Cümə axşamı günü, 08 oktyabr 2026
     

Erməni rejissorun Qarabağa aid filmi 42-ci Moskva Beynəlxalq Festivalından çıxarıldı...

Image


Ermənilər Azərbaycana qarşı təxribatların bir istiqamətini də mədəniyyət, xüsusən də kino üzərindən həyata keçirirlər.

Düşmən ölkənin kinorejissorları Ermənistanın işğal altında saxladığı ərazilərimizdə Dağlıq Qarabağ mövzusunda filmlər çəkir, həmin filmlərdə Dağlıq Qarabağı “müstəqil dövlət”, “qədim erməni ərazisi” kimi təqdim edirlər. Ermənilərin son 15-20 ildə bu mövzuda çəkdikləri filmlər kifayət qədərdir. Onlar həmişə çalışırlar ki, bu filmləri daha çox iştirakçı dövləti və daha geniş auditoriyanı əhatə edən beynəlxalq film festivallarına çıxarsınlar. Avropa ölkələrində təşkil edilən bu kimi festivallarda bu üzdəniraq filmlər iştirak edirlər.

Hər dəfə ermənilərin bu mövzuda çəkdikləri filmlərin təqdim edilməsi ilə bağlı cəhdləri baş tutsa da, bu dəfə ciddi təpki ilə qarşılaşıblar. Ermənilər bu yöndə son zərbəni Moskvadan alıblar. Belə ki, erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb.

Lent.az məlumat verir ki, bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesabında bildirilib. Qeyd edilib ki, 1-8 oktyabr 2020-ci il tarixlərində keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın “Cənnətin qapısı” (“Gate to heaven”) adlı bədii filmi də daxil edilib.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafların da cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyilə müxtəlif ölkələrdə nümayiş etdirib.

Sözügedən filmin Moskva Beynəlxalq Kino Festivalının müsabiqədənkənar proqramına daxil edilməsi ilə bağlı məlumatlar yayılandan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılıb. Nəticədə ermənilərin mənfur hərəkətlərinə qarşı vaxtında tədbirlər görülüb və “Cənnətin qapısı” filminin Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” proqramından çıxarılması, eləcə də festivalın rəsmi saytından silinməsi ilə bağlı festivalın rəhbərliyi tərəfindən nazirliyə rəsmi müraciət daxil olub.

Tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, erməni rejissorun Qarabağla bağlı çəkdiyi filmin sözügedən festivaldan kənarlaşdırılması Azərbaycanın əlaqədar qurumlarının məqsədyönlü səyləri nəticəsində mümkün olub. “Sözsüz ki, bu film obyektiv situasiyanı, həqiqəti əks etdirmədiyi üçün, bizim aidiyyəti qurumların müraciətindən sonra Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb. Festival özbaşına onu çıxara bilməzdi. Erməni rejissorun filminin festivaldan çıxarılması həm aidiyyəti dövlət qurumlarımızın, həm də müstəqil kinematoqraflarımızın uzun müddətdir birgə gördüyü işlərin nəticəsidir. Görürsünüz ki, çəkici bir yerə vuranda bu cür nəticəsi olur. Bildiyimə görə, bu film əsas müsabiqə proqramında olmayıb. Bu filmi müsabiqədənkənar proqramdan da olsa çıxarmağa nail olmuşuqsa, bu onu bir daha göstərir ki, aidiyyəti qurumlar öz işi ilə peşəkarcasına məşğul olanda nəticə əldə etmək mümkündür. Sözsüz ki, bu çox vacib bir məsələdir. Çalışmaq lazımdır ki, digər mötəbər beynəlxalq kino festivallarında da Qarabağ həqiqətlərini təhrif edən, həqiqəti əks etdirməyən, yalançı informasiyalar verən bu cür filmləri çıxaraq. Biz çalışmalıyıq bu filmlərin həqiqəti əks etdirmədiyini faktlarla sübut edək ki, onun da nəticəsi olsun. Bir məsələni qeyd edim. Bir neçə il əvvəl erməni əsilli ABŞ rejissoru A.Eqoyanın qondarma “erməni soyqırımı” ilə bağlı “Ararat” adlı bir bədii filmi vardı. Həmin filmi Kann Festivalının əsas müsabiqəsinə daxil etmişdilər. Bu filmi festivalın siyahısından çıxarmaq üçün Türkiyə dövlət səviyyəsində hərəkətə keçdi. Türkiyənin Xarici İşlər naziri Kann Festivalına nota verdi və bundan sonra Kann Festivalı filmi müsabiqədən çıxarmağın bir yolunu seçdi. Rejissora təklif etdilər ki, filmi sən özünü geri götür, bu, bizim tərəfimizdən sənə basqı kimi görsənməsin. Festival da öz simasını saxlamaq istəyir. A.Eqoyan özü bəyanat verdi ki, belə filmlər müəyyən mənada siyasi qarşıdurmanı bir daha qızışdırır, bu məsələnin çözülməsinə kömək etmir, mən özüm festivalın müsabiqəsindən geri çəkilirəm”.

Ş.Əliyev hesab edir ki, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqı belə məsələlərlə bağlı birgə bəyanatlar verməlidirlər. “Görünür ki, bu filmlə bağlı bu baş verib ki, Moskva Beynəlxalq Kino Festivalı erməni rejissorun filmini festivaldan çıxarıb. Çox təəssüf ki, biz həqiqətimizi çox çətinliklə həyata keçiririk. Amma bu da bir nəticədir, əlimiz ayağımız soyumamalıdır. Biz Qarabağımız haqqında həqiqətləri filmlərimiz, mədəniyyətimiz vasitəsilə dünyaya çatdırmağa çalışmalıyıq. Biz özümüz də o filmləri çəkdikcə, dünyanın mötəbər festivallarında, ekranlarında, meydanlarında Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq” - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ