OPEC+ nazirləri bu gün keçirilən iclasda yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər və müzakirələri iyunun 2-si davam etdirəcəklər.
Trend-in məlumatına görə, bu barədə "TASS"a OPEK-dəki mənbə deyib.
Mənbə bildirib: "Bir gün daha müzakirələr aparmaq qərarına gəldik. Bəli, sabah monitorinq iclası və OPEK+ görüşü olacaq".