Səkkiz alpinistdən ibarət qrup Kabardino-Balkariyada Elbrus dağına dırmanarkən onlarla əlaqə itib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə xilasedicilər göndərilib. Nazirliyin məlumatına görə, alpinistlərin marşrutu qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Hündürlük Axtarış-Xilasetmə Qrupundan on dörd mütəxəssis axtarışa cəlb edilib. Axtarış ərazisinə Elbrus dağının cənub yamacı daxildir.
SAMİRƏ