22/09/2020 12:06
728 x 90

Azərbaycan Milli Xalça Muzeyi növbəti yeniliklərini təqdim edir

img

Bu gün yerli əhalini muzeylərə cəlb etmək məsələsi hər zaman olduğundan daha aktualdır. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, proqramlar və layihələr hazırlayır, tamaşaçılarını növbəti yenilikləri ilə sevindirir. Belə ki, həftənin 4 günü fəaliyyət göstərən muzeydə hər çərşənbə axşamı uşaqlar və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərdə istifadə olunan bütün

materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.

Həftənin çərşənbə günləri muzeyin “Qarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, onlar üçün maraqlı nağıllar oxunur.

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər.

Bu barədə baki-xeber.com-a muzeyinin mətbuat xidmətindən məlumat veriilib. Məlumatda, həmçinin, qeyd edilir ki, həftənin cümə günü Azərbaycan Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri keçirilir.

Qeyd edək ki, muzeydə mövcud karantin qaydalarına, sanitar normalara və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. 6 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı qonaqlar üçün muzeyə giriş pulsuzdur. Beləliklə, ziyarətçilər muzeyə gəlməklə həm zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, həm də onlar üçün hazırlanan proqramlara qatıla bilərlər.

İradə SARIYEVA

Son xəbərlər