çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycan xarici ticarətdə dolları avro ilə əvəzləməli olacaq...

Image


Dünya birjalarında avronun dollara münasibətdə məzənnəsinin qalxması davam edir. Bu, Azərbaycan da daxil olmaqla, dünya dövlətlərinin böyük əksəriyyətinin diqqətini xüsusi olaraq cəlb etməkdədir. Çünki hazırda dollar və avro qlobal ticarətdə əsas valyuta statusunu qoruyub saxlayır. Eyni zamanda, yığım üçün yenə bu valyutalardan istifadə edilir. Lakin onların məzənnələri arasında fərq də dövlətlərə, o cümlədən Azərbaycana təsirsiz ötüşmür.

Məsələ burasındadır ki, dollar, Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələri üçün ən likvid xarici valyuta olaraq qalır. Bundan başqa, ölkəmiz üçün dollar neft və qaz layihələri üzrə daxil olan xarici ticarət əməliyyatlarında hesablamalar zamanı istifadə olunan əsas xarici valyutadır. Azərbaycanın ixrac mallarının qiyməti ənənəvi olaraq dünya bazarında bu valyuta ilə təyin edilir. İxrac nəticəsində ölkəyə praktiki olaraq dolların daxil olduğu, idxalın isə, demək olar ki, beşdə bir hissəsi Avropa ölkələrinin payına düşdüyü təqdirdə Azərbaycan iqtisadiyyatı bundan heç də çox qazanc əldə etmir. Çünki analoji dollar kütləsinə Avropada çox az əmtəə almaq olur. Xüsusən də avronun bahalaşdığı şəraitdə. Bu səbəbdən ekspertlər hesab edir ki, Azərbaycanın xarici ticarətdə avronun payını artırması zəruridir. Xüsusən də o şəraitdə ki, artıq Avropa özü də bunda maraqlıdır. Belə ki, Avropa İttidaqı Amerika valyutasından asılılığını azaltmaq niyyətindədir. Bunun üçün də daha çox müqaviləni avro əsasında rəsmiləşdirmək gündəmdədir.  Qurumun niyə qətiyyətlə dollardan canını qurtarmağa çalışmasını isə Rusiyanın “RİA Novosti” portalı belə izah edir: “Avronun rolunu gücləndirmək təşəbbüsü ilk dəfə 2018-ci ildə Avropa Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunker tərəfindən qurumun gündəliyinə daxil edilib. O bəyan edib ki, ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın başlatdığı ticarət müharibələri səbəbindən AŞ milyardlarla pul itirib. Buna görə də dolları dünyanın əsas valyutası statusundan məhrum etmək vacibdir.

Ənənəvi sistemin demontajına neft dollarları ilə başlanacağı təxmin edilirdi: Yunker Avropanın idxal etdiyi enerjinin 80%-nin dəyərinin ABŞ valyutası ilə ödənildiyindən gileylənib. Aİ-nin Avropa təyyarələrini avro ilə deyil, dollarla almasını isə absurd adlandırıb. Avropa Komissiyasının sədri Vaşinqtonun dəfələrlə təktərəfli sanksiyalardan istifadə edərək bu qitənin şirkətlərini vurduğunu da bildirib. Tramp ABŞ-ı İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq müqavilədən çıxardıqda və Avropa şirkətlərinin islam respublikası ilə ticarətini qadağan edən sanksiyaları yenidən işə salanda vəziyyət daha da kəskinləşdi. Bu sanksiyalara əməl etməyən şirkətlər Amerika bazarına çıxışı itirə bilərdi. Odur ki, Aİ İranla hesablaşmalar üçün başqa həll yolu tapmalı idi. Fransa, Almaniya, İngiltərə və Böyük Britaniya bu məqsədlə INSTEX adlı xüsusi mexanizm yaratdılar. Bu mexanizm Avropa iqtisadi oyunçuları ilə İran arasında rəsmi ticarət əməliyyatlarının sadələşdirilməsinə yönəlmişdi və 2019-cu ilin əvvəllərindən etibarən işə düşdü. Daha sonra Belçika, Danimarka, Hollandiya, Norveç, Finlandiya və İsveç də INSTEX-ə qoşuldu.

Əslində, bu mexanizm Avropa ölkələrinə ABŞ-ın maliyyə sistemini nəzərə almadan Tehranla ticarət etməyə imkan verir. İranla Avropa arasında real pul dövriyyəsinin qarşısını almaq məqsədilə (Vaşinqton sanksiyaları əsaslandırmaq üçün bundan istifadə edə bilərdi) INSTEX kredit ballarından yararlandı. Bununla belə, INSTEX-in fəaliyyəti yalnız dərman, qida və digər humanitar məhsulların alqı-satqı əməliyyatları ilə məhdudlaşdı. Nəhayət, ABŞ Avropanın qabaqcıl enerji infrastruktur layihələrindən biri olan "Şimal axını-2"yə qarşı sanksiyalar tətbiq etdi. Vaşinqtondan gələn təhdidlər ucbatından bəzi Avropa şirkətləri boru kəmərinin tikintisindən imtina etdi. 2019-cu ilin dekabrında İsveçrənin "Allseas" şirkətinin layihədən çıxmasından sonra beynəlxalq gəmi sahiblərinin qarşılıqlı sığorta klubları, yanvarın əvvəlində isə Norveçin sertifikat şirkəti "Det Norske Veritas" layihəni tərk etdi. Çox keçmədən Danimarka mühəndislik şirkəti olan "Ramboll" da layihə ilə əməkdaşlıqdan imtina etdi. Daha sonra Almaniyanın "Bilfinger SE" inşaat şirkəti bu tendensiyanı davam etdirdi. Vaşinqtonun məqsədi aydındır – mayeləşdirilmiş təbii qaz ixracını artırmaq, eyni zamanda, avrodan istifadə etməyən və Amerika tərəfdarı olan Şərqi Avropa ölkələrindən yanacaq tranzitini dəstəkləmək. Avropa İttifaqı bütün bunlara son qoymaq üçün ilkin plan hazırlayıb. Planda müxtəlif malların tədarükü üçün müqavilələrin avro ilə bağlanması, həmçinin əsas maliyyə göstəriciləri ilə əlaqəli normalara yenidən baxılması və lazım gələrsə, dəyişdirilməsi nəzərdə tutulur. Bundan başqa, tənzimləyicilərə Avropa şirkətlərinin xarici firmalar tərəfindən alınmasını qadağan etmək hüququ veriləcək. Bunun üçün birbaşa xarici investisiyalara yeni nəzarət sistemi tətbiq ediləcək. Çünki indi Avropa şirkətlərinin xarici firmalar tərəfindən "udulması" milli təhlükəsizliyə təhdid kimi qəbul edilir. Avropa Mərkəzi Bankına görə, avro dünyada dollardan sonra ikinci ən populyar valyuta olaraq qalır. Pandemiyadan sonra Avropa İqtisadiyyatının Bərpası Fondunun ayıracağı 750 milyard avro bu valyutanın cəlbediciliyini bir az da artıracaq. Aİ risqlərdən sığortalanmaq üçün ABŞ dollarına alternativ olaraq qurumun vahid istiqrazlarını buraxacaq. Avropalılar, xüsusilə də ətraf mühit layihələrinə investisiya cəlb etmək üçün istifadə olunan borc alətlərinə - yaşıl istiqrazlara gediş etmək fikrindədir. 750 milyardın üçdə biri buna sərf olunacaq. Layihədə izah edildiyi kimi, əsas məqsəd Aİ maliyyə bazarlarını "yaşıl maliyyələşmənin" qlobal mərkəzinə çevirməkdir. Nəticədə avro sabit maliyyə məhsulları üçün defolt valyuta kimi möhkəmlənəcək. Dollara qarşı daha bir amil Avropa Mərkəzi Bankının "Aİ-nin maliyyə xidmətləri sahəsində açıq strateji muxtariyyətini və öz maliyyə sabitliyini qorumaq" üçün rəqəmsal avronu dövriyyəyə buraxmaq istəməsidir. Bu isə dünya valyuta ehtiyatlarının şaxələndirilməsinə öz töhfəsini verəcək ki, nəticədə də bu rezervdə dolların payı 1990-cı illərin ən aşağı səviyyəsinə düşə bilər”.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ