Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyində illər öncə kök atmış fəxri adlar maxinasiyaları açılır - hətta Fatma Abdullazadə...

Image


Azərbaycanda uzun illərdir fəxri ad verilmə prosesi qalmaqalla müşayiət olunur. Hər dəfə kimlərəsə fəxri adlar veriləndə böyük söz-söhbətə səbəb olur və Mədəniyyət Nazirliyinə qarşı müxtəlif səpkili ittihamlar səsləndirilir. Hətta iddialara görə, fəxri adlar əsasən müəyyən şirinlik, rüşvət müqabilində verilir, Əməkdar artist və Xalq artisti fəxri adı alanların əksəriyyəti buna görə nazirliyin məmurlarına pul verirlər. Yəni, bir sözlə, nazirlik tərəfindən fəxri adların pulla verildiyi hər zaman bildirilib.

Bildiyimiz kimi, dəfələrlə görkəmli sənət adamları kimə gəldi fəxri adların verilməsinin qarşısının alınması istiqamətində çıxışlar edib, keçmiş nazirlərə qarşı ittihamlar səsləndiriblər. Sənətdə heç bir fəaliyyəti olmayanların birdən-birə fəxri adlara layiq görülməsi həmişə ictimai narazılıq doğurub.  

İndi isə bu istiqamətdə yanaşmanın tamamilə fərqli olacağı bildirilir. Mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov Polad Bülbüloğlu və Əbülfəs Qarayevdən miras qalan bu mənfi ənənəni pozmağı qarşısına məqsəd qoyub.

A.Kərimov bildirib ki, Azərbaycanda fəxri adların verilməsi qaydası dəyişəcək və fəxri ad həqiqətən də xidmətləri olan şəxslərə veriləcək. O, çıxışında fəxri adların verilməsi sahəsində bəzi şəxslərin sui-istifadə hallarına yol verdiyini açıqlayıb: “Çünki fəxri adların verilməməsinə görə bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar və bu prosesdə qərarverici gizli qurum olacaq.

Qərarın gizli olması təklif edilir. Çünki, belə olan halda, sui-istifadə hallarının qarşısı alınacaq. Biz istərdik ki, fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürsünlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik ki, onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.

  • Baba Vəziroğlu: “Yaşayarıq, görərik...”

Yeni nazir əvəzinin açıqlamasına münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu bizimlə söhbətində dedi ki, bu sahədəki problemlərə son qoyulması ilə bağlı fikirlər müsbətdir. Amma problemin uğurlu həll edilib-edilməyəcəyini zaman göstərəcək. “Çox gözəl, çox pakizə. Nə deyirik ki... “Avazları yaxşı gəlir, təki oxuduqları Quran olsun!” - deyirəm. Yaşayarıq, görərik, inşallah” - deyə B.Vəziroğlu vurğuladı.

  • Rasim Balayev: “Qaydaları elə hazırlasınlar ki, əvvəlki kimi, qohumluqla, tanışlıqla, əyri yollarla fəxri ad alanlar olmasın”

Xalq artisti, görkəmli kino xadimi Rasim Balayev isə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu sahədə nizam-intizamın yaradılmasına ciddi ehtiyac var. “Bilirsiniz ki, fəxri adlar alanların sırasında kifayət qədər təsadüfi adam da var. Amma həmişə demişəm, yenə də deyirəm ki, bu məsələdə qoruq-qaytaq olmalıdır. Fəxri adlar obyektivliklə verilməlidir. İndi bu halın qarşısını almaq istəyirlər, alsınlar. Elə etsinlər ki, doğrudan da layiq olan adamlara verilsin, obyektivliyin gözlənilməsi vacibdir. Fəxri adlar obyektiv verilməyəndə həm sənət adamlarının, həm də camaatın arasında şübhə yaranır. Bilmirsən ki, iki mahnı oxuyan, tanınmayan bir adam sabah Xalq artisti oldu. Bu nə zaman tanındı, iki mahnı oxumaqla necə Xalq artisti fəxri adı aldı. Sözümün canı odur ki, fəxri adların qeyri-obyektiv verilməsi böyük narazılığa səbəb olur. Qoy fəxri adların necə verilməsi qaydası haqqında düşünsünlər, daha obyektiv üsul tapsınlar ki, bu, narazılıq yaratmasın. Adlar obyektivliklə verilsə, narazılığa son qoyular. Məndən olsa deyərdim ki, ümumiyyətlə, fəxri adların verilməsinə ehtiyac yoxdur. Camaatın gözü tərəzidir, qoy o qiymət versin ki, filankəs istənilən aktyordur, artistdir, filankəs isə istənilməyən aktyordur, artistdir. İntəhası, verilir, verilirsə də, bu, o şəkildə həyata keçirilməlidir ki, narazılıq yaranmasın. Fəxri adların verilməsində tətbiq ediləcək yeni qaydaları təqdir edirəm, bəyənirəm. Güman edirəm ki, burada qohumluq, tanışlıq rol oynamayacaq. Qaydaları elə hazırlasınlar ki, əvvəlki kimi, qohumluqla, tanışlıqla, əyri yollarla fəxri ad alanlar olmasın. Əgər indi nazirlikdə bunları fikirləşirlərsə, mən bu addımı alqışlayıram”.

R.Balayevin sözlərinə görə, Sovet dövründə fəxri adlar adamlara belə ucuz formada verilmirdi. Bir ildə iki-üç sənətkara Xalq artisti fəxri adının verildiyini qeyd edən R.Balayevin bildirdiyinə görə, o zaman bu məsələyə çox ciddi yanaşlırdı. “Teatrda çox böyük sənətkarlar, aktyorlar vardı ki, heç onlar Əməkdar artist fəxri adı da ala bilmədilər... Həmin dövrdə bu sahədə bir qayda-qanun vardı. Bu gün isə bu sahədə vəziyyət ürəkaçan deyil. Baxırsan ki, bu gün Əməkdar artist fəxri adı verilənə bir il sonra Xalq artisti adı verilir. Yenə də deyirəm ki, məndən olsa deyərəm ki, fəxri adların verilməsi heç düzgün deyil.

Günlərin bir günündə mən, 1974-1975-ci illərdən danışıram, festivalda bir türkiyəli sənətçi ilə görüşdüm. O məndən soruşdu ki, bu nədir sizdə, Əməkdar, Xalq artisti fəxri adları verilir. Mən bildiyimdən fəxri adların verilməsi səbəbini ona izah etdim ki, sənət adamının fəaliyyəti olur, sənətdə uğurları olur, fəxri adlar da onları fərqləndirmək üçün verilir və sair. Mən onu başa sala bilmədim. Dedim bəs bu sizdə necədir? Dedi bizdə iki qisim sənətçi var - zəngin və yoxsul. Yəni müğənnilər oxuyur, aktyorlar çoxlu filmə çəkilib çoxlu qonarar alıb zəngin olur. Yoxsul da odur ki, onlara o qədər də tələb olmur və ona görə də yoxsul olurlar.

Fəxri adlar məsələsi Sovet dövründən qalma bir ənənədir. Mənə elə gəlir ki, əsl sənəti xalq daha yaxşı başa düşür və əsl sənətkarı xalq istəyir, sənətkar ya qəbul olunur, ya olunmur. Nə bilim, çox qəribə bir situasiyadır. Bir dəfə çıxış edib dedim ki, fəxri adlar lazım deyil. Hamı üstümə düşdü ki, sən niyə belə edirsən. Dedim ki, onunla deyil. Siz bilirsiniz ki, fəxri addan ötrü ürəyi partlayıb ölənlər olub. Fəxri ad almamağının fikrini edib, ondan sonra da həyatını itirib. Fəxri adlar doğrudan da obyektiv verilsəydi, yaxşı olardı, amma elə verilməyib.

Bir vaxtlar Prezident Aparatında (Prezident Administrasiyasında - İ.S.)  Fatma Abdullazadə adlı bir adam olub. O orada dükan açmışdı, nə bilim, Xalq artisti 5 minə, Əməkdar artist 3 minə verilirdi. O, əməlli-başlı, dükan açmışdı” - deyə R.Balayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ