Bazar günü günü, 16 avqust 2026
     

Azərbaycan xarici borc məsələsində daha əlverişli mövqe sahibinə çevrilir...

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 17 milyard 711,9 milyon manat təşkil edib ki, bunun da 11 milyard 476,4 milyon manatı cari xərclər olub. 9 ay ərzində büdcənin əsaslı xərcləri 4 milyard 722 milyon manat, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri isə 1 milyard 513,5 milyon manat olub.

Maliyyə Nazirliyi bildirir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub. Qurumun məlumatında həmçinin deyilir ki, hesabat dövründə maliyyələşmə əməliyyatları üzrə 1 milyard 76,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalardır. Beləliklə, rəqəmlərin müqayisəli təhlili bu göstərir ki, Azərbaycan cari ilin ilk 9 ayında 1,5 milyard manatdan çox borc qaytarıb. Həmin dövrdə cəlb edilən borcun miqdarı isə 1,1 milyard manata yaxın olub. Bu da o deməkdir ki, ilin ötən dövrü ərzində Azərbaycanın dövlət borcu 400 milyon manatdan çox azalıb. Özü də azalma daha çox xarici borcda qeydə alınıb.

Hazırda Azərbaycan xarici borc məsələsi baxımından olduqca əlverişli mövqedədir. Qeyd edək ki, cari ilin əvvəlində xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 20,7 faiz olub. İlin ilk yarısında isə bu göstərici 2,5 faiz bəndi azalaraq 18,2 faizə düşüb. Bu ilin 9 ayının yekunun göstəricilərinə əsasən, xarici borcun ÜDM-ə nisbəti 17 faiz göstəricisinə yaxınlaşır. Bu da o deməkdir ki, Azərbaycan xarici borc məsələsində qarşıya qoyduğu hədəflərə yaxınlaşır. Təhlillər göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Ölkədə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında olmağımızı göstərir. Onu da bildirək ki, xarici borcumuz, xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil. Ona görə də, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işlərin görülməsi məqsədilə kreditlər alınması, xarici borclanmanı ÜDM-in 22-23 faizinə qədər artırmaq mümkün sayılır. Amma Azərbaycan buna da lüzum görmür. Indi əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır. Bu halda Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları maraqlı olsalar da ölkəmiz buna getmir. Hazırda Azərbaycan qeyd edildiyi kimi dünya dövlətlərinin bir çoxuna nisbətdə xarici borc məsələsində əlverişli mövqedədir. Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ın xarici borcu 28,9 trilyon dollara çatır. Məsələ burasındadı rki, ABŞ Senatı xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər 480 milyard dollar həcmində artırılması barədə qanunu qəbul edib. Bu 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərli olacaq. Sənəd təsdiqləndikdən sonra ABŞ Senatında Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər artırmaq barədə razılığa gəliblər. Qanun layihəsində dövlət borcunun yuxarı həddinin 480 milyard dollar həcmində artırılması nəzərdə tutulur. Qeyd edək ki, xarici borc limitinin üst həddi artırmaqla, büdcəyə əlavə vəsaitlər ayrılır. Lakin bu proses baş verməzsə, onda dövlətin öhdəlikləri üzrə ödənişlər üçün Maliyyə Nazirliyin heç bir qanuni əsası olmur və ödənişlər dondurulur. Nəticədə nazirliyin və ya xəzinənin pulları bitmiş hesab olunur. Çünki onları xərcləmək üçün qanuni əsas olmur və xərclənmə istiqamətləri, həcmləri müəyyən edilmədiyinə görə faktiki olaraq büdcə böhranı yaranır. Bundan xilas olmaq üçün ABŞ xarici borclanmanı artırır. ABŞ-la yanaşı, Böyük Britaniyanın dövlət borcunun həcmi son 58 ildə ilk dəfə olaraq ÜDM həcmini üstələyib. Digər ölkələrdə də eyni vəziyyət müşahidə olunur.

Qonşularımızdan Ermənistan indi xarici borc içində boğulur və bu ölkənin xarici borcu ümumi daxili məhsulun 70 faizinə qalxıb. Ermənistanın xarici borcu artıq 9 milyard dolları keçib. Borc məbləğinin artmasının səbəbi Ermənistanın 2020-ci il iqtisadi böhranından tam çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olmasıdır. Ermənistan üçün problem xarici borcun sürətli artım tempi ilə yanaşı, vəsaitlərdən effektiv istifadədənin yoxluğudur. Onu da qeyd edək ki, Azərbaycanda 53 milyard dollar valyuta ehtiyatı varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da Mərkəzi Bankın vəsaiti olduğu üçün ondan istifadə mümkünsüzdür. Qeyd edilənlər Azərbaycanın xarici borclanmadan imtina strategiyasının nə dərəcədə doğru olduğu da üzə çıxır. Bu, həm Azərbaycan iqtisadiyyatını dünyadakı mövcud vəziyyətin zərbələrindən xilas edir, həm də ölkənin xaricdən maliyyə asılılığından qoruyur.

Ümumiyyətlə, hesab edilir ki, ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, koronavirusun yayılma sürətinin nəzarətdə saxlanması, iş yerlərinin saxlanması, pandemiyanın sosial təsirlərinin azaldılması istiqamətində hökumətin addımları müsbət nəticələrini verir. Bundan əlavə, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və rəqabət qabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb. Bu da xarici borclanmaya ehtiyac yaratmır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ