Fransanın "Le Nouvel Observateur” qəzetinin dünənki sayında maraqlı informasiya dərc olunub. Baki-xeber.com-un xəbərinə görə, qəzet adını çəkmədiyi yüksək çinli dövlət məmurlarına istinadla yazır ki, yanvarın əvvəllərində Fransa sahilləri yaxınlığındakı Biskay körfəzində Rusiyanın atom sualtı qayığı görünüb.
Mənbə ehtimal edir ki, submarinin göyərtəsində nüvə başlığı daşıyan raketlər olub. "Le Nouvel Observateur” qeyd edir ki, Fransa sahillərində Rusiya sualtı qayığının görünməsi "soyuq müharibə” dövrünün bitməsindən bu yana ilk təsadüfdür.
Ölkənin Müdafiə nazirliyi xəbəri təsdiqləməsə də, təkzib də etməyib.