"Sky News” Telekanalı xəbər verib ki, əlində 22 min İŞİD üzvü haqqında məxfi məlumatlar var. Baki-xeber.com-un məlumatına görə, informasiyanə adı açıqlanmayan keçmiş qruplaşma üzvü sızdırıb.
Faylı Telekanala verən şəxs özünü Əbu Həməd kimi təqdim edib və bildirib ki, qruplaşmada artıq islama riayət etmədikləri üçün oranı tərk edib. Telekanal əməkdaşı ilə Əbu Həmədin görüşü Türkiyədə baş tutub. O deyib ki, artıq qruplaşma özünün paytaxtı elan etdiyi Rakkadan çəkilərək Suriya səhrasına üz tutub. Onun təqdim etdiyi sənədlərdə terrorçuların adları, telefon nömrələri, ailə üzvlərilə əlaqə nömrələri və digər şəxsi məlumatları yer alır. 23 bəndlik dosyedə 51 ölkənin, o cümlədən Qərbi Avropa və ABŞ vətəndaşları haqqında məlumatlar yer alır. Bu telefon nömrələrinin bir çoxu isə hələ də aktivdir və terrorçular tərəfindən istifadə oluna bilər.