Yaponiyanın Moskvadakı səfiri Akira Muto bu gün Rusiya Xarici İşlər Nazirliyinə gələcək. Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova bildirib. "Lavrovun mətbuat konfransında Yaponiya səfirinin xəstəlik bəhanəsi ilə Rusiya Xarici İşlər Nazirliyində olmaması ilə bağlı açıqlamalarından sonra o, birdən özünü yaxşı hiss edib və sabah (18 avqust-red.) çağırışa cavab olaraq nazirliyə gələcək"- diplomat deyib. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha öncə Vladimir Putinin İturupa səfəri ilə bağlı Tokionun etirazından sonra səfirin XİN-ə çağırıldığını bildirmişdi. Yaponiya tərəfi diplomatın 14 və 17 avqustda nazirliyə getməkdən imtina etməsinin səbəbini izah etməyib.
SAMİRƏ