Bazar günü günü, 18 oktyabr 2026
     

“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru…

Image


Müasir dövrün reallıqları göstərir ki, inkişaf etməkdə olan ölkələrdə belə ekologiya, siyasət, iqtisadiyyat və digər sahələrdə enerji təminatı və onun təhlükəsizliyi xüsusi çəkiyə malikdir. Bu aspektdən Azərbaycanda da müxtəlif sahələrin enerji təminatı və ölkə səviyyəsində enerji təhlükəsizliyinin təminatı siyasətinə baxılması və araşdırılması öz aktuallığını qoruyur.

Məlumat üçün bildirək ki, enerji yalnız mexaniki güc mənbəyi deyil, o həm də insanın təsərrüfat fəaliyyəti və məişətində ona zəruri xidmətlər göstərən vasitədir. Bu gün hamıya aydındır ki, enerji qlobal bir əmtəəyə çevrilib. Onun formalaşdırdığı müvafiq bazar sistemi isə bir çox parametrlərdə maliyyə bazarını belə üstələyib. Sivilizasiyanın indiki çağında enerjiyə bu gün bəşəriyyətin ən ümdə bir varlıq məsələsi olaraq baxılır. Gələcək həyatımız da məhz əhəmiyyətli dərəcədə onun mövcudluğundan asılıdır. Enerjiyə tələb təminatlığı hər bir ölkənin, regionun enerji təhlükəsizliyinə əsaslanaraq apadığı enerji strategiyasında təcəssüm olunur.

Hazırda dünyada elektrik energetikası sahəsinin yeni inkişaf meylləri özünü göstərməkdədir ki, bu da hər bir ölkənin təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edilməsi zərurəti ilə bağlıdır. Azərbaycanda müxtəlif tarixi dövrlərdə bu sahədə verilən qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin edib.

Məlumat üçün bildirək ki, Heydər Əliyevin bu sahədə müstəsna xidmətləri olub. O, 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan “Araz” SES-i işə salındı. Bundan bir il sonra 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-a çatdırıldı. 1976-1977-ci illərdə isə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyası istifadəyə verildi. O illər bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi inkişafın, xüsusilə sənayenin dinamik inkişafı energetika sisteminin gücünün sürətlə artırılması ilə birbaşa bağlı idi. Gücü 380 MVt olan Şəmkir Su Elektrik, gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik stansiyalarının işə salınması da məhz həmin vaxt qarşıya qoyulan vəzifənin reallaşdırılması istiqamətində atılan mühüm addımlar idi.

Xatırladaq ki, ötən əsrin 70-ci illərində mərhum Prezident H.Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının təməlinin qoyulması və tikintisinin uğurla başa çatdırılması, digər yeni generasiya güclərinin işə salınması, enerjiötürücü sistemin köklü şəkildə inkişaf etdirilməsi, enerji sisteminin səmərəli idarə olunması üçün yüksək ixtisaslı energetiklər nəslinin yetişdirilməsi tarixi nailiyyət kimi bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Son 14 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi

Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun 20 oktyabr 1981-ci ildə istifadəyə verilməsi tarixi əsas götürülərək, həmin gün “Energetiklər Günü” kimi təsis edilib.

Elə həmin ildən etibarən qeyd olunan sahədə inkişaf yaşanmağa başladı. Belə ki, son 14 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının enerjiyə getdikcə artan tələbatının ödənilməsi üçün bu sahəyə ardıcıl şəkildə böyük həcmlərdə investisiyalar yönəldilib. 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində ümumi generasiya gücü 2500 meqavata çatan 30 elektrik stansiyası tikməyə nail olub. Onlardan biri, cənub bölgəsində inşa edilən 87 MVt gücündə Astara elektrik stansiyası 3 fevral 2006-cı il tarixində istismara verilib. Bundan sonra 87 MVt gücündə Şəki elektrik stansiyası 14 oktyabr 2006-cı il tarixində işə salınıb. 2006-cı ildə, həmçinin, Xaçmaz elektrik stansiyasının (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə  "Şahdağ" elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının,  5,6 MVt gücündə Qobustan hibrid elektrik stansiyasının,  25 MVt gücündə "Şəmkirçay" su elektrik stansiyasının,   780 MVt gücündə "Cənub" elektrik stansiyasının, 25 MVt gücündə "Taxtakörpü" su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib. Qeyd edək ki, ölkədə yeni generasiya güclərinin yaradılması siyasəti 2017-ci ildə də davam etdirilib. Yenidənqurma nəticəsində stansiya 18 MVt qoyuluş gücünə çatdırılıb.

Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində qısa müddətdə ölkənin elektroenergetika təsərrüfatında belə irimiqyaslı layihələr reallaşdırıldı.

Məlumat üçün bildirək ki, hazırda respublikanın elektroenergetik sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.

Azərbaycanın xarici siyasətində enerji diplomatiyasının rolu 

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bir sıra sahələrlərlə yanaşı, enerji sektoruna aid mühüm strategiyanın hazırlanması da qarşıya məqsəd qoyuldu. Müstəqilliyin ilk illərində bunun həyata keçirilməsi daxili çəkişmələr, ölkədə baş verən siyasi gərginlik və hakimiyyət uğrunda mübarizə ucbatından yubandı. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan enerji siyasətini formalaşdırmağa başladı. Bu sahədə ən böyük addım nəhəng neft kontraktının – “Əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Enerji diplomatiyası bu gün Azərbaycan xarici siyasətini müəyyənləşdirən başlıca faktorlardan birinə çevrilib. Bunun əsas səbəbi odur ki, Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu

Bu gün Azərbaycan dövləti qlobal böhranın tüğyan etdiyi bir dövrdə, dünyanın müxtəlif hissələrində baş verən hakimiyyət uğrunda silahlı mübarizələrdə, terrorun, xaosun pik həddə çatdığı bir vaxtda öz daxili siyasi sabitliyini və beynəlxalq münasibətlərini qorumağı bacarır. Təsadüfi deyil ki, belə bir həssas zaman kəsiyində, böyük dövlətlərin bir-birilə “soyuq müharibə” apardığı bir vaxtda Azərbaycan həm tərəfsizliyini qorumuş, həm də hesablaşılan dövlətə çevrilib. Azərbaycanın enerji resursları, onların ixracı, təhlükəsizlik məsələlərinin etibarlılığı dünyanın diqqətini cəlb edir. Bu gün Azərbaycana bir strateji tərəfdaş kimi güvənilir. Çünki qloballaşan dünyada hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz və əsas tərkib hissələrindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı əsas rol ondan ibarətdir ki, ilk növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edəbilmə imkanlarına sahibdir. Lakin, eyni zamanda, onu da qeyd etməliyik ki, hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün yaxşı potensial mövcud olsa da, bunun tətbiqi imkanları çətindir. Çünki dünyada enerji daşıyıcıları olan böyük ölkələrin maraqlarının kəsişməsində tərəf seçmədən siyasət aparmaq və enerji ehtiyatlarını nəql etmək, satmaq güclü diplomatik manevrlər tələb edir. Bu gün Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində bu çətinliklər getdikcə dəf olunur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyir və bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edir.

Qeyd edək  ki, tarix elmləri doktoru, professor Əli Həsənov “Geostrategiya” jurnalında “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” adlı məqalədə bu məsələyə toxunub. Məqalədə qeyd olunur:  “Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırıb. Bu isə, öz növbəsində, iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.

İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandırılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas məqsədi həm də təbii yanacaq-enerji ehtiyatlarından iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün səmərəli şəkildə istifadə olunmasına yönəlib”.

Onu da qeyd edək ki, elektroenergetika sahəsində dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin təcrübəsini öyrənmək, bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsini təmin etmək məqsədilə səhmdar cəmiyyətin əməkdaşları xarici ölkələrdə müxtəlif treninqlərə göndərilir.

Ekspertlərin bildirdiyinə görə, bu gün Azərbaycanın istehsal etdiyi elelektrik enerjisi ölkə üzrə təminatı həyata keçirməklə yanaşı, eyni zamanda da qonşu ölkələrə istehsal etdiyi enerjini satmaqla milyonlarla dollar ölkəyə vəsait qazandırmaqdadır. Bu da Azərbaycanın enerji təhlükəsizliyi sahəsində cidid uğurlara imza atdığını göstərir.

Günel CƏLİLOVA

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ