Atatürk Universiteti Ünsiyyət Fakültəsinin təşkil etdiyi 12. Kar Film Festivalına qatılmaq üçün Ərzuruma gələn TRT-nin sevilən serialı "Diriliş Ərtoğrul"- un yaradıcı qrupu şəhərdə tələbələr tərəfindən gözlənilməz bir sürprizlə qarşılanıb.
Baki-xeber.com-un xəbərinə görə, "Diriliş Ərtoğrul” serialının prodüseri Mehmet Bozdağ, baş rol oyunçusu Engin Altan Düzyatan və digər oyunçular Cengiz Coşkun, Cavit Çetingüner, Nurettin Sönməz və Didem Balc, 12. Kar Film Festivalına qatılmaq üzrə Ərzuruma gəlib. Film heyətini Səlcuqlu və Osmanlı paltarları geyən atlı qrupu, əllərində Türk və Kayı Boyu bayraqları tutmuş pərəstişkarları qarşılayıb.
Qrupun Ərzurum Aeroportunda mindiyi mikroavtobus şəhər girişində durdurularaq tələbələrin cıdır yarışları nümayiş olunub. Daha sonra baş rol – Ertoğrul obrazının ifaçısı Engin Altan Düzyatana Kayı bayrağı hədiyyə edilib.
Böyük maraqla qarşılanan oyunçular pərəstişkarlarıyla foto çəkdirib.