Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyinin Rusiya Xalq artisti ilə maliyyə maxinasiyası...

Image


Bir müddət əvvələ qədər Azərbaycanın tanınmış xalq artistləri, rəqs ustadları Azərbaycan Dövlət Rəqs Ansamblının vəziyyətinin acınacaqlı olduğunu və burada peşəkar kadrlardan istifadə edilmədiyini, ansamblda “islahatlar” aparmaq adı ilə Rusiyadan və digər ölkələrdən baletmeystrlər dəvət edildiyini qeyd edirdilər.

Onlar hətta bildirirdilər ki, bəzi tanınmış xarici rəqs ustadları ölkəmizə gəlmədən onların adlarına banklarda hesablar açılır və onlara qanunsuz vəsait ödənilirdi. Əslində, çoxlarımız bunu bir sənətkar qısqanclığı hesab edib məsələnin dərinliyinə varmırdıq. Amma nazirlikdə baş verən son olaylar bu qurumda və onun strukturlarında kifayət qədər qanunsuzluğun və maliyyə pozuntularının üzə çıxmasına səbəb olub. Nəticədə də tanınmış sənətkarların iddaları təsdiqlənib

Mətbuatın yaydığı məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

“Report” xəbər verir ki, bu, Hesablama Palatasının nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub. Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Ekspertlər qeyd edirlər ki, bu gün Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının vəziyyəti çox acınacaqlıdır və ciddi kadr çətinliyi ilə üzləşib. Belə ki, ansambla istedadlı gənclər cəlb edilmir, cəlb edilənlər isə müəyyən “şirinliklər” müqabilində ansambla götürülür. Bunlar, əlbəttə, hələ ki, iddiadır. 

Amma ansamblda dərin araşdırmalar aparılsa, yəqin ki, bu məsələnin də həqiqiliyi aşkarlanar.

  • Aydın Xan Əbilov: “Rusiya Xalq artistinə görmədiyi işin müqabilində nazirlik tərəfindən qanunsuz maliyyə vəsaitinin ödənilməsi...”

İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, nazirlik strukturlarında bu cür qanunsuz ödənişlər, maliyyə maxinasiyaları həmişə olub. “Əvvəla onu deyim ki, Hesablama Palatası bir neçə il bundan qabaq da Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, konsert salonları və digər mədəniyyət ocaqları ilə bağlı mütəmadi yoxlamalar aparırdı. Amma, nədənsə, çox kiçik qanun pozuntularını ortaya çıxarırdı. Bu da onu göstərir ki, bəlkə də həmin qurumun əvvəlki əməkdaşları Mədəniyyət Nazirliyinin əliəyri məmurları ilə birləşərək hansısa “şirinlik” qarşılığında böyük qanun pozuntularını “görmürdülər”. Fikrimcə, yalnız Hesablama Palatası deyil, eyni zamanda, dövlətin güc strukturları – hüquq-mühafizə orqanları və dövlət nəzarətilə məşğul olan başqa qurumlar nəinki Mədəniyyət Nazirliyini, eləcə də digər nazirlikləri, bələdiyyələri, mərkəzi və yerli icra strukturlarını, hətta ictimai qurumları belə yoxlamalıdırlar. Bu cür qanun pozuntuları varsa, vətəndaşları dövlətdən narazı salan, dövlətçiliyə inamsızlıq yaradan hallar olarsa, bunun qarşısını almalı və bununla da dövlət başçısına kömək etməlidirlər. Mədəniyyət Nazirliyinə gəlincə, bu qurum istər Mədəniyyət və Turizm Nazirıliyi kimi fəaliyyət göstərdikdə, istərsə də bundan sonra mədəniyyətə cavab verən dövlət qurumu kimi vaxtını boşa keçirəndə, sözsüz ki, bu sahədə ciddi qanun pozuntuları baş verib. Həm daxildə keçirilən mədəniyyət-incəsənət xadimlərinin yubileylərinin təşkilində, həm də bir çox halda kitab nəşri ilə bağlı məsələlərdə maliyyə pozuntuları olub. Eyni zamanda, nazirliyin maliyyəsi hesabına qanunsuz olaraq vəzifədə olan adamların özlərinin və atalarının kitabları nəşr edilib, bununla yanaşı, həmin nəşrlərin kitabxanalar tərəfindən satın alınması prosesi təşkil olunub. Mədəniyyət Nazirliyi strukturlarında bu cür qanunsuz hallar çoxdur. Hesablama Palatası bu strukturu tam təftiş edərsə, görəcək ki, müəyyən mədəniyyət ocaqlarında, xüsusən də teatrlarda xaricdən dəvət edilən ortabab rejissorlar tərəfindən quruluş verilən tamaşalara çoxlu pul ayrılıb və maliyyə mənimsəmələri olub. Rusiya Xalq artistinə görmədiyi işin müqabilində nazirlik tərəfindən qanunsuz maliyyə vəsaitinin ödənilməsi, əlbəttə, qanunazidd haldır və belə faktlar çoxdur.

Belə qanunsuzluqları kino sahəsinə də aid etmək olar. Hesab edirəm ki, əcnəbi mədəniyyət-incəsənət adamlarına maliyyə vəsaiti ayrılarkən, eləcə də onlara mənzillər kirayələnərkən 50-nin 50-yə metodundan istifadə olunub. Yəni onlara öz əllərində olan evləri kirayə verirdilər. Çox istərdim ki, Hesablama Palatası xarici sənətkarlara tutulan evlərin və onlara ayrılan otellərin kimə aid olduğunu müəyyən etsin. Bu zaman hər şey aydın olacaq. Bu evlər də, otellər də həmin əliəyri, oğru məmurların özlərinə, yaxud da yaxınlarına, qohumlarına məxsusdur. Teatrlardan birində çalışan bir şəxs kimi deyə bilərəm ki, bu istiqamətdə “pul yuma” çox olur. Yadımdadır, o vaxt Rüstəm İbrahimbəyov şərikli bir film çəkmişdi, o filmdə Mədəniyyət Nazirliyi də iştirak edirdi, maliyyə yardımı göstərmişdi. Amma o film heç də Azərbaycanın xeyrinə olmamışdı. Yaxud Rüstəm İbrahimbəyovun keçirdiyi kinofestivalları yada salaq. Nümayəndələr gəlirdi, burada yeyib-içib dincəlirdilər, sonra isə Azərbaycanın əleyhinə danışırdılar. Yəni bu cür ideoloji, mənəvi və maddi cəhətdən ölkəmizə zərər vuran Mədəniyyət Nazirliyi və digər qurumlar mütləq şəkildə aidiyyəti dövlət qurumları tərəfindən ifşa edilməlidir. Çünki bu, xalqın pulu və sərvətidir”.

A.X.Əbilov onu da vurğuladı ki, Mədəniyyət Nazirliyində əliəyri məmurlarla yanaşı, dövlətə, dövlətçiliyə bağlı məmurlar da var və onların bir çoxu dövlət başçısı tərəfindən irəli çəkilib. “Təəssüf ki, ölkəmizdə belə bir tendensiya var. Qurumlara rəhbərlik edən şəxslər həmin qurumun istər maliyyə, istərsə də digər məsələlərlə bağlı aparılan əməliyyatlarının başında oturur, ona “gözün üstə qaşın var” deyən olmur. Buna görə biz vaxtında təklif etmişdik ki, dövlət qurumlarının yanında onun fəaliyyətinə nəzarət edən ictimai şuralar yaradılsın. Bir ara buna başlandı. Bilirsiniz ki, dövlət başçısı tərəfindən ictimai nəzarətin vacibliyi və gücləndirilməsi ilə bağlı dəfələrlə fikirlər səsləndirilib. Sonuncu çıxışlarında da bu məsələni xüsusi vurğuladı. Mədəniyyət Nazirliyi yanında İctimai Şura yaradılıb,amma orada mədəniyyətə aidiyyəti olmayan adamlar toplaşmışdı. Onlar da müəyyən məsələlər müqabilində Mədəniyyət Nazirliyində baş verən qanunsuzluqlara heç bir nəzarət etmirdilər”.      

  • Roza Cəlilova: “Sankt-Peterburqdan Smirnov soyadlı bir rəqs sənətkarını dəvət etdilər, amma...”

Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü, görkəmli rəqs ustadı Roza Cəlilova “Bakı-Xəbər”ə bildirdi ki, mədəniyyət sahəsində təcrübə mübadiləsi müsbət haldır, amma bu prosesdən şəxsi məqsədlər üçün istifadə edilməsi, kimlərəsə görmədiyi işin müqabilində maliyyə vəsaiti ayrılması mənfi haldır.

Bu gün Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Mahnı və Rəqs Ansamblının vəziyyətinin acınacaqlı olduğunu deyən R.Cəlilova hesab edir ki, bura xaricdən mütəxəssis cəlb etmək əvəzinə, ölkəmizin görkəmli rəqs ustadlarını dəvət etmək daha uyğun olar. O, təəssüflə qeyd etdi ki, ansambl və xor Üzeyir Hacıbəyov tərəfindən yaradılsa da, ancaq onun quru adı var, 80-100 nəfərlik kollektiv 10-15 nəfərlə əvəz edilib. Kollektivin bədii rəhbəri Ağaverdi Paşayevin öz işinin öhdəsindən gələ bilmədiyini vurğulayan R.Cəlilova kollektivdə ciddi islahatların aparılmasına, bura böyük sənətkarların cəlb edilməsinə ehtiyac olduğunu dedi. “Mahnı və Rəqs Ansablının xoru da, ansamblın özü də dahi Üzeyir bəy tərəfindən yaradılıb. Ondan sonra bu kollektivə Azərbaycanın çox görkəmli sənətkarları rəhbərlik edib, kollektiv dünyanı dolaşıb, milli rəqsimizi, musiqimizi dünyada təbliğ edib. Biz sənətkarlar o kollektivə görə fəxri adlara, mükafatlara layiq görülmüşük. Amma bu gün kollektivin halına baxanda ürəyim ağrıyır. Bu sahədən başı çıxmayan adamlar görün kollektivi nə günə salıb. Kollektivin vəziyyəti acınacaqlıdır.  

Hardadı Üzeyir bəyin yaratdığı kollektiv, hardadı 80-100 nəfərlik böyük heyət? Hamısını dağıdıblar. İndi kollektiv deyəndə səhnəyə 5-6 oğlan və qız çıxır. Belə olmalı deyil. Təsəvvür edin ki, Mahnı və Rəqs Ansamblında xor canlı ifa etməlidir, amma indi xor fonoqramla oxuyur. Bu dəhşətdir. Yubileyim zamanı bunun bir daha şahidi oldum, hətta dedilər ki, xorun çıxışını istəmirlər. Necə istəmirlər, başa düşmədim. Tamaşaçı istəyir, amma işini bilməyən kollektiv rəhbərliyi bunu istəmir.

Yubileyimdə vaxtilə Niyazinin mənim üçün quruluş verdiyi “Muleyli” rəqsinin qurulmasını istədim. Bu rəqslə dünyanı dolaşmışam. Amma mənə dedilər ki, xor fonoqramla oxuyacaq. Narazılığımı bildirdim. Vaxtilə Tofiq Quliyevin, Soltan Hacıbəyovun, Vasif Adıgözəlovun və başqa ünlü sənətkarlarımızın qayğı və diqqət göstərdiyi bir kollektiv bu gün pis vəziyyətdədir. Buranı alver yerinə çeviriblər.

Xalq artisti Cəmilə Bayramova kollektivdən bu qanunsuzluqlara dözməyərək öz ərizəsi ilə uzaqlaşıb. Deyir ki, vəziyyət o qədər acınacaqlı idi ki, məcbur olub 20 ildən artıq işlədiyi doğma kollektivi tərk edib. Niyə Cəmilə Bayramova kimi sənətkardan istifadə etmirlər? Çünki böyük sənətkarlar maliyyə pozuntularına, alverə razı olmur, etiraz edirlər. Xaricdən dəvət edilən rəqs ustadlarına gəlincə, Dağıstandan Dekalo adlı bir nəfər dəvət etmişdilər, burada iki il işlədi, amma ona bəzi “qurd”lar imkan vermədi, o isə çıxıb getdi. Sonra Sankt-Peterburqdan Smirnov soyadlı bir rəqs sənətkarını dəvət etdilər, amma o da işləməyib getdi. Amma bilmirəm ki, Rusiyadan hansı Xalq artistinə pul ödəyiblər. Bunu bilmirəm. Amma Dövlət Mahnı və Rəqs Ansamblıının vəziyyəti ilə bağlı həyəcan təbili çalıram. Üzeyir bəyin yaratdığı kollektivə bu cür münasibət qəbuledilməzdir” - deyə R.Cəlilova vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ