"Ölkələr və mədəniyyətlər arasında əməkdaşlığın və əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, Bakı bu cür əməkdaşlığın qurulması üçün dünyada bir mərkəzə çevrilib və öz təcrübə və biliklərini bu istiqamətə yönəldir". Bunu Trend-ə Norveçin sabiq baş naziri Qro Harlem Brundtland deyib.
Q.Brundtland bildirib ki, IV Qlobal Bakı Forumu qlobal bir əməkdaşlıqdır ki, dünyanın bütün hissələrini əhatə edir: "Biz Bakıda yeni təcrübə və biliklər əldə edirik".