Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı zamanı Hörmüz boğazının açılması ilə bağlı danışıqlardakı son durumu müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib. "Danışıqlar zamanı Hörmüz boğazının açılması və atəşkəsin uzadılması ilə bağlı davam edən danışıqlardakı son vəziyyət müzakirə edildi", - deyən mənbə əlavə məlumat verməyib. 17 avqustda “Əl-Ərəbiyyə” televiziyası mənbələrə istinadən ABŞ və İranın atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildirib. SAMİRƏ