Cümə günü, 14 avqust 2026
     

Şou-müğənnilər başqa dövrlərdə gen-bol şıltaqlıq edə bilər, müharibə dövründə isə... Kamil Zeynallı və Nadir Qafarzadə çoxlarına dərs olmalıdır

Image


Şou-biznesçilərin döyüş bölgələrinə kütləvi axın etdiyi, əsgərlərlə poz verib şəkillər çəkdirdiyi, sonra isə həmin şəkilləri sosial şəbəkə hesablarında yayımladıqları məlumdur. Bir çox halda, şou-biznesçilər adının, görüntüsünün yayılmasının qadağan olunduğu strateji yerlərdə də fotolar və videollar çəkdirməkdən çəkinmirlər. Dəfələrlə şou-biznesçilərin bu davranışları sosial şəbəkələrdə müzakirə edilib və onların hərəkətləri tənqid olunub. Artıq şou-biznesçilərin bu davranışlarının qarşısı hüquq müstəvidə alınır.  

Məlum olduğu kimi, Ermənistan Respublikası silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını pozaraq, ağır artilleriya və raketlərdən istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını, həmçinin, ölkəmizdə hərbi vəziyyətin elan edilməsini nəzərə alaraq, dəfələrlə sosial media və digər rəqəmsal platforma istifadəçiləri cəbhəboyu zonada vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən, informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.

Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-cı (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən, Füzuli Rayon Prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıb və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Füzuli Rayon Məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.

Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib. Eyni zamanda, bu növ, hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq, qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-videomateriallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, ən ciddi tədbirlərin görülməsi təmin ediləcək. Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq” - deyə məlumatda qeyd olunur.

Məlum olduğu kimi, hələlik K.Zeynalı həbs edilib, N.Qafarzadəyə isə ciddi xəbərdarlıq olunub. Fikrimizcə, şou-biznesçilərin hərəkətlərinə verilən uyğun qiymət başqalarına dərs olmalıdır.

  • “Kamil Zeynallının həbs edilməsi, Nadir Qafarzadəyə isə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq edilməsindən başqa şou-biznesçilər də dərs götürməlidirlər”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində şou-biznesçilərin yol verdiyi bu hərəkətlərin qəbuledilməz olduğunu bildirdi. “Sözsüz ki, hər bir fövqəladə vəziyyət zamanı, o cümlədən də müharibə vaxtı döyüş gedərkən rəsmi dövlət qurumlarının müəyyən etdiyi qayda-qanunlara hər kəs əməl etməlidir. Təəssüflər olsun ki, bizim insanların böyük əksəriyyəti, xüsusən də özünü bloger sayanlar, eləcə də şou-biznes nümayəndələri bu qadağaların nə üçün qoyulduğunun mahiyyətinə varmırlar. Kamil Zeynallı, Nadir Qafarzadə hətta bunu xoş niyyətlə etmiş olsalar da, orduya dəstək məqsədilə oradan şəkillər çəkib yayıblarsa belə, bu, həm fövqəladə vəziyyət, həm də  müharibə şəraitilə bağlı Azərbaycan qanunvericiliyini pozurlar. Onların bu davranışı mövcud qanunvericiliyin pozulması deməkdir. Şou-biznesçilər fərqinə varmırlar ki, şəkillərdə görsənən məkanlar, əsgərlərin, zabitlərin üzləri, binalar, ağaclar belə, düşmən üçün, bir növ, siqnal, qaydalı informasiyalar deməkdir. Bilirsiniz ki, Azərbaycanda internet, sosial şəbəkələrə giriş qismən məhdudlaşdırılıb. İstifadəçilər sosial şəbəkələrə girmək üçün VPN və digər xüsusi proqarmlardan istifadə edirlər. Azərbaycan MDB-nin internet məkanına daxil olduğuna görə oradakı VPN-lərin çoxu bizə dost olmayan ölkələrin, xüsusən də Rusiyada yaşayan ermənilərin, Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı VPN-lərdir. Bizim cəbhədə olan əsgərlərimiz, zabitlərimiz, cəbhəyanı, arxa və ön xətdə olan vətəndaşlarımız, orduya dəstək göstərməyə gedən insanlarımız unutmamalıdırlar ki, VPN-ə daxil olduqları andan Ermənistan xüsusi xidmət orqanlarının, düşmən ölkənin Müdafiə Nazirliyinin hakerlərinin, bir növ, “əsgər”lərinə çevrilirlər. Bizim cəbhə bölgəsinə gedən insanlarımızın interneti açılan kimi smartfonların ları işə düşür. Təəssüflər olsun ki, Azərbaycanda internetə cavabdeh olan şəxslər buna diqqət yetirmirlər”.

A.X.Əbilov hesab edir ki, cəbhəyə gedən insanlar VPN proqramını işə salmaqla, orada çəkilişlər etməklə həm özlərinin, həm də əsgər və zabitlərimizin həyatını təhlükəyə atırlar. A.X.Əbilovun sözlərinə görə, ölkəmizin hüquq-mühafizə və prokurorluq orqanlarının K.Zeynallı və N.Qafarzadəyə qarşı sərt addım atmasının səbəbi budur. “Bu adamlar çəkdikləri şəkillərdə məkanları aydın şəkildə göstəriblər. Dəfələrlə xəbərdarlıq edilib ki, müharibə şəraitində qadağan olunmuş məlumatları yaymaq olmaz, bu, düşmənə informasiya verməkdir. Amma bunu bəzi şou-biznesçilər anlamaq istəmirlər. Ona görə də bir ekspert kimi vətəndaşlara müraciət etmək istəyirəm ki, hansısa bir təşkilat, hüquqi-fiziki şəxs, vətəndaş orduya yardım etmək istəyirsə, bunu özbaşına etməsin, Müdafiə Nazirliyinə müraciət etsin. Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım fondunun hesab nömrəsini açıqlayıb, ödənişləri ora da edə bilərlər, nazirliyin müvafiq qurumları ilə də əlaqə saxlaya bilərlər. Nazirlik də vətəndaşların etdiyi yardımları lazımi yerlərə yönəltsin. Hesab edirəm ki, nəinki şou-biznesçilərin, eləcə də bütün vətəndaşların cəbhə bölgəsinə getməsi rəsmən qadağan edilməlidir. Bu onların həyatı üçün təhlükəlidir. Qanunun xüsusi bəndi yoxdur ki, ora şou-biznesçilər, Nadir Qafarzadə, Aygün Kazımova, Kamil Zeynallı və başqaları getməsin. Vətəndaşlarımız, xüsusən də şou-biznesçilər bu məsələdə məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, K.Zeynallının həbs edilməsi, N.Qafarzadəyə isə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq edilməsindən başqa şou-biznesçilər də dərs götürməlidirlər” - deyə A.X.Əbilov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ