Dağıstanın Botlix və Xunzax rayonlarında Antiterror Əməliyyat Rejimi (AƏR) tətbiq olunub. Baki-xeber.com xəbər verir ki, bu barədə "İnterfaks” özünün güc strukturlarındakı mənbələrinə istinadən xəbər verir.
"Dağıstanın Botlix və Xunzax rayonlarında AƏR rejimi cümə günü saat 4:00-dan qüvvəyə minib. Hazırda gizli banditizmlə əlaqəli olan şəxslərin müəyyən edilməsi üzrə xüsusi operativ əməliyyatlar həyata keçirilir”- agentliyə danışan mənbə deyib.