çərşənbə günü, 04 noyabr 2026
     

Fikrət Məmmədov Vyetnamda Azərbaycanın qanunvericilik təcrübəsinin tətbiqinə geniş imkan açan sənədlər imzaladı

Image


Nazir vaxtilə Bakıda təhsil almış Vyetnam dövlət adamları ilə də görüşdü

Son illər Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişafı çərçivəsində hüquqi əlaqələrin genişləndirilməsi məqsədilə Vyetnamın ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-dən 10-dək Vyetnamda səfərdə olub.
Səfər zamanı nümayəndə heyəti tərəfindən Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin mavzoleyi ziyarət edilib, onun xatirəsi yad edilərək mavzoleyin önünə əklil qoyulub.
Ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən F.Məmmədov ulu öndər Heydər Əliyevin bu ölkəyə, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin respublikamıza tarixi səfərlərini xatırladıb, son iki ildə dövlət başçılarımızın qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə mühüm sənədlərin imzalandığını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı hüquqi islahatlar barədə məlumat verərək, qarşılıqlı fəaliyyət üçün geniş perspektivlərin olduğunu bildirib.
Respublikamızla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Vyetnamın ədliyyə naziri Ha Hunq Kuonq Azərbaycanın ölkəsinin müstəqilliyi uğrunda mübarizəsi zamanı dəstəyini və Vyetnam üçün yüksək ixtisaslı milli kadrların hazırlanmasında yardımını vurğulayıb. Vyetnamlı nazir ölkəmizin hərtərəfli dinamik tərəqqisi, məhkəmə-hüquq sisteminin inkişafı barədə məlumatlı olduğunu bildirib, Azərbaycanın bu sahədə nailiyyətlərinə böyük maraq göstərərək, müsbət təcrübəmizin Vyetnamda aparılan hüquqi islahatlar zamanı nəzərə alınacağını qeyd edib.
Danışıqlardan sonra iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Saziş çərçivəsində ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, nümayəndə heyətlərinin mübadiləsi, ədliyyə işçilərinin təlimi, hüquqi tədqiqat və tədris, habelə qarşılıqlı maraq kəsb edən digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hər iki tərəf bu mühüm sənədin uğurla icra olunacağına və qarşılıqlı fəaliyyətə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib. Vyetnamlı nazir Sazişin önəmini qeyd edərək, onun Azərbaycan təcrübəsini öyrənməyə geniş imkan yaradacağını bildirib.
Səfər zamanı Vyetnam Baş nazirinin müavini Nquen Suan Fuk ilə görüş keçirilib. Azərbaycan-Vyetnam münasibətlərinin dinamik inkişaf etdiyini söyləyən Baş nazirin müavini dövlətlərimizin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Nquen Suan Fuk, həmçinin, hüquqi islahatların aparılmasının əhəmiyyətindən və bu sahədə Ədliyyə nazirliklərinin rolundan danışıb, Azərbaycanın Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətləri barədə məlumatlı olduğunu bildirərək, təcrübəmizin Vyetnam üçün faydalı olmasını söyləyib.
Görüşdə əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafında iki ölkənin ədliyyə nazirləri müavinlərinin təmsil olunduğu hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib, habelə Azərbaycanın malik olduğu mühüm geosiyasi mövqeyi, əlverişli tranzit ölkəyə çevrildiyi vurğulanıb.
F.Məmmədov, həmçinin, Vyetnam Sosialist Respublikası Parlamentinin sədr müavini Uonq Çu Lu ilə görüşüb. Görüşdə Vyetnam və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanda təhsil almış Uonq Çu Lu 2013-cü ildə Bakıya səmərəli səfərini xatırladaraq, ölkəmizin hərtərəfli tərəqqisindən heyran qaldığını vurğulayıb, Vyetnamın qanunvericiliyinin təkmilləşdirilməsi barədə məlumat verərək, islahatlar zamanı Azərbaycanın təcrübəsinin nəzərə alındığını qeyd edib. O, parlamentlərarası əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.
Görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və s. maraq doğuran məsələlər müzakirə olunub.
Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Ba ilə görüş keçirilib. Xanım Le Thi Thu Ba təmsil etdiyi komissiyanın sədri olan Vyetnam Prezidenti Çıonq Tan Şanqın tapşırığına əsasən, ötən ilin iyulunda Azərbaycana məhsuldar səfərini və keçirilmiş faydalı görüşləri məmnunluqla xatırladıb, müsbət təcrübəmizlə, o cümlədən məhkəmə sistemindəki islahatlarla tanışlığının ölkəsi üçün faydalı olduğunu vurğulayaraq, Vyetnamda bu sahədə aparılan islahatlarda Azərbaycanın nailiyyətlərindən artıq bəhrələnildiyini qeyd edib, korrupsiya ilə mübarizədə milli brendimiz olan "ASAN xidmət" modelinin pilot qaydada tətbiqi üzrə işlərdən bəhs edib.
Səmimi qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə minnətdarlığını ifadə edən F.Məmmədov Ədliyyə nazirlikləri arasında Sazişin imzalanmasının hüquqi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyini qeyd edib.
Səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Nquen Xoa Bin və Ali Xalq Prokuroru Çıonq Xoa Bin ilə görüşlər keçirilib. Görüşlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin ən şəffaf seçimi və tədrisi müzakirə edilib, Azərbaycanda dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı diqqətə çatdırılıb, bu sahədə beynəlxalq əməkdaşlığın, o cümlədən ölkəmizin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri qeyd olunub, habelə ikitərəfli əməkdaşlığın inkişafına böyük maraq göstərilib.
Səfər zamanı Vyetnamın Parlamentində, Ədliyyə Nazirliyində və digər dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan və vaxtilə Azərbaycanda təhsil almış vyetnamlılarla səmimi görüş keçirilib, iki ölkə arasında əlaqələrin gücləndirilməsinə dair faydalı danışıqlar aparılıb.
Dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanın Vyetnamdakı səfirliyinin səmərəli fəaliyyətindən məmnunluq ifadə olunaraq, qarşılıqlı fəaliyyətin genişlənməsi üçün Vyetnamın da ölkəmizdə səfirliyinin açılmasının vacibliyi qeyd olunub. Bununla yanaşı, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Görüşlərdə nümayəndə heyətimiz tərəfindən Vyetnam tərəfinə müasir məhkəmə-hüquq sisteminin fəaliyyətinə, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair broşürlər təqdim edilib.
Tədbirlərdə ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov da iştirak edib.
Xəbəri Ədliyyə Nazirliyinin Mətbuat xidməti yayıb.
Xəbər xidməti 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ