şənbə günü, 14 noyabr 2026
     

Böyük İpək Yolu üzərindəki tarixi şəhərlərimiz…

Image


Ənvər Çingizoğlu: “Azərbaycanın Dərbənd, Gəncə, Bakı, Naxçıvan, Şamaxı, Şəki, Şirvan və s. tarixi şəhərləri Böyük İpək Yolunun üstündə yerləşdiyindən, dünya irsi üşün böyük əhəmiyyət daşıyır”
Həyat Məhərrəmova: “Bizim tarixi şəhərlər dünya irsində öz layiqli yerlərini tutmalıdırlar”

 

Tarixən mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan Böyük İpək Yolunun keçdiyi dövlətlərdən biridir. Böyük tarixə, mədəniyyətə, şəhərsalma ənənələrinə malik ölkəmiz dünya mədəniyyətlərinin inkişafına da təsir göstərib.

Azərbaycanın tarixi şəhərləri, bu şəhərlərin tarixdə oynadığı rol, onların Böyük İpək Yolunun üzərində yerləşməsi elə-belə göstərici deyil, bu, dünya irsinə bir xidmətdir.

Məlum olduğu kimi, Böyük İpək Yolu e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət ‎göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər aparan karvan yoludur. Tarixdən məlumdur ki, qədim dövrlərdə bu tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. Mövcud olduğu dövrdə Böyük İpək Yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan verib. Onu da vurğulayaq ki, karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki, orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görsün, müharibə və tayfalararası nifaq olmasın və yerli əhali ticarət əlaqələrinə can atmış olsun. Bu kriteriyaları özündə birləşdirən qədim Azərbaycan şəhərləri - Bakı, Naxçıvan, Dərbənd, Şamaxı və Şirvana xüsusi diqqət yetirilirdi.

Onu da qeyd edək ki, “Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərimizin dünya irsində yeri” mövzusu bu günlərdə Mədəniyyət və Turizm Nazirliyində də müzakirəyə çıxarılıb. Belə ki, Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin dünya irsində yerinin müəyyən edilməsi, İpək Yolunun əhatə etdiyi tarixi dövrün mədəni irsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması məsələlərinin müzakirəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, XİN-in UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov, AMEA-nın Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının alimlərinin iştirakı ilə görüş keçirilib.

O da məlumdur ki, İpək Yolu strategiyası Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevin siyasi iradəsinin və apardığı uğurlu siyasətin nəticəsi kimi xatırlanır.

Tarixçi və etnoqraflar bildirirlər ki, Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi, tarixi şəhərlərimizin bu qədim yolun üzərində yerləşməsi onu göstərir ki, bu gün şəhərlərimiz dünya irsində öz layiqli yerlərini tuturlar.

Etnoqraf-tədqiqatçı Ənvər Çingizoğlu bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşməsi və böyük-böyük dəvə karvanlarının buradan keçib getməsi yalnız ticarət əlaqələrinə rəvac vermirdi. O hesab edir ki, bu həm də mədəniyyətləri, insanları, dünyagörüşləri, qələm adamlarını, mütəfəkkirləri bir-birinə qovuşdururdu. Azərbaycanın qədim mədəniyyət mərkəzi olduğunu vurğulayan Ə.Çingizoğlu qeyd edir ki, o dəvə karvanlarında ölkəyə elm adamları gəlir, kitablar, əlyazmalar da daşınırdı: “Tariximizdə xüsusi yer tutan tarixi İpək Yolu əsasən mədəniyyətlərin inkişafına müsbət təsir edirdi. Azərbaycan karvan yolu üzərində yerləşdiyindən, müxtəlif dövlətlərdən tacirlər, səyyahlar, diplomatlar, hətta elm-ürfan sahibləri, şairlər də ölkəmizə gəlirdi. Azərbaycanın Dərbənd, Gəncə, Bakı, Naxçıvan, Şamaxı, Şəki, Şirvan və s. tarixi şəhərləri Böyük İpək Yolunun üstündə yerləşdiyindən, dünya irsi üşün böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, UNESCO bu məsələyə həssaslıq göstərib bu şəhərləri dünya irsi siyahısına salacaq. Bilirsiniz ki, Şəki UNESCO-nun “Yaradıcı Şəhərlər” siyahısına salınıb. Bu çox əlamətdar bir hadisədir. Şəki də tarixi İpək Yolunun üstündə yerləşir və dünya irsi üçün böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, tarixi İpək Yolunun üzərində yerləşən digər şəhərlərimiz də bəşər inciləri sırasında öz layiqli yerini tutacaqlar. Bilirsiniz ki, Azərbaycan tarixin bütün mərhələlərində mədəniyyətlərin qovuşduğu, tolerantlığın və multikulturalizmin inkişaf etdiyi bir məmləkət olub. Elə Böyük İpək Yolu vasitəsilə Azərbaycandan dünyaya bu ideyalar da yayılıb. Bəzən deyirlər ki, Azərbaycan hansısa bir ideyanı Qərbdən götürüb. Bir etnoqraf-tədqiqatçı kimi araşdırıb görürəm ki, xeyr, belə deyil, bu, Azərbaycanda tarixən olub və bu ideyalar ölkəmizdən başqa ölkələrə yayılıb. Tarixən Naxçıvan, Gəncə, Şamaxı, Dərbənd, Bakı və digər şəhərlərimiz elm-təhsil mərkəzi olublar. Nə qədər elm adamı, elm öyrənmək istəyənlər İpək Yolunadn keçən karvanlara qoşulub öz arzularına qovuşmağa gedib”.    

Ə.Çingizoğlu, həmçinin, qeyd etdi ki, iki minillik ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına nail olub. Onun sözlərinə görə, Böyük İpək Yolunun yenidən bərpası ideyasının perspektivləri və ‎gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESCO-nun himayəsi ilə ‎Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə 1989-cu ildə ‎Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə ‎Donetskdə keçirilən forum və seminarlarda layihənin inkişaf məsələləri və ‎istiqamətləri müzakirə edilib. 2008-ci ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və UNESCO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Etnoqraf-tədqiqatçının sözlərinə görə, tarixi mənbələrdə Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynayıb. O deyir ki, bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, brilliant, mirvari və sair, Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parça daşınırdı. Onun qeyd etdiyinə görə, İpək Yolu Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan verib, onların hər birinin ipəkçilik ticarəti mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olub: “Məlumatıma görə, tacirlər buradan Avropaya neft, qiymətli daşlar, duz, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanıb”.

Ə.Çingizoğlu qeyd etdi ki, hazırda bu məsələlərin beynəlxalq aləmə təqdim edilməsi, tanıdılması üçün Azərbaycanın müxtəlif qurumlarında işlər görülür.

O, deyir ki, İpək Yolunun Azərbaycan tarixində tutduğu yeri, mədəni irsə verdiyi töfhələr, bu irsin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılacaq işlər alimlər tərəfindən də müzakirə edilir.

Tarixçi Həyat Məhərrəmovanın sözlərinə görə də Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərlərinin adları dünya irsi siyahısına salınmalıdır. Onun bildirdiyinə görə, bu şəhərlər dünya irsinin formalaşmasında böyük rol oynayıb: “Tariximizi öyrəndikcə, mədəniyyət tariximizi araşdırdıqca, qarşımıza, sözün əsl mənasında, çox işıqlı bir mənzərə çıxır. Uzun illər Böyük İpək Yolu və Azərbaycan əlaqələrinin üzərindən sükutla keçilsə də, bu barədə geniş yazılıb danışılmasa da, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra tariximzdə əhəmiyyətli rol oynayan Böyük İpək Yolunun bərpası məsələsinə xüsusi diqqət yetirdi. Bu da bizi yenidən öz tariximizə qaytardı. Məlumdur ki, Böyük İpək Yolunun ilk şaxəsi Cənubi Azərbaycan ərazisindən keçdiyindən, bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan verib, onların hər birinin ipəkçilik ticarəti mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olub.

Bu ticarət marşrutu ilə Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, brilliant, mirvari və s. daşınıb. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələrində tacirlərin rahatlığını təmin etmək məqsədilə karvansaralar inşa edilib. Azərbaycanın bu qədim şəhərləri Böyük İpək Yolunun inkişafına da böyük töfhələr veriblər. Tarixən Azərbaycan etibarlı tərəfdaş, sədaqətli, dürüst olması ilə seçilib. Qonaqpərvər Azərbaycan xalqı İpək Yolu vasitəsilə öz qonaqpərvərliyini, mədəniyyətini, dünyagörüşünü, adət-ənənəsini dünyaya çatdıra bilib. Bizim əcdadlarımız özlərindən sonra bizə böyük tarixi irs qoyublar. Bu irsin bir qanadını qədim şəhərlərimiz tutur. Biz bu şəhərlərin dünya irsindəki rolunu bütün dünyaya çatdırmalıyıq. Mən burada bir məsələni də xatırlatmaq istəyirəm, Böyük İpək Yolu sənətkarlığın da inkişafına böyük təkan verirdi və Azərbaycan sənətkarlarının əl işləri bu marşrut vasitəsilə dünyaya yayılır, xalçalarımız əl-əl gəzirdi”.

H.Məhərrəmova qeyd etdi ki, Azərbaycan tərəfinin apardığı müzakirələr, əsaslandırmalar nəticəsində tarixi İpək Yolunun üzərində yerləşən və bu marşrutun tarixi taleyində rol oynayan Azərbaycan şəhərlərinin dünya irsinə salınacağı vacibdir: “İnanıram ki, bu vacib məsələ öz tarixi qiymətini almalıdır. Bizim tarixi şəhərlər dünya irsində öz layiqli yerlərini tutmalıdırlar”.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ