Ukraynanın Donetsk regionunda yerləşən Xarsızsk şəhərində inanılmaz yol qəzası baş verib. Baki-xeber.com-un gazeta.ru-dan aldığı xəbərə görə, hələlik bəlli olmayan səbəbdən körpüdə cərgə ilə hərəkət edən tanklardan biri qəfil yoldan kənara çıxaraq aşıb və körpünün altından keçən dəmiryoluna düşüb.
Tankın düşməsi səbəbindən bütün dəmiryolu reysləri təxirə salınıb. Hadisə barədə rəsmi açıqlama olmasa da, şahidlər bir nəfərin öldüyünü, iki nəfərin isə xəsarət aldığını bildirib.