Rusiya Prezidenti martın 10-da Moskvada ermənistanlı həmkarı Serj Sarkisyanla görüşəcək.
"RİA Novosti”-yə istinadən verilən məlumata görə, danışıqlar zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə diqqət ayıracaqlar.