NATO Baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində Rusiyanın, müxtəlif metodlardan istifadə edərək, Alyansı parçalamağa çalışdığını deyib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, Stoltenberq deyib ki, bununla belə onun bütün cəhdləri puça çıxıb, çünki NATO özünün hərbi siyasətini bütün şərtlərə adaptasiya etməyi bacarıb.
"Uzun müddətdən bəri biz qarşımızda qonşularını qorxu altında saxlamaqla Şimali Atlantika Alyansını bölməkdə qərarlı bir Rusiya görürük” – o bildirib.
Baş katibin sözlərinə görə, NATO nümayəndələri bu çağırışlara "birliyi möhkəmləndirməklə” cavab veriblər. "Bundan əlavə, biz öz hərbi siyasətimizi yeni təhlükəsizlik mühitinə uyğunlaşdırmışıq”- Stoltenbarq bildirib.