Ötən gecə Ermənistan ordusu qoşunların təmas xəttində bütün cəbhə boyu atəşkəs rejimini intensiv pozması nəticəsində daha bir hərbçisini itirib.
Mövqelərimizi iri çaplı silahlardan atəşə tutan düşmənin atəş nöqtələri Azərbaycan Ordusunun cavab zərbələrilə susdurulub. Atışma zamanı erməni tərəfi bir hərbçisini itirib. Erməni mənbələrinin xəbərinə görə, bu, 1991-ci il təvəllüdlü Aşot Zoqrabyandır.
Azərbaycanın Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edib ki, atəşkəsi pozması nəticəsində verəcəyi itkilərin məsuliyyəti Ermənistan tərəfinin öz üzərindədir.