Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yaponiya hakimiyyəti Vladimir Putinin Kuril adası olan İturupa səfəri ilə bağlı açıqlamalarında "əxlaq həddini aşıb".
"Kommersant" qəzetinin verdiyi məlumata görə, Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, lakin o, nə 14, nə də 17 avqustda nazirliyə gələ bilməyəcəyini bildirib.
Lavrov səfirin davranışının "təəccüblü" olduğunu deyib. "Ya o, Moskvada deyil, ya da özünü yaxşı hiss etmir... Əlbəttə ki, bu, təəccüblüdür, çünki səfir sonsuz enerjisi ilə tanınır. Hər halda, biz səfiri çağırdıq; o, Xarici İşlər Nazirliyinə gəlməlidir və görüşməliyik... səfirin qəbul edən ölkədəki işini həmin ölkənin qanunlarına hörmətlə yanaşıb necə aparması barədə".
Tahir TAĞIYEV