ABŞ xüsusi xidməti "İslam dövləti” terrorçu təşkilatının kimyəvi silah hazırlanması ilə məşğul olan bölməsinin başçısını yaxalayıb. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu barədə NYT telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, o, terrorçularınqismən ipritdən (xardal qazı) istifadə etdiyini təsdiqləyib. "Associated Press”in Amerika xüsusi xidmətində iki yüksək çinli məmura istinadla yaydığı xəbərə görə, söhbət 50 yaşlı Süleyman Davud əl-Afaridən gedir. O, İraqın şimalındakı Təlafərdə reyd zamanı ələ keçib.
Əl-Afarinin Səddam Hüseyn administrasiyasında da kimyəvi silah hazırlanması işinə rəhbərlik etdiyi deyilir.