çərşənbə günü, 04 noyabr 2026
     

İlham Əliyev Qlobal Bakı Forumunun bütün bəşəriyyət üçün vacib olan düsturunu açdı (YENI)

Image


Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.
İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".
Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.
İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.
Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, forumda dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırmaya xidmət edən faydalı fikirlər ifadə ediləcək.
İlham Əliyev, həmçinin əlavə edib ki, hər bir beynəlxalq forumun səviyyəsi əsasən onun iştirakçı siyahısından - dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər, ekspertlər - asılıdır.
Dövlət başçısının sözlərinə görə, bununla da bu, bu gün və sabah baş tutacaq müzakirələrin səviyyəsini göstərir.
İlham Əliyev deyib ki, ötən ilki baharın analoji görüşündən bəri dünyada vəziyyət dəyişib və təəssüf ki, müsbət istiqamətdə deyil.
Prezident diqqətə çatdırıb ki, dünya həll edilməmiş münaqişələrin qalması fonunda təhlükəsiz olmayıb.
İlham Əliyev bildirib ki, ölkələr, hökumətlər, siyasətçilər gərginliyi azaltmağa çalışmaq, əməkdaşlıq, qarşılıqlı anlayış və qarşılıqlı hörmət üçün zəmin yaratmaqda öz rollarını oynamalıdırlar.
Dövlət başçısının sözlərinə görə, əks halda vəziyyət pisləşməyə davam edəcək.
Prezident İlham Əliyev narahatlıq doğuran məsələlər sırasında Yaxın Şərqdəki, Avropanın bəzi hissələrindəki vəziyyəti, son illərin reallığı olan qaçqın böhranını sadalayıb.
Dövlət başçısının sözlərinə görə, IV Qlobal Bakı Forumunun əsas vəzifələrindən biri bu məsələlərin həllidir, xüsusilə də forum iştirakçılarının səviyyəsini və onların dünya məsələlərinin həllində töhfəsini, təcrübəsini, biliyini diqqətə alsaq, forum mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər.
Prezident İlham Əliyev deyib: "Biz hamımız bir vəzifəyə bağlıyıq – qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya yardım etmək. Biz hamımız bir-birimizlə bağlıyıq”.
Dövlət başçısı vurğulayıb ki, bəzən elə gəlir ki, televiziya vasitəsilə izlədiyimiz dünyanın müxtəlif yerlərində baş verən təhlükəli hadisələr digər planetdə cərəyan edir, lakin bu, yanımızda baş verir.
Prezident əlavə edib ki, qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq.
Prezident diqqətə çatdırıb ki, digər dövlətlərin işinə hər bir müdaxilə, hər bir hərəkət, hər bir addım müdaxilə edənlərə çətinliklər yarada bilər.
İlham Əliyevin sözlərinə görə, bu, hazırkı reallığın əsas dərsidir: "Biz hamımız bir-birimizə hörmət etməliyik, seçimimizə, ərazi bütövlüyünə, gələcəklə bağlı planlarımıza hörmət etməliyik, biz hamımız qarşılıqlı fəaliyyət göstərməliyik, çünki əsas məqsəd gərginliyin və mövcud təhdidlərin azaldılmasıdır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək: "Müstəqilliyin ilk illərində vətəndaş müharibəsindən, humanitar böhrandan, işğaldan, təcavüzdən, iqtisadi çətinliklərdən, faktiki iqtisadi tənəzzüldən əziyyət çəkirdik”.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan terror hücumlarının hədəfinə çevrildi: "Erməni terror təşkilatları 1990-cı illərdə mülki əhaliyə qarşı çoxsaylı terror aktları törətdilər. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll edilməyib. Baxmayaraq ki, ölkəmiz müstəqilliyin ilk illərində müyyən uğura nail olub və hazırda müasir, sabit, proqnozlaşdırılan, özünü təmin edən ölkə kimi inkişaf edir, münaqişə həll edilməlidir”.
Prezident əlavə edib ki, milyon azərbaycanlı qaçqının öz vətəninə qayıda bilməsi, zorakılığı dayandırmaq və regionumuzda sülhü bərqərar etmək üçün münaqişə həll edilməlidir, çünki bunsuz bütün ölkələr əziyyət çəkəcək.
Azərbaycan Prezidenti xatırladıb ki, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul ediblər, lakin bu qətnamələr yerinə yetirilmir.
Dövlət başçısının sözlərinə görə, bu qətnamələrin yerinə yetirilməsi mexanizmi müzakirələr mövzusu olmalıdır: "Bəzi hallarda BMT-nin Təlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, bizim halda isə artıq 20 ildən çox vaxt ötür”.
Prezident qeyd edib ki, bu, siyasi iradənin, xüsusilə də bu qətnamələri qəbul edən ölkələrdə siyasi iradənin olmamasını göstərir: "Hazırda danışıqlar prosesi hər hansı uğur olmadan davam edir və bunun əsas səbəbi odur ki, Ermənistan sülh istəmir. O, işğal edilmiş əraziləri qanunsuz nəzarət altında saxlamaq, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir, lakin bu belə qala bilməz. Danışıqlar prosesində təmsil olunan ölkələr, BMT-nin Təhlükəsizlik Şurasının 3 daim üzvü dəfələrlə bu barədə açıq deyiblər. Onlar bəyan edirdilər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğalı dayandırmalıdır".
Dövlət başçısı vurğulayıb ki, XXI əsrdə qonşu ölkənin ərazisini işğal etmək qanunsuzluqdur və danışıqlar prosesini bloklamaq bütün baxımlardan - siyasi, hüquqi, humanitar – tamamilə qeyri-normaldır: "Fikrimcə, münaqişənin nizamlanması üçün lazımdır – birincisi, Azərbaycan güclü olmalıdır və bu artıq baş verir, ikincisi, beynəlxalq ictimaiyyət, xüsusən də bu münaqişənin həllində səlahiyyəti olanlar siyasi iradə göstərməli və təcavüzkarı işğalı dayandırmağa məcbur etməlidir. Necə ki, bunu dünyanın müxtəlif hissələrində gördüyümüz kimi təcavüzkar dayandırılıb, cəzalandırılıb, ona qarşı sanksiyalar tətbiq edilib və o, təcavüzü dayandırmaq məcburiyyətində qalıb”.
Prezident xatırladıb ki, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi irsi dağıdılıb.
İlham Əliyevin sözlərinə görə, ATƏT faktlaraşdırıcı missiyanı və səhra qiymətləndirmə missiyasını iki dəfə işğal edilmiş ərazilərə göndərib, onlar oradakı real vəziyyəti əks etdiriblər: "Bizim bütün tarixi abidələrimiz, məcsidlərimiz dağıdılıb. Hazırda Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi barədə telereportajlar görürük. İyirmi il əvvəl eyni hal Azərbaycanın işğal edilmiş ərazilərində baş verirdi. Lakin həmin vaxt beynəlxalq ictimaiyyət və kütləvi informasiya vasitələri diqqət ayırmırdılar və ya informasiyaya çıxış imkanları yox idi, ancaq bu, eyni hadisədir, eyni yanaşmadır”.
İlham Əliyev əlavə edib ki, mövcud vəziyyət gələcək, regionda sülh və təhlükəsizlik üçün təhlükəlidir, təcavüzkar cəzalandırılmadığına görə o daha nə isə planlaşdıracaq”.
Prezident qeyd edib ki, Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi humanitar böhrana və vəziyyətə baxmayaraq, ölkə uğurla inkişaf edir: "Eyni zamanda, Azərbaycanda adambaşına düşən ən böyük qaçqın sayı müşahidə edilirdi. Bir milyon insan öz torpağında qaçqın və məcburi köçkün oldu. Həmin vaxt Azərbaycan əhalisinin sayı 8 milyondan bir az çox idi”.
İlham Əliyev diqqətə çatdırıb ki, buna görə də Azərbaycan humanitar böhranın nə olduğunu və onun öhdəsindən necə gəlməyi bilir.
Prezidentin sözlərinə görə, həmin Azərbaycan bugünkü Azərbaycandan fərqlənirdi: "O çox kasıb ölkə, yeni müstəqil dövlət idi, iqtisadiyyatı dağıdılmışdı, sənaye tənəzzüldə idi, gələcək üçün heç bir perspektiv yox idi. Əsas vəzifəmiz dövlət, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayədarların üzünə açmaq, eləcə də dünya bazar iqtisadiyyatının bir hissəsi olmaqdan ibarətdir. Və bu baş verdi”.
İlham Əliyev bildirib ki, hazırda ölkə sabitdir, paralel olaraq aparılan siyasi və iqtisadi islahatları davam etdirir: "Bütün əsas azadlıqlar təmin edilib – fikir azadlığı, toplaşma azadlığı, din azadlığı, kütləvi informasiya vasitələrinin azadlığı. Azərbaycanda internet azaddır, əhalinin 70 faizindən çoxu internet istifadəçisidir. Siyasi azadlıq iqtisadi islahatlarla dəstəklənir”.
Prezidentin sözlərinə görə, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub: "Ölkə yoxsulluğun səviyyəsini xeyli və işsizliyin səviyyəsini 5 faizədək azalda bildi. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli oldu və Davosdakı iqtisadi foruma əsasən, o, rəqabət qabiliyyəti baxımından 40-cı yeri tutur. Sosial infrastruktur layihələri daxil olmaqla xeyli sayda infrastrukur layihələri reallaşdırılıb ki, xalqın həyat səviyyəsi artırılsın və eyni zamanda investisiyalar üçün daha əlverişli şərait yaradılsın”.

X X X

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan, ilk növbədə, neft-qaz sektorunda adambaşına düşən birbaşa xarici investisiyaların ən böyük həcmini əldə etmiş ölkələr sırasında olub: "İndi məqsəd investorları qeyri-neft sektoruna cəlb etməkdən ibarətdir. Neft və qazdan asılılığın azaldılması ölkədəki islahatların bir hissəsi olub. Və bu gün islahatlar nəticəsində neft-qaz sektoru ölkə ÜDM-nin 30 faizdən bir qədər çoxunu və büdcə xərclərinin təqribən yarısını təşkil edir. Bununla da məqsəd neft və qazdan asılılığı minimumadək azaltmaqdır”.
Prezident qeyd edib ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb: "İstehsalı azaltdığımıza görə deyil, neftin qiymətlərinin azalmasına görə. Bu, tamamilə yeni vəziyyətdir. Dünyada heç bir ölkə buna hazır deyildi, heç kim təsəvvür edə bilməzdi ki, neftin qiymətlərinin azalmasının belə güclü təsiri olacaq. Və bu, bir il ərzində baş verdi”.
İlham Əliyev diqqətə çatdırıb ki, beləliklə, Azərbaycan bunun mənfi nəticələrini azaltmaq üçün çox fəal, çox səmərəli işləməli idi: "Hazırda ölkədə maliyyə vəziyyəti yenidən sabitdir, proqnozlaşdırılandır və büdcə 1 barel neftin qiymətinin 25 dollar səviyyəsinə əsaslanır və bu, bir növ iqtisadi çətinliklərin bütün formasına qarşı zəmanətdir”.
Prezidentin sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondunda əhəmiyyətli ehtiyatları var ki, bu da ölkəyə mövcud vəziyyətdən minimum risklə çıxmağa imkan verir: "Eyni zamanda bu vəziyyət islahatları daha səmərəli aparmağa məcbur edir. Həyata keçirilmiş böyük islahatlar paketi Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənir”.
Dövlət başçısı əlavə edib: "Biz düzgün yoldayıq. Azərbaycanda hazırda iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadiyyatın inkişafının yeni istiqamətlərinin axtarışına diqqət ayrılır. Onlardan biri Azərbaycanın uzun illər üzərində işlədiyi nəqliyyat infrastrukturudur. Biz gələcəkdə Azərbaycana regionda güclü mövqelərə malik olmağa imkan verəcək nəqliyyat şəbəkəsi tikirik”.
Azərbaycan Prezidenti bildirib ki, ölkənin coğrafi mövqeyi çox əlverişlidir, buna görə də dəmir yolları, aeroportlar, dəniz limanı daxil olmaqla nəqliyyat infrastrukturuna investisiyalar Azərbaycana nəqliyyat qovşağına çevrilməyə imkan verir.
Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq işləməyə başlayıb.
İlham Əliyev ümid etdiyini bildirib ki, bu il Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşməsi başa çatdırılacaq və bununla da Avropa və Asiyanın yeni, ən qısa nəqliyyat marşrutu olacaq: "Çindən Avropaya ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçib, yəni bu, müasir infrastrukturu olan yeni İpək Yoludur. Biz bu marşrutu cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid nəqliyyat tariflərini təklif etmişik”.
Dövlət başçısı hazırda ölkənin qonşuları və tərəfdaşları ilə üzərində fəal işin aparıldığı digər nəqliyyat marşrutunu – Pakistan, Hindistan, İran, Azərbaycan və Rusiyadan yükləri Şimali Avropaya nəql etməyə imkan verəcək Şimal-Cənub nəqliyyat marşrutunu qeyd edib: "Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, yaxın vaxtlarda bu marşrut işə düşəcək. Beləliklə, bütün bu marşrutlar ərazimizdən keçir və bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, gələcəkdə inkişaf məqsədilə istifadə edəcəyimiz əlavə gəlir yaradır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ