Yunanıstanın "Skiros" tankeri Qara dənizdə hücuma məruz qalıb. "Bloomberg" mənbələrə istinadən xəbər verir ki, tankerə 16 avqust bazar günü Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalında Rusiya nefti yükləndikdən sonra hücum edilib.
«Financial Times» qəzeti нфяжк лш, iyul ayının sonunda ABŞ vitse-prezidenti Vens Ukrayna prezidenti Zelenskidən Novorossiysk limanında CPC infrastrukturuna və tankerlərə hücumları dayandırmasını istəyib. Qəzetə görə, Kiyev, Ukrayna sanksiyaları altında olmadığı və Rusiya nefti və ya digər Rusiya yüklərini daşımadığı təqdirdə, Rusiyaya məxsus olmayan CPC infrastrukturuna və ya gəmilərinə zərbə endirməməyə razılaşıb.
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstandan gələn əsas neft tədarükü marşrutudur; BBC-nin məlumatına görə, konsorsiumdakı səhmlər, digər şirkətlərlə yanaşı, Amerikanın Chevron və ExxonMobil şirkətlərinə məxsusdur. Novorossiyskdəki CPC dəniz terminalı və onun sularındakı tankerlər mütəmadi olaraq Ukrayna hücumlarına məruz qalır. Bundan əvvəlki, hücumdan sonra Qazaxıstan neft hasilatını azaltmaq məcburiyyətində qalmışdı.
Tahir TAĞIYEV