Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilərin Kann Festivalına təqdim etdikləri kino Azərbaycanın işğal olunmuş ərazilərində çəkilib - icma rəhbərinin etirazından əlavə nə edə bilərik…

Image


Ermənilər işğal altında olan Azərbaycan ərazilərində özbaşnalıqlarını davam etdirirlər. Torpaqlarımızı işğal etdikdən sonra burada yaratdıqları qondarma “DQR”i “müstəqil respublika” kimi beynəlxalq aləmə tanıtmaq üçün xarici dövlətrdəki erməni diasporunun dəstəyilə müxtəlif təbliğat işləri həyata keçirirlər. Əlbəttə, saxtakarlıq, yalan, riya üzərində köklənən bu təbliğata dünyanı inandırmaq mümkün olmasa da, onlar öz saxtakarlıqlarını davam etdirirlər.

Bildiyimiz kimi, son illər xaricdəki erməni diasporunun maliyyə yardımı ilə bəzi xarici kino şirkətləri, eləcə də erməni rejissorlar işğal altında olan Azərbaycan torpaqlarında bədii və sənədli filmlər çəkir, onu ayrı-ayrı beynəlxalq film festivallarına təqdim edirlər. Çox təəssüf ki, ermənilər bizim ərazilərimizdə, qədim şəhərlərimizdə çəkdikləri filmləri ən nüfuzlu beynəlxalq kino festivallarının qapısına qədər daşıya bilirlər. Hətta Kann Kino Festivalına da film təqdim etmək iddialarını gizlətmirlər. Ermənilər bu filmləri xüsusi plan əsasında çəkirlər.

Bilirik ki, ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdikləri “Əgər külək olsa” (Si le vent tombe) filmi də bu qəbildəndir, onların çirkli təbliğatına hesablanıb.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib. Məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdikləri “Əgər külək olsa” filminin yayımlanmasına etirazı yer alıb. Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib.

Məktubda vurğulanıb ki, filmdə göstərilən Xocalı aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qanunsuz olaraq bərpa olunub. Eyni zamanda, festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqqında da məlumatlar yer alıb.

Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunub.

Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi dəfələrlə Kann Festivalında Azərbaycan pavilyonu açıb, amma indiyədək bir dənə də olsun Qarabağ mövzusunda film təqdim etməyib. Ermənilərin bu qanunsuz hərəkətlərinin qarşısının alınmasında nazirliyin rolu böyük olmalı olduğu halda, təəssüf ki, biz bunu görə bilmirik. Halbuki, beynəlxalq qanunvericilik var və burada işğal altında olan ərazilərdə görülən istənilən işin qəbuledilməzliyi barədə aktlar var. Amma bizim nazirlik bu aktları rəhbər tutub beynəlxalq qurumlar qarşısında ermənilərin “kino oyunlarını” ifşa edə bilməyib. Kann Festivalına urvatlı bir film təqdim etməklə ermənilərin iç üzünü tamamilə açmaq olardı.

Bəzi hallarda, kinoya rəhbərlik edən adamlar deyirlər ki, mədəniyyət festivallarında siyasi mövzuda çəkilən filmlər qəbul edilmir. Belədisə, bəs onda ermənilərin saxtakarlıqla çəkdikləri filmlər o tədbirlərdə necə qəbul olunur? Əslində, suallar çoxdur, cavabını verməli olanlar isə susurlar.  

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ermənilərin çəkdikləri məlum filmlə bağlı Kann Festivalına etiraz məktubu göndərib, bəs əlaqədar qurumlar və kino ictimaiyyəti nə etməlidir ki, işğal altında olan ərazilərimizdə çəkilən o mənfur film Kann Festivalında yayımlanmasın? 

  • “Mədəniyyət vacib ideoloji silahdır və biz bundan istifadə etməliyik”

Tanınmış kinorejissor Elxan Cəfərov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tərəfindən işğal altında olan ərazilərimizdə film çəkilməsinə və onun Kann Festivalına təqdim edilməsinə münasibəti çox mənfidir. Bu halı pislədiyini bildirən E.Cəfərovun sözlərinə görə, Azərbaycan haqlı tərəfdir və biz erməni təbliğatının qarşısını almaq üçün çox yüksək səviyyədə bədii filmlər çəkib dünyada yaymalı, nüfuzlu beynəlxalq kino festivallarında iştirak etməliyik. Bunun yalançı, saxta erməni təbliğatına böyük zərbə ola biləcəyini deyən E.Cəfərov hesab edir ki, bunsuz erməni təbliğatının qarşısını almaq mümkün deyil. “Ermənilər birinci dəfə deyil ki, bizim işğal altında olan ərazilərimizdə bu cür filmlər çəkirlər. Bu gün ermənilər dünya qarşısına saxta “mədəniyyət faktoru” ilə çıxırlar. Halbuki, onların özünün heç bir mədəniyyəti yoxdur, musiqiləri də, təqdim etdikləri başqa mədəniyyət nümunələri də başqa xalqlardan oğurluqdur. Bilirsiniz ki, erməni diasporunun əlaqələri çox geniş inkişaf edib, onlar bundan istifadə edərək həyasızlıq göstərirlər və bu cür işlər görürlər. Onlar dünyada hər şeyə yalanla, yaltaqlıqla, riyakarlıqla, satqınçılıqla nail olurlar. Bizim bu məsələdə çıxış yolumuz dünyaya mədəniyyət faktoru ilə çıxmaq, yüksək səviyyəli filmlər çəkərək təbliğ etməkdir. Təəssüf ki, biz bunsuz nə qədər çalışsaq da, heç nəyə nail ola bilmərik. Ermənilər bizim düşmənimizdir və düşməni susdurmaq üçün dünyaya dəyərli filmlərlə çıxmalıyıq. Əlbəttə, ermənilərin bu şəkildə təbliğ edilməsini himayə edən dövlətlərin xüsusi siyasi maraqları var və onlar bir çox halda öz siyasi maraqlarını mədəniyyətlə təmin edir, öz mesajlarını mədəniyyət, kino vasitəsilə verirlər. Bizim güclü ordumuz var və bizə mane olan dövlətlər olmasa, tezliklə öz torpaqlarımızı işğaldan azad edə bilərik. Amma dünyanın müxtəlif dövlətlərinin bu məsələdə öz maraqları var və onlar bizə mane olurlar.

Dünya mədəni maraqlar yox, siyasi məqsədlər, maraqlar güdür. Biz bu gün çalışmalıyıq ki, Azərbaycanı böyük mədəniyyətə malik bir ölkə kimi tanıdaq. Dünya bizi tanımalıdır. Ermənilər az-çox özlərini pis mənada da olsa tanıdıblar. Amma biz ermənilər kimi xain, aldadıcı planlar quran xalq deyilik, bizim böyük mədəniyyətimiz var, daxili mədəniyyətə sahib olan qədim xalqıq. Dünya bilir ki, ermənilər xəyanətkardırlar. Biz öz mədəni dəyərlərimizi kino vasitəsilə təbliğ etməliyik. Öz xalqımızın mədəni dəyərlərini təbliğ etməliyik”.

E.Cəfərov qeyd etdi ki, kino, mədəniyyət böyük ideoloji silahdır, biz bu silahdan istifadə etməyi bacarmalıyıq və dünyaya çıxıb ermənilərin yalançı təbliğatının qarşısını mədəniyyət faktoru ilə almalıyıq. “Bilirsiniz, bunun üçün gərək ölkəmizdə mədəniyyətə yalnz əyləncə vasitəsi kimi baxılmasın. Təəssüf ki, bizdə hələ də mədəniyyətə əyləncə vasitəsi kimi yanaşılır. Biz əvvəlcə daxilimizdə mədəniyyətimizi əyləncəlikdən çıxarmalıyıq ki, sonra o mədəniyyəti dünyaya çıxara bilək. Mədəniyyət vacib ideoloji silahdır və biz bundan istifadə etməliyik. Sözümün canı odur ki, ermənilərin hərəkətini pisləmək, onlara etirazımızı bildirmək kifayət deyil. Çıxış yolumuz bizim öz yüksək səviyyəli filmlərimizi dünyaya çıxarmaqdır. Mütləq deyil ki, o filmlər Dağlıq Qarabağ mövzusunda olsun, başqa mövzularda da ola bilər. Bizim bu gün iqtisadiyyatımız inkişaf edib, gözəl xarici siyasət aparırıq. Bunlar çox gözəldir. Amma mədəniyyət faktorunu da yüksək səviyyədə təbliğ etməliyik. Bu gün bizim Kann Festivalına təcili film çəkib çıxarmağımız mümkün deyil, amma bu istiqamətdə köklü, fundamental işlər görməliyik. Dünya üçün Azərbaycan vətən deyil, bizim üçün vətəndir. Biz isə vətənimizin adını daha yüksək səviyyədə mədəniyyətlə, kino ilə ucaltmalıyıq” - deyə E.Cəfərov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ