. Amma digər tərəfdən bu, inhisarçılığa aparıb çıxarmamalıdır. Qiymətlərin bu şəkildə bahalaşmasına rəvac verən kitab çapını monopoliyaya alan nəşriyyat və mətbəələrdir. Bu da, təbii ki, çox mənfi tendensiyadır”- deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ