Çin iqtisadiyyatında enmə tempi verilən proqnozlardan da irəli gedərək zəifləməkdə davam edir. İllik ixracatın 25.4% enməsi son 6 ildə müşahidə olunan ən yüksək göstəricidir. İqtisadçılar bunun daha cox mövsümi xarakter daşıdığını bildirsələr də, danilmaz bir faktor var ki, iqtisadiyyatın ixrac tempinin 13.8% aşağı düşməsi artıq 16 cı dəfədir ki,müşahidə olunur və bu da prosesin davamlı xarakter aldıgına işarədir.
Çin iqtisadiyyatının araşdırılması zamanı ortaya çıxan daha bir faktor isə budur ki, son 25 ildə iqtisadiyyat özünün ən aşağı göstəricisini, yəni 6.9% azalmanı görüb və bu da dünya miqyasında gedən iqtisadi proseslərlə sıx bağlıdır.
Nahid Salayev