çərşənbə axşamı günü, 30 iyun 2026
     

“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru...

Image


Axşam düşəndə yanar
Şəhər nura boyanar
Küçələrdən boylanar –
Qırmızı, yaşıl, sarı-
Bakının işıqları...

Mərhum müğənnimiz Şövkət Ələkbərova uşaqlığımın ən populyar mahnılarından olan “Bakının işıqları”nı oxuyarkən əslində Bakı bugünkü qədər işıqlı deyildi və yəqin, bu mahnının sözlərini “sapa düzən” Adil Babayev də Bakının bugününü görsəydi, belə düşünərdi...

Bu yaxınlarda sosial şəbəkədə bir xarici turistin Bakı haqqında təəssüratı gözümə dəydi. “Gecələri bir ayrı, gündüzləri bir ayrı gözəl Bakı” yazır və Bakı gecələrinin rəngarəng işıqlarını nağıl səhnələrinə bənzədir, burada olarkən özünü nağıl qəhrəmanı kimi hiss etdiyini bildirirdi. Elə qürur duydum ki...

Bu gün Bakını əsrarəngiz nura qərq edən isə yorulmaq bilmədən çalışan, evlərimizə, küçələrimizə və nəhayət həyatımıza nur paylayan nurlu insanların çalışdığı bir ünvandır – “Azərenerji”...

“Azərenerji” necə yarandı...

Dünyada elektrik enejisinin istehsalına XIX əsrin sonlarında başlansa da, bu dövrə qədər artıq Azərbaycanda neft çıxarılması işi həyata keçirildiyi üçün elektrik enerjisindən istifadə olunurdu. Mənbələrə görə, həmin dövrdə dünyada istehsal olunan neftin yarısından çoxu Bakının neft sənayesinin payına düşürdü. Neft mədənlərini elektriklə təmin etmək üçün isə burada ilk dəfə olaraq 5-50 kilovatlıq elektrik stansiyaları quraşdırılmışdı. Lakin neft sənayesinin intensiv inkişafi elektrik enejisi istehsalının yüksəlişini tələb edirdi. Məhz belə bir vaxtda məsələnin perspektivini dəyərləndirən bir sıra xarici elektrotexniki firmalar – “Simens ± Qalske”, “AEQ” və başqaları Bakıda daha güclü elektrik stansiyaları inşa etməklə bağlı müraciət edir. Bu məqsədlə 1898-ci ildə “Elektrik gücü” Səhmdar Cəmiyyəti yaradılaraq ölkədə ardıcıl elektrik stansiyaları tikintisinə başlanır. Bu sırada 1900-cü ilin martında yaradılan “Belqorod” və “Bibi-Heybət” elektrik stansiyaları daha tez məşhurlaşır. 1912-ci ildə genişləndirilməsinə başlanan bu iki stansiya arasında 1914-cü ildə əlaqə qurulmaqla Azərbaycanda elektrik sisteminin yaranmasının əsası qoyulur. Maraqlıdır ki,  1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük, Avropada isə ən faydalı stansiya sayılırdı. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47 min kilovata çatdırılmışdı.

1935-ci ildə SSRİ Ağır sənaye üzrə Xalq komissarının 29 iyul tarixli əmrilə “Elektrotok” İdarəsi “Azneft”in tərkibindən çıxarılaraq SSRİ Ağır Sənaye Xalq Komissarlığının “Başenerji” Baş Enerji İdarəsinin (“Qlavenerqo”) tabeliyinə verilir və onun bazasında “Başenerji”-nin “Azenerji” (“Azenerqo”) Azərbaycan Rayon Enerji İdarəsi yaradılır. Bundan sonra Azərbaycanın regionlarının elektrik enerjisi ilə təmin olunması ilə bağlı dövlət proqramı hazırlanır və Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları tikilir. “Elektrotok” energetika şirkəti isə əvvəllər xüsusi firmalara məxsus olan daha beş mədən elektrostansiyasını özünə birləşdirir. Həmin illərdə ittifaq rəhbərliyi Bakı mədənlərində istehsal olunan xammalın dünyanın neft istehsalının 17,8 faizini, SSRİ-nin neft hasilatının isə 80 faizə qədərini təşkil etməsini nəzərə alaraq, Bakı sənaye rayonunun elektrikləşdirilməsinə diqqəti artırır.

1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsi yaradılır. Qurumun adında istər sovet dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı illərdə bir neçə dəfə müəyyən dəyişikliklər edilsə də, daşıdığı missiya dəyişmir və səhmlərinin ilkin dövr üçün 100 faizi dövlətə məxsus olmaqla dövlət şirkətinə çevrilir, maddi-texniki və hüquqi bazası daha da təkmilləşdirilir.

Hazırda “Azərenerji” ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə regionda lider mövqe tutur. Cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya, 7 su elektrik, 11 istilik elektrik, 5 kiçik su elektrik stansiyaları daxildir.

Azərbaycanın enerji sahəsindəki uğurlarının başlanğıc yolu...

1970-80-ci illərdə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in tikilərək istifadəyə verilməsi, 1970-ci ildə ümumi gücü 22 MVt olan Araz Su Elektrik Stansiyasının (SES), 1976-cı ildə ümumi gücü 50 MVt olan Tərtər SES-in, 1982-ci ildə ümumi gücü 380 MVt olan Şəmkir SES-in inşası Azərbaycanın energetika sahəsində əldə etdiyi böyük uğurlar olmaqla, hələ sovet dönəmində onun artıq enerji müstəqilliyinin olduğunu deməyə əsas verir. Təəssüf ki, sonralar ölkəmizin müstəqilliyilə həmyaşıd olan erməni işğalı problemi bu sahədən də yan keçmədi və 1977-ci ildə tikilərək istismara verilən Sərsəng su elektrik stansiyası da işğal altına düşdü. Eyni zamanda, münaqişə nəticəsində “Azərbaycan İES - Ağdam-İmişli” elektrik enerjisinin məsafəyə verilməsi də sıradan çıxarıldı.

Uzun müddət tikintisi yarımçıq qalan Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması 1995-ci ilin dekabrında Böyük Britaniyadan sərmayə cəlb edilməsilə mümkün oldu. 2000-ci ilin dekabrında istifadəyə verilən stansiyada enerji istehsalına başlanılmaqla bərabər, erməni işğalı altında qalan “Ağdam” yarımstansiyası və Azərbaycan İES-Ağdam-İmişli elektrik verilişi xəttindən qidalanan əraziləri elektik enerjisi ilə təchiz etmək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılan kredit hesabına 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli elektrik verilişi xəttinin inşası təmin olundu.  O zamankı prezident Heydər Əliyevin təşəbbüsü və səyi ilə Yaponiya hökumətindən alınan uzunmüddətli güzəştli kredit hesabına isə “Şimal” Elektrik Stansiyasında 400 MVt gücündə buxar-qaz qurğusu iki il ərzində tikilərək istismara verildi.

1996-cı ildə mərhum prezident Heydər Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərman imzalayır. Bu fərmanla, həmçinin, ASC-nin yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması və səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılır. Ümumilikdə isə, 1993-2003-cü illərdə enerji sisteminin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər Azərbaycanın enerji siyasəti  və enerji təhlükəsizliyi üçün baza rolunu oynayır.

Həmin dövrdən ötən çox da böyük olmayan müddət ərzində Azərbaycanın enerji sisteminin təklimlləşdirilməsi, ölkənin ən ücqar kəndlərinin belə fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ölkədə çox geniş islahatların aparıldığı faktdır. Bunun əsas səbəbi isə dövlət başçısının sözügedən sahəni daim diqqət mərkəzində saxlamasından qaynaqlanır. 2013-cü ilin 1 iyul tarixində Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının açılışında Prezident özü bu barədə deyib: “Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır”.

Elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə... Hədəfdə Bolqarıstandır...

Azərbaycanın elektrik enerjisi istehsalında ilbəil artımlara nail olunması onun ölkə hüdudlarının enerji təchizatının müasir tələblərə uyğun təşkilinin ardından xaricə də elektrik ixracının stimullaşdırılmasına təkan verib.  Təsadüfi deyil ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 700 milyon 236 min kilovat/saat elektrik enerjisi ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumata görə, təkcə bu ilin birinci rübündə ixrac olunan elektrik enerjisinin dəyəri 33 milyon 907 min ABŞ dolları təşkil edib ki, bu da dövlət büdcəsinə gəlirlərin əhəmiyyətli şəkildə artmasına səbəb olub. Nəzərə alınsa ki, ötən ilin analoji dövründə ölkədən 3 milyon 934 min dollar dəyərində 86 milyon 547 min kilovat/saat elektrik enerjisi ixrac edilib, bu o deməkdir ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan elektrik enerjisi ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 8 dəfədən çox artıb. Hazırda isə “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində işlər aparılır. “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin bildirdiyinə görə, hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi çox əhəmiyyətli bir mövqeyə malikdir. “Türkiyəyə elektrik enerjisinin ixracı və onun mütəmadi olaraq artırılması cənab Prezidentin qarşımızda əvvəlki illərdə qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı olub və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Çox əlamətdar bir haldır ki, bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanıb. Ümid edirik ki, enerji sisteminin generasiya gücünün artırılması və ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirəcəyimiz təxirəsalınmaz tədbirlər bizə, ölkəmizin əlverişli çoğrafi mövqeyindən səmərəli istifadə etməklə, elektrik enerjisi tranziti və ixracı üzrə bölgədə aparıcı rola sahib olmaq imkanı verəcək,” – deyə E.Pirverdiyev bildirib.

Bu gün respublikamızda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına da mühüm önəm verilir. Məhz buna görədir ki, qarşıdakı iki il yarım ərzində alternativ və bərpaolunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji balansındakı payının 20 faizə çatdırılması gözlənir. Ümumiyyətlə, ölkəmizin enerji potensialı Günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat, biokütlə üzrə isə 20 meqavat həcmində müəyyənləşdirilib. Bu sahələrə təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılıb.

Prezident İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimində ölkənin enerji sahəsində qazanılan uğurlardan danışarkən qeyd edib ki, ölkəmizdə son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib, onların generasiya gücü 3,9 min meqavata bərabər olub. Beləliklə də elektrik stansiyalarının generasiya gücü 6,5 min meqavata çatdırılmaqla, eyni zamanda respublikanın enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılıb və Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Amma təbii ki, bu son deyil. Elə Prezident İlham Əliyevin də çıxışlarının birində dediyi kimi: “Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik”.

Deyirlər, niyyət olan yerdə uğur özünü çox gözlətməz. Azərbaycan dövlətinin məqsədi də, niyyəti də bəllidir. Bu halda isə bizə düşən bu uğurları qarşılamaq və alqışlamaq qalır... Yolunuz işıqlı olsun, işıq paylayan insanlar...

Samirə SƏFƏROVA

 Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

30.06.2026 / 19:22
Avropada istilər yüzlərlə insanın həyatına son qoydu...

30.06.2026 / 19:17
Avropada islamofobiya daha da şiddətlənir...

30.06.2026 / 19:13
Paşinyanın "Rusiya macəraları" erməni sahibkarlarını çökdürür...

30.06.2026 / 19:02
Nyu-Yorkda göyərtəsində 220 sərnişin olan təyyarə dronla toqquşdu...

30.06.2026 / 18:16
Ankaraya yeni nəzər

30.06.2026 / 18:10
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres tarixi İsmailiyyə binasında davam edib

30.06.2026 / 18:09
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026 / 18:01
Bakıda qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi - VİDEO

30.06.2026 / 17:46
Türkiyədə təhsil islahatlarına Tacikistan etiraz edir - Türküstan, ya İranzəmin...?

30.06.2026 / 17:32
Dəhşətli istilər Avropada nəqliyyat infrastrukturunu çökdürür - dəmir yolu relsləri əyilir, asfalt əriyir, svetoforlar sıradan çıxır...

30.06.2026 / 17:12
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026 / 16:57
İmtahan nəticələri açıqlandı

30.06.2026 / 16:47
Bodrumda Kılıçdaroğluna qarşı imza kampaniyası - “Səni şəhərimizdə istəmirik”…

30.06.2026 / 16:36
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

30.06.2026 / 16:15
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

30.06.2026 / 16:12
Avrokomossiya rusiyalıların xaricə çıxışını yasaqlayır…

30.06.2026 / 16:08
NATO Zirvəsi öncəsi gizli hərbi planlar sızdı - Türkiyə F-35 qarşılığında S-400-ü Seula satır...

30.06.2026 / 15:32
Daha 6 itkin-şəhid dəfn ediləcək

30.06.2026 / 15:26
Avropa Birliyindən Ukraynaya 4 milyardlıq növbəti tranş - hərbi ehtiyaclar üçün…

30.06.2026 / 15:16
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi... - YENİLƏNDİ

30.06.2026 / 15:11
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 14:42
Kinonatoqrafçılar yeni sədr seçkisini "0"-dan başlayacaqlar...

30.06.2026 / 13:55
Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

30.06.2026 / 13:42
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

30.06.2026 / 13:36
İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

30.06.2026 / 13:18
Əli Əsədovun fermerlərə 100 bu başdan, 400 manat o başdan "dəstək qərarı" ...

30.06.2026 / 13:06
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

30.06.2026 / 12:56
Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

30.06.2026 / 12:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

30.06.2026 / 12:48
Qarabağ reallıqları fonunda ikili standartlar

30.06.2026 / 12:46
Zərgərlər Trampa 321 brilyantla bəzədilmiş üzük hədiyyə etdi...

30.06.2026 / 12:39
“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyası təsis olundu

30.06.2026 / 12:30
İlk Türkoloji Qurultayın Bakıda keçirilməsi Demokratik Respublika ilə bağlı idi - Əliyev tarixi xatırlatdı...

30.06.2026 / 12:18
Nazir repetitorluğun qadağan edilməsinin mümkün olmadığını deyir...

30.06.2026 / 12:09
MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur

30.06.2026 / 12:02
David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib

30.06.2026 / 11:56
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin dördüncü təlimi

30.06.2026 / 11:53
Putinin vətəndaşlıq rüsumunu 12 dəfə artırmasının hədəfləri arasında biz də varıq...

30.06.2026 / 11:51
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

30.06.2026 / 11:32
"Azərbaycan 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib" - Nazir müavini

30.06.2026 / 11:30
Rusiyada yanacağın daha da bahalaşacağı anons edildi – "artıq limitsiz və ucuz benzin gözləməyin”...

30.06.2026 / 11:22
"Prezident İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki..." - ABŞ konqresmeni

30.06.2026 / 11:10
"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq" - Emin Əmrullayev

30.06.2026 / 10:52
İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlandı

30.06.2026 / 10:24
Azərbaycanda heyvanlar da birjada satılacaq...

30.06.2026 / 10:03
Monakoda ukraynalı oliqarxa sui-qəsd cəhdi - 2-si ağır, 3 yaralı var...

30.06.2026 / 09:50
Azərbaycan nefti bahalaşdı...

30.06.2026 / 09:27
Ermənistandakı Rusiya bazası bağlanır? - Rusiya XİN-dən açıqlama...

30.06.2026 / 09:26
Sinan Oğan suala sualla cavab verdi - gündəm oldu

30.06.2026 / 09:12
Rusiyada yanacaq böhranı dərinləşir - Moskvada satış məhdudiyyətləri sərtləşdirildi...

30.06.2026 / 08:50
İraqda korrupsiya əməliyyatı - nazir müavininin 14 milyonuna əl qoyuldu...

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniyada silahlı insident - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ