ABŞ prezidenti Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb və amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzanacağından narahatdır. Bu nəticəyə Reuters/Ipsos-un sorğusuna əsasən gəlinib. Dörd gün ərzində sorğuda iştirak edən respondentlərin yalnız 33%-i Trampın Ağ Evdəki fəaliyyətini bəyəndiyini, 64%-i isə narazılığını bildirib. Qeyd olunur ki, avqustun əvvəlində başa çatan sorğuda 35%-dən düşən və hazırkı prezidentlik müddətinin ən aşağı səviyyəsində olan Trampın reytinqi indi 2017-ci ilin dekabrında əldə etdiyi əvvəlki müddətinin ən aşağı səviyyəsinə bərabərdir.
SAMİRƏ