Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə martın 9-da Hərbi Dəniz Qüvvələrinin bazasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqlar Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən qarşılanaraq ərazi ilə tanış olublar. NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib.