Qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatının keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Bu barədə baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumatda bildirilir.
Qeyd olunur ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ciddi uğursuzluqlarını və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.
"Düşmən elə bir qorxu içindədir ki, dinc sakinləri, hətta qoyun-quzu sürülərini də özlərinə qarşı təhlükə görür. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.