İran hökuməti Bağdadda baş verənlərlə bağlı İraq paytaxtına zəvvarların təyyarə reyslərinin təxirə salınması barədə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ölkənin Həcc təşkilatının rəhbəri Said Ohadi bildirib.
Ohadi bildirib ki, bazar günü Bağdad reyslərinin Ən-Nəcəf şəhərinə yönləndirilməsi qərara alınıb. "Beləliklə də, zəvvarlar heç bir problemlə üzləşməyəcəki- o deyib.
Xatırladaq ki, İraqda hazırda hakimiyyət böhranı yaşanır. Bir sıra nazirləri korrupsiyada ittiham edən müxalifət nazirlər kabinetinin buraxılmasını və yenidən formalaşdırılmasını tələb edir. Tələbin etinasız qarşılanması isə hətta aksiyaçıların iclas zalına hücum edib deputatları döyməsilə nəticələnib.