Çeçenistanın İnquşetiya ilə sərhədi yaxınlığında maskalılar içində hüquq müdafiəçiləri və jurnalistlərin olduğu mikroavtobusa hücum edib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu barədə "Mediazona” nəşrinin müxbiri Yeqor Skovoroda məlumat verib.
Xəbərə görə, Çeçenistana doğru hərəkət edən mikroavtobusun önünü naməlum markadan olan avtomobil kəsib. Həmin avtomobildən üzü maskalı 10 nəfərə yaxın naməlum şəxs düşərək mikroavtobusdakıları, heç bir izah vermədən, onları bayraq dirəyinə oxşayan dəyənəklərlə döyməyə başlayıb. "Onlar bizim avtomobilə doğru qaçaraq "Düşün aşağı, terroristlər!” qışqırmaqla bizi yolun kənarına atıb amansızcasına döyməyə başladılar. Sonra isə maşınımızı yandırıb aradan çıxdılar” – Skovoroda bildirib.
Qeyd edək ki, zorakılığa məruz qalanlar, "Mediazona”nın müxbirindən və İşgəncələrə qarşı Komitənin əməkdaşlarından başqa, mikroavtobusda "The New Times”-ın jurnalisti, həmçinin İsveç və Norveçdən hər birindən bir jurnalist olmaqla cəmi 8 nəfər olub.