İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstanının Baş nazirinin ofisinə edilən hücuma münasibət bildirib.
Əraqçi sosial media hesabında yazıb ki, Məsrur Bərzaninin ofisinə edilən ehtiyatsız hücuma heç nə haqq qazandıra bilməz.
"Kürd dostlarımız qonşu ölkələr arasında nifaq salmağa yönəlmiş təxribatlara qarşı ayıq-sayıq olmalıdırlar. Biz kürd dostlarımızı Səddam və İŞİD-dən müdafiə etdik və sərhədimizdə təmin etdikləri təhlükəsizlik üçün minnətdarıq", - deyə Əraqçi qeyd edib.
Qeyd edək ki, İraqın Kürdüstan muxtar bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə və kəşfiyyat orqanı rəhbərinin iqamətgahına iki İran kamikaze dronu tərəfindən hücum edilib.
Tahir TAĞIYEV