Ermənistan parlamentində ölkənin KTMT-dan çıxışı ilə bağlı çağırışların artması fonunda bu ölkənin siyasətçiləri Azərbaycan və Türkiyənin quruma mümkün üzvlüyü ilə bağlı qızgın müzakirələrə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, “168 jam” saytına açıqlamasında parlamentin “Elk” fraksiyasının deputatı Edmon Marukyan, Ermənistandan fərqli olaraq, Azərbaycan və Türkiyənin heç zaman belə addıma getməyəcəyini bildirib. O deyib ki, sözügedən ölkələrin belə bir istəyi olarsa, Ermənistan çətin ki, onların yolunda əngəl ola bilsin. Lakin onların bu addımı atacağı da inandırıcı görsənmir. Erməni deputat dediklərini onunla əsaslandırır ki, əvvəla, Türkiyə AB-nin yüksək alıcılıq qabiliyyətinə malik 500 milyonluq bazarını KTMT-nın 170 milyonluq məhdud imkanlı bazarına dəyişmək kimi absurd qərarı heç vaxt qəbul etməz. İkinci bir tərəfdən, Türkiyə onsuz da KTMT ölkələri ilə yüksək səviyyəli ticari əlaqələrə malikdir, o üzdən də onun bu quruma üzv olmaq kimi bir ehtiyacı yoxdur.
Azərbaycana gəldikdə isə, o hazırda “daha uduşlu vəziyyətdədir”, çünki Rusiyaya tətbiq olunan sanksiyalardan kənardadır. Ermənistan isə quruma üzv olmaqla özünü belə bir yükün altına qoyub. O üzdən əminliklə demək olar ki, Azərbaycan heç zaman belə bir addım atmayacaq. Erməni deputatın sözlərinə görə, Ermənistan iqtisadiyyatının “hədsiz pis vəziyyətdə” olmasının kökündə də məhz onun bu şəkildə marginallaşdırılması durur.
“Kaş ki, Azərbaycan bu quruma üzv olaydı, onun üçün bundan böyük bədbəxtlik ola bilməzdi”- deyə düşmən ölkənin siyasətçisi sonda qeyd edir.